Talışlar

Talışlar
tal. Tolışon
fars. مردم تالش
Talış xalqı rəqs edir, XX əsrin əvvəlləri, İran
Ümumi sayı
504 000[1]
Yaşadığı ərazilər
İran İran 152 000 (2018)[2]
Azərbaycan Azərbaycan 112 000 (2009)[3]
Rusiya Rusiya 2529 (2010)[4]
Qazaxıstan Qazaxıstan 691 (1999)[5]
Ukrayna Ukrayna 133 (2001)[6]
Qırğızıstan Qırğızıstan 32 (1999)[7]
Belarus Belarus 11 (2009)[8]
Estoniya Estoniya 7 (2011)[9]
Dili

Talış dili, Azərbaycan dili, Fars dili, Rus dili

Dini

İslam[10], Zərdüştilik, Xristianlıq

Qohum xalqlar

tatlar, giləklər, mazandaranlılar, farslar, osetinlər

Talışlar (tal. Tolışon)Azərbaycan Respublikasının cənub-şərqində Lənkəran, Astara, Lerik, Masallı rayonlarında, eləcə də İranın şimalında-şərqində Gilan ostanının Astara, Talış, Masal və Rizvanşəhr şəhristanlarında yaşayan xalq.[11]. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir.

Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir.

Azərbaycanİrandan sonra ən çox Rusiyada yaşayırlar.

2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir.[3][12] Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur.[13]

Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar.[14] Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar. Azərbaycanda olduğu kimi İranda da əsasən kompakt şəkildə yaşayırlar və farslardan, giləklərdən fərqlənirlər. Lakin, İran ərazisində Xəzərin ovalıq hissəsində yaşadıqları ərazi Ənzəli şəhristanına qədər uzanır və yanlız burada talış dili müəyyən qədər gilək dili ilə qarışır. Eləcə də İranın şimalında Gilan ostanında əsasən Talış şəhristanında, Rizvanşəhr şəhristanında[15], Masal şəhristanında, Astara şəhristanında, Fumən şəhristanındaƏrdəbil ostanının Nəmin şəhristanında yaşayırlar. Ərdəbil şəhərinin yaxınlığında ana dilləri talış dili olan bir neçə talış kəndi var. Onlar Güleş (və ya özlərinin dediyi kimi: Quleş), Ceid, Gül-təpə, Sarıxanlıdır.[16]

Azərbaycanİrandan sonra ən çox Rusiyada, bir qismi isə Qazaxıstanda yaşayırlar.

Midiya dövlətinin ilkin yaranma ərazisi ellinizm dövründə Kiçik Midiya və ya Atropatena adlanırdı (müəllif: fransız kartoqraf Adrien-Hubert Brué (1839)
border=none Əsas məqalə: Talış tarixi

Talışların ulu əcdadları iran dilli[17] Kadusilər hesab edilir.[18][19][20] Bu mülahizəni irəli sürməyə əsas verən yeganə fakt isə Kadusi tayfasının yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasıdır.[21]

Herodot, Strabon, Plutarx, kimi tarixçilərin qeydlərində Kadusilərin adlarına rast gəlmək mümkündür.[22] İlk dəfə kadusilər barədə məlumata Herodotun əsərlərində rast gəlinir. Herodot Əhəmənilərin 11-ci satraplığında kadusların yaşadığını qeyd edirdi və köçəri irandilli tayfalar olan kadusların yaşadıqları areal Atropatenaya aid idi. Kadusilərin talışlarla bağlılığını Strabonun əsərində onların yaşam areallarına baxaraq müəyyənləşdirmək mümkündür. Strabon kadusların Xəzər dənizi sahilində ovalıqlarda və onun ətrafında olan dağlıq ərazilərdə yaşadığını bildirir. İsgəndəriyyəli qədim yunan coğrafiyaşünası Dionisiy Perieqet də kadusilərin Xəzər sahilindəki dağlıq ərazidə yaşadığını qeyd edir. Bu və digər müəlliflərə istinadən Kadusiya şərq və cənub-şərqdən Xəzər dənizinəAmardların diyarına, cənub və qərbdən Midiya Atropatenasına və şimaldan ArranAlbaniya torpaqlarına qovuşurdu.[23]

