Kənd | |
Talakənd | |
---|---|
40°53′45″ şm. e. 45°07′53″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Qaraqoyunlu mahalı |
Rayon | Karvansaray rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 835 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 4008 |
Talakənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.[2]
Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Tala formasında qeyd edilir[3][4].
Toponim «meşədə ağacsız çılpaq yer, sahə, açıqlıq» mənasında işlənən tala sözü ilə[5] «yaşayış məntəqəsi»; mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmiş „ dir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ketahovit qoyulmuşdur.
Tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində yer. Toponim Azərbaycan dilində «meşədə açıq sahə» mənasında işlənən tala sözü əsasında[6][7] formalaşmışdır. Bu söz türk dilində tala və dala fonetik formalarında işlənərək «düzənlik, çöl» mənalarını ifadə edir[8].
Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.