Taktiki səsvermə (strateji səsvermə, mürəkkəb səsvermə və ya qeyri-səmimi səsvermə) seçkilərdə ikidən çox namizəd olduqda baş verir və əsas mahiyyəti seçicinin arzuolunmaz nəticənin qarşısını almaq üçün qeyri-səmimi şəkildə dəstəkləmədiyi, lakin qazanma şansını daha yüksək qiymətləndirdiyi namizədə səs verməsindən ibarətdir.[1] Məsələn, majoritar seçki zamanı seçici daha az üstünlük verilən, lakin məşhurluqda digərlərini üstələyən namizədə səs verməklə "daha yaxşı" nəticə əldə edə bilər.
Gibbard-Sattersvayt nəzəriyyəsi göstərir ki, hər hansı diktatorial olmayan və sonda vahid qalibin seçildiyi səsvermə metodu taktiki səsvermədən təsirlənə bilər. Bununla belə, taktiki səsvermənin növü və onun kampaniya və ya seçki nəticələrinə hansı dərəcədə təsir göstərdiyi bir səsvermə metodundan digərinə nəzərəçarpan dərəcədə dəyişə bilər. Məsələn, tək qalibli seçkilər üçün majoritar seçki sistemi (MSS) iddia edir ki, müxtəlif yollarla taktiki səs vermək stimul və fürsətləri uğurlu şəkildə yarıya qədər azalda bilər. İlk öncə, MSS vətəndaşları namizədləri yox, onların vəzifəyə uyğunluqlarını dərəcələndirmələrini üçün dəvət edir: Əla (ideal), Çox yaxşı, Yaxşı, Məqbul, Zəif və Yararsız (tamamilə uyğun olmayan). Daha sonra isə MSS-in qalibi ən yüksək orta dərəcəyə sahib olan şəxs olur.
Çoxsaylı qalibin müəyyən olunduğu seçkilərdə proporsional seçki sisteminin 5.5.5-ci bölməsindəki "qiymətləndirici proporsional seçki sistemi" hər bir vətəndaşı inandırmağa çalışır ki, onların vicdanlı şəkildə verdiyi səs bu səslər nəticəsində yüksək dərəcə və yaxud səlahiyyətli səsə malik olan seçilmiş namizədin mütənasib olaraq qanunverici hakimiyyətdəki səsvermə gücünü də artırır.
Kompromisə getmək (bəzən, "faydalı səs") – Seçicinin qeyri-səmimi şəkildə alternativin qalib gəlməsi ümidi ilə ona yüksək sırada yer verməsi. Məsələn, nisbi çoxluq sistemində seçicilər həqiqətən dəstəklədiyi şəxsin əvəzinə qazanma şansını yüksək hesab etdiyi insana səs verə bilər (misal üçün, qarşı partiyanın məğlubiyyətinə kömək etmək naminə mübahisəli eksterimist yox, əksinə daha mübahisəsiz mülayim namizədin leyhinə səs vermək). Davercer qanunu iddia edir ki, bu səbəbdən nisbi çoxluq sistemi metodları əksər hallarda iki partiyalı sistemlə nəticələnə bilər. Partiyanın yer əldə etmək üçün sahib olmasının zəruri olduğu səslərin minimum faizini özündə cəmləşdirən proporsional seçki metodlarında insanlar kiçik partiyaların bu faizdən aşağı düşməsinin qarşısını almaq üçün taktiki formada səs verə bilər, və ya alternativ şəkildə desək, kiçik partiyaların baxış bucağını dəstəkləyənlər bu kiçik partiyalarla oxşar fikirlərə sahib olan daha böyük partiyalara səs verə bilər.
Dəfnetmə – Seçicinin qeyri-səmimi şəkildə alternativin məğlub olması ümidi ilə ona daha aşağı sırada yer verməsi. Məsələn, Borda və Kondorset metodlarında seçici qeyri-səmimi şəkildə başqasının güclü alternativi məğlub etməsinə kömək etmək üçün bu alternativə son sırada yer verə bilər.
Ən zəif bənd və ya fitnəkarlıq – Taktiki səsvermənin bu növü zəif alternativi daha yüksək dəyərləndirmə nəticəsində baş verir, lakin insanlar bunu alternativin seçilməsi ümidi ilə etmir. Bu, əsasən, ikimərhələli seçki sistemində seçicinin tərəfini tutduğu namizədin artıq növbəti mərhələyə keçdiyinə əmin olduğu zaman baş verir və o, daha sonra tərəfini tutmadığı, lakin növbəti mərhələdə dəstəkçisi olduğu namizədin asanlıqla məğlub edə biləcəyi digər namizədə səs verir.[2] Məsələn, ABŞ-da müəyyən partiyanın seçiciləri bəzən digər bir partiyanın növbəti mərhələdə öz partiyasının namizədi tərəfindən məğlub edilməsinin daha asan olduğu namizədinə səs verirlər. Bu, xüsusilə də, dəstəklənən tərəfin digər partiyanın namizədliyini müdafiə etməsindən sonra baş verir.
Bülleten səsvermə – Bülleten səsvermə ilə seçici bəyənmə səsverməsi, geniş səviyyədə majoritar səsvermə və Kondorset kimi səsvermə metodlarına görə səsvermə zamanı birdən daha seçimi olmasına baxmayaraq yalız bir namizəd üçün səs verir. Seçici üstün tutduğu namizədinə digər potensial rəqiblərə səs verməməklə kömək edir. Bülleten səsvermə səmimi səsvermənin bir növü hesab olunur. Tez-tez bu strategiyaya təşviqlər meydana çıxır və bəzən bu, məhdud səsvermə və kumulyativ səsvermədə faydalı görünür.