Səfəvilərin Talışda şiə dini təbliğat kampaniyası bölgənin dağlıq və uzaq yerləşməsi səbəbindən yarımçıq qalmışdı. Bu səbəbdən də İranda və Azərbaycan Respublikasında Talış xalqının əhəmiyyətli bir hissəsi sünni İslam dininə mənsubdur. Talışın İran hissəsindəki talışların əksəriyyəti sünnidir və nəqşibəndi təriqətinə mənsubdur. Digər tərəfdən, təxminən iyirmi dörd dağ kəndi istisna olmaqla, Talışın Azərbaycan hissəsindəki talışların əksəriyyəti şiələrdir.[24]

İstər İranda, istərsə də Azərbaycanda talış xalqı özünəməxsus İran kimliyinə malik olsa da, onların Azərbaycanda əhəmiyyəti kifayət qədər böyükdür. Onların Azərbaycanda kimliyi iranlılar və türklər arasındakı münaqişəyə əsaslanır.[25]

1747 də Nadir şahın ölümündən sonra Azərbaycanda xanlıqlar meydana gəlir o xanlıqlardan biri də Talış xanlığı[26] olmuştur.

Talış xanlığının tarixi ilə bağlı qeyri-müəyyənlik təkcə mənbələrin azlığı ilə bağlı deyil, daha bir problem onun haqqında tədqiqatların nadir olmasıdır. Rus, azərbaycan, türk və fars dillərində bir sıra tədqiqatlar və qısa sorğular dərc olunub. Təəssüf ki, bu tədqiqatların bəziləri zəifdir və səhv və qərəzli şərhlər ehtiva edir.[27]

İranın keçmiş ərazi-inzibati bölgüsünə görə, talışlar Xəmsəyi-Təvaliş adlanan beş rayonda əhalinin böyük əksəriyyətini təşkil edir. Bunlar, Kərgəkrüd, Əsalem, Talış-Dolab, ŞandərminMasaldır.

2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən talışlar Azərbaycanda yaşayan de-fakto üçüncü, de-yuri isə dördüncü azsaylı xalqdır.

Talışların sayının tarixi dinamikası müəyyən qədər dolaşıq və mübahisəli məsələ hesab edilir. Belə ki, tarixdə ilk dəfə XIX əsrin 60-cı illərində müasir Azərbaycan ərazisinin Talış bölgəsində, talış dilinin 142 kənddə üstünlük təşkil edildiyi qeyd olunur.[28] Lakin bu əsas say göstəricisi hesab edilmir. Talışların sayına dair ilk yazılı mənbəyə Nikolay Karloviç Zeydlisin 1870-ci ildə Tiflisdə çap olunan "Списки населенных мест Российской империи" əsərində rast gəlinir.[29] Bu məlumatda qeyd olunur ki, Lənkəran qəzasında yaşayan talışların sayı 34,4 min nəfərdir.[29] Sonrakı illərdə dövrün siyahıyaalmalarının nəticələrinə əsasən talışların sayı artmağa doğru dəyişir. Belə ki, 1880-ci il siyahıyaalmaya görə onların sayı 39,2 min,[30] 1886-cı ilin siyahıyaalma məlumatına görə isə 47,3 min nəfər təşkil etmişdir.[31] Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində siyahıyaalma materiallarında talışların sayının kütləvi azalması müşahidə olunur. 1897-ci il siyahıyaalmasına əsasən Lənkəran qəzasında ana dili talışca olan 34.991 nəfər əhali yaşayır. Sonrakı siyahıyaalmada say bir daha artmağa doğru dəyişir və 1926-cı ildə etnik kökənə görə aparılmış siyahıyaalınma məlumatına əsasən Azərbaycan ərazisində 77.323 nəfər talışın yaşadığı göstərilir. Talışların sayının bu dövrdə kəskin şəkildə artması diqqəti çəkən cəhətlərdən biri olsa da talışdilli əhalinin sayı heç də milliyyətcə talış kimi qeydə alınanların sayından az deyildi. Bütün SSRİ-də 80.624 nəfər, Azərbaycan SSR-də isə 80.600 nəfərin ana dili talış dili olaraq göstərilirdi. Hətta, ana dili talış dili olan 3 min nəfər "türk" kimi qeydə alınmışdı.[32] 30 illik dövrdə (1897–1926 cı illər) talışdilli əhalinin sayı 2,3 dəfə artmış və Azərbaycanın etnik tərkibində onların xüsusi çəkisi 2 dəfəyə yaxın yüksəlmişdi. Nəticədə talışlar, ruslardan və ermənilərdən sonra 3-cü etnik azlığa çevrildilər.[32] Siyahıyaalma nəticəsinə əsasən Lənkəran qəzasında bu 30 illik dövrdə azərbaycanlıların sayı 31,1%, bütövlükdə isə bu qəzanın müsəlman əhalisinin sayı 57,3% artmışdı. Yəni, azərbaycanlıların sayının artım tempi talışlardan 7 dəfə geri qalırdı.[32]

