Talula Riley | |
---|---|
Talulah Riley | |
| |
Doğum adı | Talula Ceyn Riley-Milbarn |
Doğum tarixi | |
Doğum yeri | Hartfordşir, İngiltərə |
Milliyyəti | ingilis |
Vətəndaşlığı | |
Həyat yoldaşı | (2010-2012), (2013-2016) |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2000-ci ildən |
Təhsili |
Cheltenham Ladies' College |
IMDb | ID1506908 |
Vikianbarda əlaqəli mediafayllar |
Talula Ceyn Riley-Milbarn (ing. Talulah Jane Riley-Milburn; 26 sentyabr 1985[3], Hartfordşir) — ingilis aktrisa. Əsasən Talula Riley adı ilə tanınır.
Talula Riley təhlükəsizlik sistemləri şirkəti və PR agenti təsisçisi Una Riley ilə Birləşmiş Krallıq Beynəlxalq Cinayət Depertamentinin keçmiş müdürü Douq Milbarnın tək qızı olaraq dünyaya gəldi.[4][5] Atası hal-hazırda ssenarist olaraq fəaliyyət göstərir.
Talula Riley Poirot (2003), Marple (2006) və Doctor Who (2008) seriallarının bəzi bölümlərində yer almışdır. E4 kanalında göstərilən Nearly Famous (2017)[6] serialında Lila Rid rolunu canlandırdı. HBO kanalındakı Westworld (2016)[7] serialında birinci və ikinci mövsümdə Ancela rolunu canlandırdı.
Talula Riley ilk dəfə tetar karyerasında The Old Vic-də Filip Berrinin The Philadelphia Story adlı teatr tamaşasında yer aldı. Bundan əlavə Tennessi Uilyamsın Summer and Smoke adlı teatr tamaşasında yer almışdır.[8]
Riley Pride & Prejudice (2005) filmində Meri Bennet rolunu canlandırmışdır. Həmçinin St Trinian's (2007) və davam filmi St Trinian's 2: The Legend of Fritton's Gold (2009) filmlərində yer almışdır.[9][10] The Boat That Rocked (2009) filmində isə Marianne rolunu canlandırmışdır. Başlanğıc (2010) filmində isə Tom Hardinin canlandırdığı rolun dəyişdiyi şəxs olaraq görünmüşdür. Bunlardan başqa Love & Distrust (2010) filmindəki 5 qısa filmdən biri olan The Summer House-də başrolda yer almışdır.[10] Talula həm də White Frog (2012) filmində də yer almışdır.[11]
İlk romanı Acts of Love 2016-cı ilin avqust ayında nəşr edilmişdir.[5][12]
Esquire jurnalının 2010-cu il mart ayı dərcində baş səhifədə yer almışdır.[13][14]
Talula Riley 2008-ci ildə milyarder sahibkar İlon Mask ilə münasibətə başladı. Cütlük 2010-cu ildə Şotlandiyada ailə həyatı qurdu.[15][15] Mask 2012-ci ilin yanvarında Riley ilə dörd illik münasibətini bitirdiyini[16] və 2012-ci ilin martına qədər boşanacağını dedi.[17]
Amma 2013-cü ilin iyulunda Riley ilə Mask yenidən evləndilər.[18] Mask 2014-cü ildə 60 Minutes verilişində verdiyi müsahibədə Rileydən ayrılıdığını və ilk həyat yoldaşı Castin Maskdan olan beş uşağı ilə birlikdə yaşadıqlarını açıqladı.[19]
Mask ilə Riley 2016-cı ilin oktyabrında rəsmi olaraq ikinci dəfə boşandılar.[20]
Bu altbaşlığı genişləndirmək lazımdır. |