Taktiki səsvermənin diqqətləri cəlb edən nümunələrindən biri də 2002-ci il Kaliforniya qubernator seçkiləri idi. Respublikaçılar partiyasının daxili seçkiləri zamanı respublikaçılar Riçard Riyordan (Lon-Ancelesin sabiq meri) və Bill Simon (özünü maliyyələşdirən biznesmen) Kaliforniyanın cari və məşhur olmayan demokratik idarəçisi Qrey Deyvislə qarşılaşmaq üçün şans əldə etmək uğrunda mübarizə aparırdılar. Polls Riyordanın Deyvisi məğlub edəcəyini, Simonun isə bunu bacarmayacağını düşünürdü. Respublikaçıların partiya daxili seçkiləri o zamanlar açıq seçkilər idi və hər kəs özünü şəxsi partiya üzvlüyünə baxmayaraq səs verə bilərdi. Şayiələr ortaya çıxdı ki, Deyvisin dəstəkçiləri Simonun leyhinə səs veriblər, çünki Riyordanın Deyvis üçün daha böyük təhlükə olduğuna inanırdılar. Bu, Davis tərəfindən başladılan və Riyordanı "böyük şəhər liberalı" adlandırdığı antireklam kampaniyası ilə birləşdi. Nəticədə, Simon daxili seçkilərdə son dəqiqədə baş verən biznes qalmaqalına baxmayaraq qələbə qazana bildi. Halbuki o, əsas seçkilərdə Deyvisə məğlub oldu.
1997-ci il Böyük Britaniya ümumi seçkilərində Demokrat Sol Partiyası Brus Kentə OYQ (Ondan Yaxanızı Qurtarın, ing. Get Rid Of Them) taktiki seçici kampaniyası yaratmağa kömək etdi və bu kampaniyanın əsas məqsədi Konservativ partiyanın vəzifəni 5-ci dəfə əldə etməsinin qarşısını almaq idi. Bu koalisiya bütün əsas müxalif partiayalara mənsub olan və heç bir partiyaya mənsub olmayan bir çox insan tərəfindən təşkil edilmişdi. OYQ-nin seçkilərin özünə bir başa güclü təsir göstərdiyi demək çətin olsa da, bu, mühüm dərəcədə medianın diqqətini cəlb etməyi və Böyük Britaniya siyasətində ilk dəfə taktiki səsverməni başlıca istiqamət halına gətirməyi bacardı. 2001-ci ildə Demokrat sol partiyanın varisi olan təşkilat — Yeni Siyasət Şəbəkəsi bənzər kampanya təşkil etdi. Taktiki səsvermənin Britaniya siyasətində həqiqi düşüncə tərzi kimi yerləşməsindən sonra bu, ara seçkilərdə və taktiki səsverməni iki partiyalı sistemi aradan qaldırmaq və fərdi seçicinin gücünü artırmaq yolu kimi təqdim edən "tacticalvote.co.uk" kimi saytlardakı inkişafla əks etdirildi. 2015-ci il Böyük Britaniya ümumi seçkiləri üçün "http://voteswap.org Arxivləşdirilib 2019-08-16 at the Wayback Machine" saytı Konservativ Partiyanın hökümətdə qalmasının qarşısını almaq üçün yaradılır və bu, Yaşıl Partiya dəstəkçilərini siyahıya alınmış marjinal yerlərdə Leyboristlər Partiyasına səs verməyə cəsarətləndirməklə mümkün oldu. 2017-ci ildə "swapmyvote.uk" saytı bütün partiyaların dəstəkçilərinə səslərini digər seçki dairələrindəki insanlarla dəyişdirməsinə kömək etmək üçün yaradıldı.
2006-cı ildə Londonda keçirilən yerli seçkilərdə taktiki səsvermə London Strateji Seçici kimi saytlar tərəfindən milli və beynəlxalq məsələlərə cavab olaraq irəli sürüldü. Bu yanaşmanın yerli demokratiyaya nə dərəcədə zərbə vurduğu məsələsi isə müzakirəyə açıqdır.
Şimali İrlandiyada geniş yayılmış inama görə millətçi dayaqlardakı birlikçi seçicilər (əsasən, protestantlar) Şinn Feyn Partiyasının yerləri tutmasının qarşısını almaq üçün Sosial-Demokrat İşçi Partiyasına (SDİP) səs vermişdir. Bu qənaət əldə olunan nəticələrlə seçki dairələrinin demoqrafiyası və səs verən bölgələri müqayisə etməklə əldə olunmuşdur.
2017-ci il ümumi seçkilərində 6.5 milyon insanın (seçicilərin 20%-dən çoxu) ya "Brexit"ə (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı) mane olmaq, ya da "Tactical2017" kampaniyasının başçılıq etdiyi hər hansı Konservativ hökümətin qarşısını almaq yolu kimi taktiki şəkildə səs verdikləri təxmin edilir.[3] Bir çox Yaşıl Partiya namizədləri İşçi Partiyasına Konservativlərlə mübarizədə yerlərini qorumasına yardım etmək üçün yarışdan çəkildilər.[4] Bu, sonda Konservativlərin öz orta səs payını artırmasına baxmayaraq, seçkidə məğlub olması ilə nəticələndi.[5]
2019-cu ildə Konservativ Partiyanın partiyada seçki səsverməsinə son iki namizədi müəyyənləşdirmək üçün kecirilən rəhbərlik seçkilərində qazanma ehtimalı yüksək olan Boris Consonun kampaniyası partiyanın parlamentdə olan bəzi üzvlərini Consonun əvəzinə Ceremi Hantı dəstəkləməyə stimullaşdırdı. Beləliklə, zəif rəqib kimi görünən Hant səsverməni ikinci yerdə tamamladı və bu, partiya səsverməsində daha asan məğlubiyyətə apardı.[6]
2019-cu ümumi seçkilərində taktiki səsvermənin böyük rol oynayacağı gözlənilirdi. Hətta YouGov şirkətinin anketinə görə seçicilərin 19%-nin taktiki şəkildə səs verəcəyi güman edilirdi. Taktiki seçicilərin 49%-i deyirdi ki, onlar öz düşüncələrinə əks olan partiyanın qarşısını almaq üçün bu hərəkətə əl atardılar.[7]
1999-cu ildə keçirilən Ontario əyalət seçkilərində strateji səsvermə Mayk Harrisin başçılıq etdiyi Proqressiv Konservativ hökumətin rəqibləri tərəfindən geniş şəkildə dəstəklənirdi. Bu, Harrisin yer tutmasına mane ola bilmədi və yalnız Ontario Yeni Demokratik Partiyasının tarixə düşəcək qədər aşağı səs toplamasının qarşısını almaqda uğurlu oldu.