Azərbaycan əhalisinin 1931-ci il siyahıaalmasına əsasən talışların sayı təxminən 90 min nəfər təşkil edir.[33] 1937-ci il Ümumi ittifaq siyahıalınmasının nəticələrində qeyd olunan məlumata əsasən talışların sayı 100 minə çatır.[34] Lakin sonrakı siyahıyaalınmalarda artıq talışlar etnos kimi qeydə alınmamağa başlayır və 1939-cu ildə aparılmış siyahıyaalınmada ciddi azalma müşahidə olunur. 1939-cu il siyahıyaalması Azərbaycanda 87.510 nəfər talışın yaşadığını göstərir və onlar Azərbaycan ərazisində yaşayan ümumi əhalinin 2,7%-ni təşkil edir. 1959-cu ildə aparılmış rəsmi siyahıyaalınmada Azərbaycan ərazisində yaşan talışların sayı kütləvi sürətdə azaldılır və respublika üzrə cəmi 85 nəfər talış qeydə alınır.[35] Buna səbəb, 1959-cu ilin əhali sayımında bütün talışlar azərbaycanlı kimi qeydə alınmışdılar. Artıq onlar bir etnos kimi rəsmi sənədlərdə göstərilmirdi. Bununla yanaşı bütün tatlar da azərbaycanlı kimi qeydə alınmışdılar. Yalnız tatdilli dağ yəhudiləri (5,9 min nəfər) tat kimi qeydə alınmışdılar.[32]

1970 və 1979-cu illərdə aparılmış siyahıyaalmalarda talışlar azərbaycanlı olaraq siyahıya alınırlar.[36] Eyni zamanda bu tatlara da aid idi. Lakin hər iki xalq bütovlükdə assimilyasiya edilsə də, daha çox kompakt yaşadıqları və daha çox yaxın qohumlarla evliliklərə görə ana dillərini və etnik kimliklərini qoruyub saxlayırdılar.[32] Bu əsas amilə görə SSRİ 1970-ci ildə ittifaq üzrə talış dilində danışanların sayını təqribən 110.000 nəfər olaraq qeyd edir.[37] Dünya dilləri haqqında ən zəngin məlumat bazalarından biri olan Ethnologue 1978-ci ildə gerçəkləşdirdiyi IX nəşrində, talış dilində danışanların sayını təqribən 20–50 min nəfəri İranda, 89 min nəfəri isə Azərbaycan SSR–də olmaqla cəmi 109 minlə 139 min arası dəyişdiyini təxmin etmişdir.[38]

Yalnız 1989-cu il Ümumi ittifaq siyahıalınmasından sonra talışlar yenidən bir etnos kimi qeyd olunmağa başlanır. Bu əhali sayımında SSRİ milliyyətləri siyahısına talışlar və daha dörd milliyət əlavə edildi. Bu dörd milliyyət, Latviyada yaşayan və həmişə latış kimi qeydə alınan livlərdən (226 nəfər), Sibirdə yaşayan çuvanlardan (1511 nəfər), en (209 nəfər) və orok (190 nəfər) adlı azsaylı etnik qruplardan ibarət idi. Siyahıyaalınmaya əsasən Azərbaycanda 21.169 nəfər özünü talış adlandırdı.[39]