2004-cü il federal seçkilərində və 2006-cı ildəki daha kiçik ölçülü seçkilərdə strateji səsvermə federal Yeni Demokratik Partiya (YDP) üçün narahatlıq mənbəyi idi. 2004-cü il seçkilərində idarəedici hakimiyyətdə olan Liberal Partiyası bir çox Yeni Demokratik Partiyanı dəstəkləyən seçiciləri Konservativ hökumətə sahib olmaqdan çəkindirmək üçün Liberal Partiyasını səs vermək lazım olduğuna inandırmağı bacardı. 2006-cı il seçkilərində Liberal Partiyası eyni strategiyaya cəhd etdi. Bu dəfə həmin siyasəti yürüdərək Yeni Demokratik və Yaşıl Partiya dəstəkçilərindən Konservativ qalibiyyətin qarşısını almaq üçün Liberal Partiyaya səs verməsini xahiş edən Baş Nazir Pol Martin idi. Yeni Demokratik Partiya rəhbəri Cek Layton isə buna cavab olaraq seçicilərdən səslərini bu partiyaya "borc" vermələrini xahiş etdi və iddia edirdi ki, Liberal Partiyanın strateji səsverməyə baxmayaraq seçkilərdə məğlub olma ehtimalı yüksəkdir.
2015-ci il federal seçkiləri zamanı strateji səsvermə, ilk növbədə, 2011-ci il seçkilərində mərkəzçi və sol meyilli partiyaların arasında cərəyan edən səs parçalanmasından fayda əldə etmiş Stiven Harperin başçılıq etdiyi Konservativ hökumətə qarşı idi.[8][9] Castin Trüdonun başçılıq etdiyi liberalların Harperin konservativləri üzərindəki inamlı qələbəsindən sonra müşahidəçilər qeyd edirdi ki, Yeni Demolrati və Yaşıl Partiyaya dəstəyin azalması nəticəsində Liberal Partiyada baş verən dəstək artışı, həmçinin müəyyən dərəcədə liberal namizədlər üçün yeridilən strateji səsvermə siyasəti ilə bağlı idi.[10]
Honkonqda Her metodu ilə ən böyük qalıq metodunu istifadə edərək keçirilən partiya siyahısının proporsional təmsilçiliyi zamanı demokratiya tərəfdarı düşərgə namizədlərini dəstəkləyən seçicilər səslərini müxtəlif biletlərdə təmsil etməyi düşünürlər. Onlar bunu səslərin bir və ya bir neçə namizəd üzərində cəmlənib boşa getməməsi məqsədi ilə edirlər.[11]
2016-cı il Honkonq Qanunverici Hakimiyyət Seçkisi zamanı taktiki səsvermənin təcrübələri Benni Tay layihəsi "ThunderGo" tərəfindən daha da genişləndirildi. Quruluşa qarşı olan düşərgə 29 səs əldə etdi və bu, tarixi rekord idi.
2015-ci ildəki seçkilərdən və iqtisadi böhrandan sonra Podemos və Vətəndaş Partiyalarında olan inkişafın ardınca İspaniyada baş tutan 2016-cı il ümumi seçkilərində taktiki səsverməyə meyil əvvəlki zamanlardan daha çox idi.[12] Taktiki səsvermə siyasəti yeridən seçicilər İspaniyanın D'Hondt seçki sistemindən yardım aldılar və ölkə tarixində seçkilərdə ən aşağı iştirak göstəricisinə (66.5%) baxmayaraq uğurlu şəkildə seçkinin nəticəsinə təsir etməyi bacardı.
2014-cü il Puerto-Riko seçkiləri də taktiki səsvermənin təsirinə məruz qalmışdır. Yeni Proqressiv Partiyanın namizədi çox da məşhur deyildi, o, yalnız böyük korrupsiya dərəcələri və ictimai korporasiyaların özəlləşdirilməsinə görə dövlətçilik tərəfdarı olmuş sağçılar arasında məşdur idi. Onun qalib gəlməsinin qarşısını almaq üçün digər fraksiyalar Populyar Demokratik Partiyanın (isp. Partido Popular Democratico) namizədini dəstəklədilər. Seçkilər qapalı idi, dövlətçilik tərəfdarları ABŞ Nümayəndələr Palatasında yer qazandı, lakin hamiyyət yarışında Anibal Asevedo Vilaya məğlub oldu. (Puerto-Rikoda sizin partiya və ya namizədə səs vermək şansınız var. Seperatçılar öz idelogiyalarının təsiri altında ilə səs verdilər, amma bunu mərkəzi partiyanın namizədi üçün etdilər. Əsas çaşqınlığa səbəb bu idi.) Yenidən danışıqlar aparıldıqdan və məhkəmədən sonra Anibal Asevedo Vila Puerto-Riko müstəqil dövlətinin idarəçisi olaraq təyinatlandırıldı.
2011-ci il Sloveniya parlament seçkilərində seçicilərin 30%-i taktiki şəkildə səs verdi. İctimai sorğular Sloveniy Demokrat Partiyasının namizədi Yanez Yanşanın asan qələbə qazanacağını söyləyirdi, amma onun rəqibi olan Pozitiv Sloveniya partiyasının namizədi Zoran Yankoviç qələbə qazandı. Tanınmış sloven ictimai fikir tədqiqatçılarına görə bu səviyyədə taktiki səsvermə əvvəllər heç yerdə qeydə alınmayıb.[13]
Macarıstan 2018-ci il parlament seçkiləri zamanı bəzi saytlar (məsələn, taktikaiszavazas.hu;[14] mənası — taktiki səsvermə) qazanma şansı ən yüksək olan müxalif namizədlərə səs vermək ideyasını təbliğ edirdi. Bu davranış müxalif seçicilərin təqribən 25%-i tərəfindən qəbul edildi və müxalif partiyalar tərəfindən ümumilikdə 498000 əlavə səs əldə edilməsi, həmçinin də bir neçə partiya və bitərəf namizədlər tərəfindən əlavə 14 tək yerin tutulması ilə nəticələndi.
Taktiki əsvermənin akademik təhlili rasional seçim teoriyasından meydana gəlmiş rasional seçici modelinə əsaslanır. Bu modeldə seçicilər qısamüddətli təsir göstərən rasional rolunu oynayırlar. Yəni seçicilər eyni anda bir seçkiyə yalnız təsir göstərmək üçün səs verir (bir növ növbəti seçki üçün siyasi partiya yaratmaq); namizədləri dəyərləndirmək üçün seçicilər müəyyən səmimi seçimlərə və ya fayda sıralamasına sahibdirlər; seçicilərin bir-birilərinin seçimləri haqqında müəyyən məlumatı var; və seçicilər öz xeyirləri üçün taktiki səsverməni necə istifadə etməli olduqlarını başa düşürlər. Bu modelin həqiqi həyatdakı seçkiləri nə dərəcədə əks etdirdiyi isə bu günlərdə geniş müzakirə mövzusudur.
Rasional seçici strategiyası üçün nümunə Mayerson və Veber tərəfindən təsvir olunur.[15] Bu strategiya geniş şəkildə Majoritar, Borda, Bəyənmə və Dərəcələndirmə kimi bir çox tək-qalibli səsvermə metodlarına tətbiq edilə bilər. Bu strategiya seçici sayı kifayət qədər çox olan zaman seçicinin gözlədiyi faydanı maksimuma çatdırarsa, tam optimaldır.
Bu rasional seçici modelinə görə seçicinin səsvermənin nəticəsindən razılığı yalnız hansı namizədin qalib gəldiyinə bağlıdır və səsvermədə məğlub olan namizədə dəstək vermək kimi digər hər hansı aspektdən asılı deyildir. Model, həmçinin seçicinin başqaları ilə razılıq əldə edərək yox, fərdi şəkildə səs verdiyini güman edir.
K-nın namizəd sayı olduğunu nəzərə alsaq, digər dəyişənləri aşağıdakı kimi göstərmək olar:
vi = i namizədi üçün verilən səs sayı; ui = i mamizədinin səsvermədə qalib gəlməsi halında seçicinin əldə edəcəyi fayda; pij = i və j namizədlərinin seçkidə qalib gəlmək üçün ümumilikdə ən çox xal toplaması ehtimalı
Bunları nəzərə alaraq i namizədinin gözlənilən reytinqi aşağıdakı kimi tapılır:
Hər hansı səs üçün gözlənilən faydalanmada artım isə belə müəyyən edilir:
Gözlənilən faydalanmada artım vj dəyişəninin münasib qiymətləri iə uyğunlaşan səsi seçməklə ən yüksək səviyyəyə qaldırıla bilər. Lakin Bu, səsvermə metodu və seçicinin hər namizəd üçün gözlənilən reytinqi sırasından asılıdır. Hər hansı xüsusi səsvermə metodu üçün artım aşağıdakı qaydaları istifadə etməklə ən yüksək səviyyəyə çatdırıla bilər:
Seçicinin səsvermədə iştirak edəcək digər seçicilərin necə səs verəcəyi haqqında məlumatı olmadığı zaman vacib xüsusi hal baş verir. Buna bəzən sıfır məlumat strategiyası kimi istinad olunur. Bu xüsusi hal zamanı pij ehtimallarının hamısı bərabərdir və xüsusi səsvermə metodları üçün qaydalar bunlardır:
Mayerson və Veber, həmçinin bütün seçicilərin optimal strategiya istifadə etməsini və ortaq pij ehtimallarını bölüşməsini tələb edən səsvermə tarazlığını da təsvir edir. Bu əlavə tələblərə görə belə bir tarazlıq təcrübədə strategiyalardan daha az istifadə oluna bilər.
Taktiki səsvermə yüksək dərəcədə digər seçicilərin necə səs verəcəyindən asılı olduğu üçün tez-tez kompromisə gedən seçki metodlarındakı kampaniyalar seçicinin kampaniyanın fəaliyyət qabiliyyətini qavraması üzərindəki təsirə fokuslanır. Əksər kampaniyalar seçicilərin öz namizədliklərini görmə tərzini formalaşdırmaq üçün media strategiyaları hazırlayır. Bu mərhələdə kampaniya donorları və aktivistlərinin namizədləri pul və əməklə taktiki şəkildə dəstəkləmək və ya dəstəkləməmək haqqında qərarlarında bənzər təsirlər ola bilər.
Hər kəsin seçildiyi seçkilərdə bəzi seçicilər özündən əvvəlki seçicilərin üstünlük verdikləri barədə xəbərdar olarkən (məsələn, ABŞ partiyadaxili prezident seçkiləri, Fransa prezident seçkiləri) namizədlər ilk bir neçə mərhələdə qeyri-bərabər vasitələri güclü rəqabət qarşısında qoyur, çünki bu mərhələlər sonrakı mərhələlərdəki reaksiyalara təsir göstərir.