Rəsmi statistika

[redaktə | mənbəni redaktə et]
  • 1897-ci il siyahıyaalmasına əsasən Lənkəran qəzasında ana dili talışca olan 34.991 nəfər əhali yaşayırdı.[40]
  • 1926-cı ildə etnik kökənə görə aparılmış siyahıyaalınmaya əsasən Azərbaycanda 77.323 nəfər (Bütün keçmiş SSRİ-də ana dilinə görə 80.624 nəfər, Azərbaycan SSR-də 80.600 nəfər) talış yaşamışdır.[41] (Bu zaman SSRİ vətəndaşı olan və onun ərazisində yaşayan talışlarıın mütləq əksəriyyəti Azərbaycanda yaşayırdı).
  • 1939-cu ildə aparılmış siyahıyaalınma isə Azərbaycanda 87.510 nəfər talışın yaşadığını göstərmişdi.[42] (Bu zaman bütün keçmiş SSRİ-da qeydə alınmış etnik talışların sayı 88.026[43] nəfər, talış dilində danışanların sayı isə 95.825[44] nəfər olmuşdur.)
  • 1959-cu ildə aparılmış rəsmi siyahıyaalınmada Azərbaycanda 85 nəfər talış qeydə alındı.[35] (Bütün keçmiş SSRİ-də 162 nəfər talış qeydə alınmışdı[45]; 10.5 min nəfər ana dilini talış dili olaraq göstərmişdi[46])
  • 1970 və 1979-cu illərdə aparılmış siyahıya almalarda talışlar azərbaycanlı olaraq siyahıya alınmışdılar.[36]
  • 1970-ci ildə SSRİ-də talış dilində danışanların sayı ola bilsin ki, təqribən 110.000 nəfər idi.[37]
  • Ethnologue 1978-ci ildə gerçəkləşmiş IX nəşrində talış dilində danışanların sayını 20–50 min nəfəri İranda, 89 min nəfəri isə Azərbaycan SSR–də olmaqla cəmi 109 minlə 139 min arası təxmin etmişdir.[38]
  • 1989-cu ildə aparılan siyahıyaalınmada Azərbaycanda 21.169 nəfər özünü talış adlandırdı.[39]
  • 27 yanvar — 3 fevral 1999-cu ildə aparılmış siyahıyaalınma zamanı Azərbaycan Respublikasında 76.841 nəfər etnik talış qeydə alınmışdır.
  • 13 – 22 aprel 2009-cu il siyahıyaalınmasına əsasən Azərbaycan Respublikasının vətəndaşları olan etnik talışların sayı 111.996[47] nəfər, ana dili talış dili olanların sayı isə 68.689[48] nəfərdir.
Talış ləhcələri
Dağ Talışı XIX əsr
border=none Əsas məqalə: Talış dili

Talışlar talış dilində danışırlar.[52] Talış dili Hind-Avropa dillərinin Hind-İran qoluna daxildir. Talış dili fars, tat, kürd, tacik, osetin, puştu, dəri, beluc və s. dillərinə daha yaxındır. Slavyan (rus, belorus, Ukrayna, çex, polyak və s.), baltik (Litva, latış), alman, ingilis, isveç və s.) dilləri ilə uzaq qohumdur.[53]

Talış dili haqqında rusca ilk məlumata Straçevskinin 1848-ci ildə Peterburqda nəşr edilmiş "Ensiklopedik məlumat lüğəti"("Справочный энциклопедический словарь") əsərinin X cildində rast gəlinir. Əsərdə deyilir:

Talış ləhcəsi fars dilinin altı əsas ləhcəsindən biridir, Talış xanlığında işlədilir və ola bilsin ki, buralar həmin dilin vətənidir. Özünün istər qrammatik, istərsə leksikoqrafık formalarına görə bu dil hissediləcək şəkildə başqa ləhcələrdən uzaqlaşır. Onun qrammatik formaları, fars dilinə məxsus "u" yaxud "un" cəm şəkilçisinin artırılması istisna edilərsə, özünəməxsusdur və nə pəhləvi, nə də hər hansı digər dildən törəməmişdir. Bu dil bütün nisbi əvəzlikləri isimdən əvvəl qoyur və əvəzliklərin özləri də onda orijinaldır[16]

Talışlarla çox yaxın dildə danışan və etnik olaraq müəyyən mütəxəssislər tərəfindən gah talışlara, gah da tatlara aid edilən kiçik etnik qruplar:

  • Qozarxani – Qəzvin ostanında Qəzvin şəhərinin şimal-qərbində Qozarxan bölgəsində, Tehran ostanının Şimiranat şəhristanının Təcriş şəhərində məskunlaşıblar .[54]
  • İştehardi – Tehran ostanının Kərəc şəhristanının İştehard bəxşində məskunlaşıblar.[55]
  • Alviri və Vidari – Mərkəzi ostanın Savə şəhristanında Savə şəhəri yaxınlığında Alvir və Vidar kəndlərində yaşayırlar .[56]
  • Xuruş Rüstəmi – Ərdəbil ostanının Xalxal şəhristanının Xuruş Rüstəm bəxşində bəzi kəndlərdə məskunlaşıblar .[57]
  • Razacerdi – Qəzvin ostanında Razacerd kəndində məskunlaşıblar .[58]
  • Rudbari – Gilan ostanının Rudbar şəhristanında bir neçə kənddə məskunlaşıblar .[59]
  • Şahrudi – Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşinin Kulur , Şal və Lard kəndlərində yaşayırlar .[60]
  • Tarımi – Zəncan ostanının Tarım şəhristanının Hazarrud və Siavarud kəndlərində yaşayırlar .[61]
  • Takistani – Ərdəbil ostanının Xalxal şəhristanında , Zəncan ostanının Tarım şəhristanında , Qəzvin ostanının Takistan şəhristanında (Xaraqan və Ramand kəndlərində) , Mərkəzi ostanın Savə şəhristanında bəzi kəndlərdə məskunlaşıblar .[62]
  • Kerengani – Şərqi Azərbaycan ostanının Culfa şəhristanının Dizmar bəxşinin Kerengan kəndində və Hasanlu bəxşində bir neçə kənddə qarışıq ailələrdə yaşayırlar .[63]
  • Kacali – Ərdəbil ostanının Xalxal şəhristanın Kağız Künan bəxşinin Kacal kəndində yaşayırlar .[64]

İslamdan əvvəl Zərdüştilik dininə sitayiş ediblər.

XI əsrin sonlarına yaxın İran əhalisi ilə birlikdə demək olar ki, talışların da əksəriyyəti müsəlmanlığı qəbul etmişdi. İslamın yayılmasından sonra İran əhalisi Səfəvilərə qədər əsasən sünniliyin şafii və hənəfi məzhəbinə mənsub idi.[65] IX–XIV əsrlərdə İranın şimal bölgələri olan TəbəristanGilan, Xəzər dənizi ilə Elburs silsiləsi arasında bir sıra ərazilərdə şiəlik yayılmağa başladı. Talış ərazilərində əsasən zeydilik təriqəti geniş yayılmışdı. İranda ilk və ən güclü zeydi əmirliyi Təbəristanda 864–928-ci illərdə mövcud olmuşdur.[66]

Hazırda talışların əksəriyyəti şiə müsəlmanıdır. İranda yaşayan talışların bir qismi sünnidir.