Bəzi insanlar taktiki səsvermənin yanlış informasiya verdiyini düşünür. Bu düşüncəyə görə seçki bülleteni "bu namizədlərdən ən yaxşısı hansıdır?" deyə soruşur. Bu, o mənanı verir ki, əgər bir nəfər namizədin ən yaxşı olduğuna inanmayaraq ona səs verirsə, o, yalan söyləyir. Britaniya Leyboristlər Partiyasının üzvü ola siyasətçi Anne Beq taktiki səsvermə haqqında düşüncələrini belə bildirmişdir:
"Taktiki səsvermə qonaq və oturma otaqlarında intellektual müzakirə kimi və nəzəriyyə cəhətdən yaxşıdır, lakin sizin səs verəcəyiniz gün gəldikdə və siz öz prinsiplərinizə qarşı mövqe tutaraq səs verməli olduğunuz zaman bunu etmək olduqca çətindir." [16] |
Taktiki səsvermə, ümumilikdə, problem hesab edilir, çünki o, əsl səsvermə bülletenini bir qrup seçicinin digər seçicilər tərəfindən həyata keçirilməsi mümkün olan strategiyalara qarşı reaksiya göstərdiyi vacib oyuna çevirir. Hətta belə oyun daha pis alternativin seçilməsi ilə də nəticələnə bilər, çünki əksər seçicilər bunu strateji vasitə hesab edərək bundan istifadə edirlər. Digər tərəfdən isə məhdudlaşdırılmış taktiki səsvermənin mövcud olması seçilmiş namizədlərdə keyfiyyət artışı kimi düşünülə bilər, çünki bu strategiya yalnızca namizədlərin reytinqini yox, həm də onlardan əldə olunacaq faydanı nəzərə alır.
Errounun mümkünsüzlük nəzəriyyəsi və Gibbard-Sattersvaytın nəzəriyyəsi sübut edir ki, istənilən faydalı, sonda tək qalibin seçildiyi və reytinqdəki üstünlüyə əsaslanan səsvermə metodu bir növ manipulyasiyaya meyillidir. Buna baxmayaraq, bəziləri oyunlar nəzəriyyəsini "ən az manipulyasiyaya yol açan" (stimullaşdırıcı uyğunluq) səsvermə planlarını axtarmaq üçün istifadə edir.
Oyunlar nəzəriyyəsi, həmçinin müxtəlif metodların müsbət və mənfi cəhətlərini təhlil etmək üçün istifadə oluna bilər. Məsələn, saf və dürüst səsvermə zamanı Kondersot tərzi metodlar namizədlər arasında kompromis qurmağa meyillidir. Digər tərəfdən isə Alternativ-Səs səsvermə metodu isə əsas dəstəyi güclü olan namizədləri (bu insanlar tez-tez daha ekstremist ola bilər) üstün tutur. Bu iki metoddan birini istifadə edən, lakin digər metodun xüsusiyyətlərini üstün tutan (ümumilikdə və ya xüsusi halda) seçicilər daha çox digər metodun xüsusiyyətinə uyöun gələn nəticəyə nail olmaq üçün bilərəkdən strategiya istifadə edə bilərlər. Kondorset methodu zamanı onlar "dəfnetmə" üsulu ilə kompromisə gedilən namizədi məğlub edə bilərlər (baxmayaraq ki, bu, seçkini əks tərəfin hüdudlarına gətirmək riskini daşıyır); Alternativ-Səs metodunda isə onlar hər zaman kompromisə gedə bilər. Bu halda taktiki səsvermə ilə bu vasitəni seçməmək arasındakı qərar seçicilərə yalnızca hansı namizədin daha yaxşı olduğu barədə yox, həm də kompromisin nə dərəcədə arzuolunan olması haqqında öz arzularını ifadə etmək imkanı verir. (Bu, heç vaxt "zəif oyunçu" kimi hiyləgər taktikalara tətbiq edilmir.)
Taktiki səsvermə səsvermə metodlarının müqayisəli təhlilini xeyli çətinləşdirir. Əgər taktiki səsvermə vacib olsa idi, hər hansı səsvermə metodunun qəbul edilmiş üstünlükləri mənfi cəhətlərə çevrilə bilərdi — daha da təəccüblüsü, əksinə.
Taktiki səsvermə istifadə olunan səsvermə metodundan da xeyli asılıdır. Bir metod zamanı istifadə olunaraq seçicinin məmnuniyyətini artıran taktiki səs digər metodda istifadə zamanı hər hansı dəyişiklik yaratmaya bilər, və ya başqa bir metodda istifadə zamanı seçicinin məmnuniyyətini daha da azalda bilər.
Bundan əlavə, Gibbard-Sattersvayt nəzəriyyəsinin heç bir determinist tək-qalibli səsvermə metodunun bütün hallarda taktiki səsverməyə davamlı olmadığı iddiasında baxmayaraq bəzi metodlar digərləri ilə müqayisədə taktiki səsverməyə daha dözümlüdür. M. Badinski və R. Laraki (majoritar hökm metodunun ixtiraçıları) 2007-ci il Fransa pezident seçkilərindən dərəcələndirilmiş bülletenlərin istifadəsi vasitəsi ilə əldə edilən nəticələrə əsaslanan Monte Karlo simulyasiyasına məruz qalmış seçkiləri istifadə edərək bu məsələnin ilkin təhlilini aparmışdır. Onlar xal səsverməsi, Borda qaydası, majoritar seçki sistemi, iki müxtəlif tam təsdiq sərhədinə sahib olan təsdiq səsverməsi, Kondorset səsverməsi və majoritar hökm metodunu müqayisə edərək xal səsverməsinin ən çox (bu, ən pis mənasını verir), özlərinin ixtiraçısı olduğu majoritar hökm metodunun isə ən az (bu, ən yaxşı mənasını verir) strateji həssaslığa sahib olduğunu müəyyənləşdirmişdir.[17] Daha sonrakı araşdırmalarda isə bu nəticənin müxtəlif namizəd qrupları ilə də doğru olduğunu dəqiqləşdirməyə ehtiyac olacaqdır.
Kompromisə gedərək taktiki səs vermək majoritar seçkilərdə çox geniş yayılmışdır. Ən tipik taktika ən çox qazanma ehtimalı olan iki namizədi müəyyənləşdirmək və bu iki namizəddən ən çox üstün tutulana səs verməkdir. Bu hal, hətta üçüncü namizəd daha çox üstün tutulan olsa belə eynidir. Davercer qanununa görə bu növ taktiki səsvermə belə taktikalar istifadə olunmadıqda yarana biləcək dağıdıcı təsir ilə birlikdə səciyyəvi olacaqdır. Belə ki, majoritar sistemi əsaslanan istənilən method sonda iki-partiyalı üstünklüklə nəticələnəcək. Bu qanunun riyaziyyatla bağlı bir dəqiqlik yox, daha çox təcrübəyə əsaslanan "qanun" olmasına baxmayaraq o, ümumilikdə sübutlarla dəstəklənir.
Xüsusilə, bu metodda taktiki səsvermənin güclü təsirinə görə bəzi insanlar iddia edir ki, üç və ya daha güclü və ya davamlı partiyaları özündə birləşdirən sistemlər əslində təsdiq səsverməsinin formaları olur. Burada rəqibi vəzifədən kənar saxlamaq üçün bəyənməmə ifadəsi arzuolunan namizədi seçmək üçün olan bəyənmə ifadəsini böyük ölçüdə üstələyir.
Seçki sərhədinin olması (səciyyəvi olaraq 4% və 5% arasında) seçicilərin üstün tutduğu partiyanın əvəzinə başqa partiyaya (bu, daha sərt və ya mülayim də ola bilər) seçki sərhədini keçməsi üçün taktiki şəkildə səs verməsilə nəticələnə bilər. Əgər ittifaqda olan partiyalardan biri sərhəd limitinin altına düşərsə, bu partiyaların ittifaqı rəqiblərindən daha çox səs toplamasına baxmayaraq seçkidə məğlub ola bilər. Buna nümunə olaraq 2009-cu il Norveç seçkilərini göstərmək olar. Burada sağçı müxalif partiyalar birlikdə hökumət koalisiyasından daha çox səs toplamışdı, lakin Liberal Partiyasının 4%-lik sərhədi keçmək cəhdi uğursuz olduğuna görə bu, hökumət koalisiyasının seçkiləri qazaanması ilə nəticələndi.
Bu təsir bəzən İsveçdə "Yoldaş 4%" adlandırılır, çünki burada seçki sərhədi 4%-dir. Bu, xüsusilə də daha sərt Sol Partiya üçün taktiki şəkildə səs verən sosial demokratlara istinad etdiyi zaman belə olur.[18][19] 2013-cü il Almaniya federal seçkilərində Azad Demokratik Partiya cəmi 4,8% səs toplamağı bacardı və 5%-lik sərhədi keçməyə müvəffəq ola bilmədi. Beləliklə, partiya birbaşa seçilmiş yerlərdə heç bir yer qazana bilmədi və 1949-cu ildən bəri ilk dəfə Bundestaqda təmsil edilmədi. Buna görə də onların müttəfiqi olan Xristian Demokrat İttifaqı Sosial Demokrat Partiyası ilə ciddi koalisiya yaratmağa məcbur oldu.
Yeni Zelandiyada keçirilmiş son bir neçə seçkidə Milli Partiya təklif etdi ki, müəyyən seçkilərdə öz partiyalarının dəstəkçiləri seçkilərdə yer tuta və milli hökuməti dəstəkləyə biləcək daha kiçik partiya və ya daha zəif namizədlərə səs verməlidir. Bu, 2011-ci ildə keçirilən Epsom seçkilərində bir görüş zamanı qeydə alınan "Çay lenti qalmaqalı" ilə sona çatdı. Görüş Milli Partiyanın seçicilərini seçkidə ACT (Association of Consumers and Taxpayers; azərb. İstehlakçılar və Vergi Ödəyicilərin İttifaqı) namizədinə səs vermələri üçün həvəsləndirmək məəqsədilə baş tutmuşdu və təklif olundu ki, seçkidə İşçi Partiyası seçiciləri "strateji həmlə edərək" milli namizədə səs verməlidir. Çünki İşçi Partiyası seçkidə yer qazana bilməzdi, amma milli qələbənin yer qazanması ittifaqı Milli Partiyanın varlığından məhrum edərdi. İki əsas partiya olan Milli və İşçi Partiyaları hər zaman seçici parlament üzvlərini siyahıdakı parlament üzvləri ilə tamamlayır və beləliklə, Milli Partiyanın yer qazanması milli parlament üzvlərinin sayını artırmayacaq.
Hətta Niderland kimi aşağı seçki sərhədinə sahib olan ölkələrdə də taktiki səsvermə hələ də müxtəlif səbəblərə görə baş verə bilər. 2012-ci il Niderlandiya seçkiləi üçün olan kampaniyada Sosialist Partiya yaxşı səsvermə reytinlərinə sahib oldu, amma sosialistləri üstün tutan bir çox seçicilər qorxudan daha mərkəzi mövqe tutan İşçi Partiyasına səs verdilər. Buna səbəb sosialistlərin əldə edəcəyi yaxşı göstəricinin siyasi çıxılmaz vəziyyətə aparması ehtimalı idi. Həmçinin sağçılardakı simmetrik təsirin Azadlıq Partiyasının daha mərkəzi mövqe tutan VVD (nid. Volkspartij voor Vrijheid en Democratie; azərb. Azadlıq və Demokratiya üçün Xalq Partiyası) qarşısında dəstək itirməsinə də səbəb olduğu irəli sürülür.[20]
Bir neçə yer üçün yarışan çoxlu partiya siyahılarına sahib olan seçkilərdə (məsələn, Honkonq Qanunverici Şura seçkisi) nəticə tək ötürülən səs metodundakı nəticəyə bənzər olması ilə xarakterikdir: yalnız siyahıdakı ilk namizəd qələbə qazanacaq. Belə seçkilərdə partiyalar namizdələrini bir neçə ayrı siyahılarda yerləşdirirlər, çünki hər iki siyahıda "qalıq" səsləri istifadə edərək yarışmaq partiyaların namizədlərini tək siyahıda yerləşdirərək "tam hissə" səsləri üstəgəl "qalıq" səslərə sahib olaraq yarışmasından daha asandır və "tam hissə" səsini əldə edən partiya itki hesab edilir. Belə seçkilərdə seçicilərin davranışları da tək ötürülən səs metoduna sahib seçkilərdəki ilə bənzərdir: seçicilər namizədin "tam hissə"ni əldə etməsindən qaçınırlar və öz səslərini qalib gəlmə şansını yüksək qiymətləndirdikləri digər namizədlər arasında paylamağa çalışırlar.
Majoritar hökmdə strategiya, səciyyəvi olaraq, "yarı-doğru şişirtmə"dir. Seçicilər namizədlərin müəyyən cütlükləri arasındakı fərqi şişirdirlər, lakin heç bir dahaq az üstün tututaln namizədi daha çox üstün tutulandanın üzərində qiymətləndirmirlər. Hətta şişirtmənin bu formasının təsiri seçicinin qalib gəlməsini istədiyi namizəd üçün dürüst qiymətləndirmə etməsi zamanı bu qiymətləndirmə namizədin sahib olduğu orta qiymətdən aşağı olduqda və ya məğlub olmasını istədiyi namizəd üçün dürüst qiymətləndirmə etməsi zamanı bu qiymətləndirmə namizədin sahib olduğu orta qiymətdən yuxarı olduqda mümkündür.
Səciyyəvi olaraq, bu, eyni seçicilər tərəfindən qiymətləndirilən iki bənzər namizəd olmasa idi, mümkün olmazdı. Bənzər namizədə qarşı strateji səsvermə üstün tutulan namizədin qalib gəlməsi ilə nəticələnə bilər. Baxmayaraq ki, əgər iki bənzər rəqib üçün səs verən seçicilər bu strategiyanı istifadə etsə, bu, adı çəkilən seçici qruplarının heç biri tərəfindən dəstəklənməyən namizədin qalib gəlməsinə səbəb ola bilər.
Balinski və Laraki iddia edirdi ki, majoritar hökm metodu zamanı bir çox seçicinin strategiya istifadə etmək şansı yoxdur. Onlar bunu səsvermə məlumatlarına əsaslanan simulyasiya edilmiş seçkilərdə istifadə olunan testə əsaslanaraq deyirdilər: bu metod müəlliflərin təhlil apardıqları metodlar arasında strategiyaya ən dözümlü olandır.[21]
Bənzər olaraq, digər bir çox metodlardan fərqli olaraq təsdiq səsverməsində strategiya, demək olar ki, heç vaxt daha az üstün tutulan namizədi daha çox üstün tutulandan daha yüksək qiymətləndirməyi özündə əhatə etmir.[22] Halbuki strategiya, əslində, seçici "təsdiq ixtisarı" yaratdığı zaman qaçınılmazdır; bu, kompromis strategiyasının dəyişməsidir. Ümumilikdə, Stiuven Brams və Dadli Robert Herşbax 2001-ci ildə buraxılan "Science" jurnalındakı yazılarında iddia edirdi ki, təsdiq səsverməsi taktiki dəyişikliklərə gec uyğunlaşan metoddur. Yeri gəlmişkən, Balinski və Laraki 2007-ci il Fransa prezident seçkilərindəki səsvermədən götürülən qiymətləndirilmiş bülletenləri istifadə edərək göstərirdi ki, əgər strateji səs verməyən seçicilər yalnız özlərinin "çox yaxşı" və ya "daha yaxşı" olaraq qiymətləndirdikləri namizədləri təsdiq edərsə, strategiyadan istifadə edən seçicilər nəticəyə daha tez-tez təsir edə bilər. Amma əgər strategiyadan istifadə etməyən seçicilər bütün namizədləri "yaxşı" və ya "daha yaxşı" hesab edərək təsdiq edərsə, təsdiq səsverməsi onların təhlil etdiyi metodlar içərisində strategiyaya ən dözümlü ikinci metoddur.[17]
Strateji səsvermə seçiciləri onların öz fikirlərinə əsasən ikinci yerdəki namizədə səs vermək (təsdiqləmək), yaxud səs verməmək (təsdiqləməmək) haqqında seçkidə ilkin taktiki qərar ilə üzləşməyə məcbur edir. Ehtimaldır ki, seçici üstün tutduğu namizəd haqqında təəssüratını ikinci yerdə üstünlük verdiyi namizəd üzərində saxlamaq istəyə bilər. Ancaq bu, eyni seçiciyə ikinci üstün tutduğu namizədlə digər namizədləri qarşılaşdıraraq qərar vermək imkanı tanımır. Təsdiq səsverməsinin vacib olduğu bir sadə vəziyyətə iki bənzər A və B və onlardan fərqlənən bir Z namizədi (Z namizıdinin 49% dəstəyi olmalıdır) arasında yaxın seçki baş tutduğu zamanı misal göstərmək olar. Əgər Z namizədinin bütün dəstəkçiləri onun seçilmək üçün kifayət qədər səs toplayacağı ümidi ilə onu təsdiq edərsə, bu zaman A namizədinin dəstəkçiləri A və B namizədlərini eyni zamanda (onların üstün tutduğu seçimlərdən birini əldə etmək məqsədilə, lakin hansını seçdiyi haqqında heç nə danışmır), yoxsa yalnızca A namizədini (ehtimal ki, onun B üzərində qələbəsini təmin etmək məqsədilə, amma bunu seçkidə Z namizədinin qalib olması riskini gözə alaraq edir) təsdiqləmək barədə taktiki seçimlə üzləşirlər. Bu dilemma, həmçinin B namizədinin dəstəkçiləri üçün də eynidir.
Xal səsverməsində digər seçicilərin hamısının strateji həmlə edərək səs verəcəyini düşünən strategiya etməyi planlayan seçicilər özlərinin əsl üstünlük verdiklərini şişirdirlər və təsdiq səsverməsində olduğu kimi eyni kvazi-kompromiə getmə strategiyasını istifadə edirlər. Yəni, onlar bütün namizədlərə ya mümkün ən yüksək, ya da mümkün ən aşağı qiymətləndirməni layiq görəcəklər. Bu, təsdiq metodu ilə müqayisədə əlavə problem meydana çıxarır. Bu problem bəzi seçicilərin dürüst şəkildə namizədləri orta səviyyədə qiymətləndirməsi, və ya başqa seçicilərin strateji təsdiq səsləri verməsi nəticəsində yaranır. Problemlərin baş verməsi ehtimalını ən açağı səviyyəyə çəkmək üçün bəzi xal səsverməsi tərəfdarları məlumatsız seçiciləri daha ekstremist səslər verməyə cəsarətləndirərək öyrədici metod və ya bülleten dizaynı kimi vasitələr təklif edir. Problemin baş verməsi ehtimalını aşağı salmaq üçün digər vasitələrdən biri də ümumi xalların əvəzinə orta xallardan istifadə etməkdir, çünki orta xallar majoritar hökm metodunda olduğu kimi şişirtməyə daha gec adaptasiya olur.
Halbuki bütün seçici fraksiyalar eyni strateji və dürüst seçicilərə sahib olarsa, simulyasiyalar göstərir ki, dürüst seçicilərin hər hansı vacib hissəsi seçicilər üçün təsdiq səsverməsi ilə müqayisədə daha qaneedici olan nəticələrə səbəb olur, hətta strateji səs verən eyni seçici kütləsinə sahib istənilən metod il müqayisədə də eyni hal doğrudur.[23]
Taktiki seçicilər seçimlərində ikinci yerdə olan namizədi hansı səviyyədə qiymətləndirmək barədə ilkin taktiki seçim qərarı ilə üzləşirlər. Seçicinin ən üstün tutduğu namizədi ikinci seçimi olan namizədin üzərində qoruyub saxlaması mümkündür, lakin bu, eyni seçiciyə ikinci yerdə üstün tutduğu namziədi digərlərinin üzərində qiymətləndirməyə imkan vermir.
Majoritar hökm metodu altında baş tutmuş səsvermənin məlumatlarını istifadə edərək hazırlanmış simulyasiyalı araşdırma zamanı bu metodun dizaynerləri belə nəticəyə gəldi ki, xal səsverməsi strategiya onların araşdırma etdiyi istənilən metoddan daha həssasdır, hətta majoritar seçki sistemi də daxil olmaqla.[17]
Ani təkrar səsvermə ən zəif rəqib və kompromisə getmə strategiyalarına həssasdır (baxmayaraq ki, bu metod kompromisə getmə strategiyasına majoritar seçki sistemindən daha həssasdır). Bülleten səsverməsi ani təkrar səsvermə metodu altında öz təsir gücünü itirir, çünki ani təkrar səsvermə sonradan-zərərsiz meyarını təmin etmək məqsədi güdür.
Kondorset metodları kompromisə getmə üçün daha sonradan azalan stimula sahibdir, lakin onlar dəfnetmə strategiyasına qarşı bir qədər həssasdır. Bu həssalığın dərəcəsi Kondorsetmetodunun xüsusiliyindən asılıdır. Bəzi Kondorset metodları mübahisəli şəkildə dəfnetmə strategiyasına qarşı həssaslığı artıq ciddi problem olmadığı mərhələyə qədər azaldır. Bütün zəmanətli Kondorset metodları bülleten səsverməsi strategiyasına qarşı həssasdır, çünki onlar sonradan-zərərsiz meyarını pozurlar.
Borda qaydasının həm kompromisə getmə strategiyasına güclü stimulu, həm də dəfnetmə strategiyasına böyük ölçüdə həssaslığı vardır. Burada hər iki faktorun eyni zamanda xəyali nümunəsini görə bilərsiniz: əgər qazanmı şansı yüksək olan iki namizəd olarsa, seçici daha çox bəyəndiyi namizədi birinci sırada, daha az bəyəndiyi namizədi isə sonuncu sırada qiymətləndirərək yarışmadakı təsirini ən yüksək həddə çatdıra bilər. Əgər heç bir namizəd birinci və ya sonuncu yerə layiq deyilsə, bu zaman seçici həm kompromisə getmə, həm də dəfnetmə strategiyalarını eyni anda istifadə etmiş sayılır. Əgər bir çox seçici qqrupları bu strategiyanı istifadə etsələr, bu birmənalı şəkildə qazanma şansı ən az olan namizədi paradoksal üstünlüklə təmin edə bilər.
Tək ötürülən səs metodunu "ədalətsiz üstünlüyə" (ing. free riding) qarşı stimula sahibdir. Bu, kompromisə getmə strategiyasının proporsional təmsilçilik metodlarında istifadə olunan bir formasıdır. Əgər bir nəfərin ilk seçimi olan namizəd seçilərsə, həmin seçicinin səsinin yalnız müəyyən bir hissəsi onun növbəti seçimi olan namizədə ötürülür. Əgər bir nəfər üstün tutduğu namizədi istənilən halda seçiləcəyindən əmindirsə, qeyri-səmimi şəkildə ikinci seçimi olan namizədi birinci yerdə qiymətləndirərək onların ehtiyac olduğu halda tam səsi qəbul edəcəyinə təminat verir.[24] Halbuki birinci namizədin seçilmə çansı nə qədər yeksək olarsa, ona verilən səsdən qalan artıqlıq da bir o qədər çox olar və səsin qalan hissəsi növbəti namizədə ötürülər. Bu beləcə davam edər və sonda taktiki səsvermə daha az fayda mütənasibliyinə sahib olar.
Namizədlərin, seçicilərin və/və ya doldurulmaq üçün olan yerlərin sayı nisbətən az olduqda daha mürəkkəb taktikalar gözləniləndir.
Tək ötürülən səs metodunun bəzi formaları taktiki seçicilərə məğlub olma şansı ən yüksək qiymətləndirilən namizəd birinci sırada yer verərək üstünlük əldə etməyə şərait yaradır (ən zəif rəqib strategiyasının bir forması).[25] B. L. Mikin metodu, mahiyyətcə, bu strategiyanı aradan qaldırır.
"Taktiki dalğalanma" termini bəzi siyasi alim və şərhçilər tərəfindən "taktiki səsvermənin yalnız bir ümumi seçkidə baş verdikdən sonra növbəti seçkilərdə seçicilərin əvvəlki normal vəziyyətlərinə qayıtması" anlayışına istinad etmək üçün istifadə edilir.