  1. "Talysh". The Unrepresented Nations and Peoples Organization. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
  2. "Talysh, Talish in Iran :: Joshua Project". Archived from the original on 13 July 2015. İstifadə tarixi: 13 march 2018..
  3. 1 2 3 "Ethnic composition of Azerbaijan by 2009 census — Population statistics of Eastern Europe". 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2015.
  4. Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года: Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
  5. "26.02.1999 census of Kazakhstan". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.
  6. "Ukrayna Respublikası Statistika Komitəsi: 5-14 dekabr 2001-ci il siyahıya alması". 2010-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-28.
  7. "24.03.1999 census of Kyrgyzstan". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.
  8. Национальный статистический комитет Республики Беларусь. "Ethnic composition: 2009 census" (rus). pop-stat.mashke.org. 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
  9. "PC225: POPULATION, 31 March 2000 by Ethnic nationality, Talyshs". 25 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2020.
  10. Clifton/Deckinga/Lucht/Tiessen (2005), "Sociolinguistic Situation of the Talysh in Azerbaijan Arxivləşdirilib 2008-09-20 at the Wayback Machine". SIL Electronic Survey Reports 2005. p. 5
  11. "Jamie Stokes,"Encyclopedia of the Peoples of Africa and the Middle East, Volume 1", Infobase Publishing, 2009. pp 682: "The Talysh are an Iranian people, most of whom now live in the Republic of Azerbaijan, on the southwestern shore of the Caspian Sea, "
  12. Azərbaycanın demoqrafik göstəriciləri. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2013. stat.gov.az Arxivləşdirilib 2018-11-15 at the Wayback Machine
  13. Мамедли А. "Современные этнокультурные процессы в Азербайджане: основные тенденции и перспективы." Баку, издательство Университет Хазар, 2008, 246 стр
  14. "Azerbaijani Multiculturalism". multiculturalism.preslib.az. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-31.
  15. "Guilan Portal: Rezvanshahr". 2009-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-16.
  16. 1 2 Qəmərşah Cavadov. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları". Bakı, Elm, 2000.
  17. Congress, Library of (2006). Library of Congress Subject Headings. Library of Congress.
  18. G. Asatrian, H. Borjian. Talish//Talish and the Talishis. Iran and the Caucasus, 2005, vol.9.1
  19. Ahmad Kasravi, Kārvand-e Kasravi, ed. Yahyā Dokā, Téhéran, 1973. с. 283–288
  20. Алиев И., Гошгарлы Г. Юго-Запад Прикаспия в древности и эпоху средневековья Толыши сядо, 1993. с. 4
  21. "Tofiq Əzizov. Talışların əcdadı kimdir ?". avrasiya.info. Archived from the original on 2015-10-04. İstifadə tarixi: 4 oktyabr 2015..
  22. Tofiq Əzizov. Kadusilər kimin əcdadıdır? Arxivləşdirilib 2014-08-31 at the Wayback Machine
  23. Əli Əbdoli. "Kadusların tarixi" Tehran 2002 s. 7
  24. Asatrian, Garnik; Borjian, Habib (2005). "Talish and the Talishis (The State of Research)". Iran and the Caucasus. Brill. 9 (1): 43–72.
  25. Arakelova, Victoria. "The Talishis on Opposite Banks of the Araxes River: Identity Issues". Iran and the Caucasus. 26 (4). 30 noyabr 2022: 407–417. doi:10.1163/1573384X-20220406. ISSN 1609-8498. 7 Aralık 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Eylül 2023.
  26. P. Zablotskiy. Obozreniye Talışinskogo xanstva za 1836 god — 1836. — 61 s.
  27. Shahvar, Soli [in Persian]; Abramoff, Emil (2018). "The Khan, the Shah and the Tsar: The Khanate of Talesh between Iran and Russia". In Matthee, Rudi; Andreeva, Elena (eds.). Russians in Iran: Diplomacy and Power in the Qajar Era and Beyond. London: I.B. Tauris. pp. 24–48.
  28. Рисс П.Ф. "О талышинцах, ихобразежизни и языке." Записки КОИРГО, III, Тифлис, 1855
  29. 1 2 Списки населенных мест Российской империи. Бакинская губерния. Т.65. Тифлис, 1870
  30. Статистические таблицы о народонаселении Кавказского края // Сборник сведений о Кавказе, т. VIII
  31. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 года. Тифлис, 1898
  32. 1 2 3 4 5 Şahbaz Muradov, Çingiz Baxış. "AZƏRBAYCAN RESPUBLİKASINDA ETNO-DEMOQRAFİK PROSESLƏR: tarixi dəyişikliklər və reallıqlar". Bakı, 2013
  33. Перепись населения Азербайджанской ССР 1931 года. Вып. II. Баку: Азернешр, 1932, 280 с.
  34. Всесоюзная перепись населения 1937 г. Краткие итоги. М: Наука, 1991, 90 с.
  35. 1 2 "Всесоюзная перепись населения 1959 года". 2012-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-04.
  36. 1 2 Талыши Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine — Большая Советская Энциклопедия, БСЭ
  37. 1 2 I. Introduction. — 3. Langues dans le Caucasie, de l'Asie centrale soviétique et de la Sibérie. — 3.1. Liste des langues, page 47. // Composition linguistique des nations du monde. 5. L'Europe et l'URSS. Directeurs de l'edition: Heinz Kloss et Grant D. McConnell. Centre international de recherches sur le bilinguisme. Québec: Les Presses de l'Université Laval, 1984, 862 pages. ISBN 9782763770444
  38. 1 2 III. Tableaux de statistiques. — Données multinationales, p. 820. // Composition linguistique des nations du monde. 5. L'Europe et l'URSS Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Directeurs de l'edition: Heinz Kloss et Grant D. McConnell. Centre international de recherches sur le bilinguisme. Québec: Les Presses de l'Université Laval, 1984, 862 pages. ISBN 9782763770444
  39. 1 2 "Всесоюзная перепись населения 1989 года". 2011-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-04.
  40. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-26.
  41. "перепись населения 1926 года". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25.
  42. "Всесоюзная перепись населения 1939 года". 2012-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-04.
  43. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по республикам СССР". 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-04.
  44. Российская академия наук, Научный совет по исторической демографии и исторической географии, Институт Российской истории, Управление статистики населения госкомстата. Всесоюзная перепись населения 1939 года: Основные итоги, под редакцией Ю́рия Алекса́ндровича Полякова. Москва, издательство Наука, стр. 82
  45. "Всесоюзная перепись населения 1959 года". 2010-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-04.
  46. "The Talysh (or the Talishi)" (ingilis). www.eki.ee. 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.
  47. The State Statistical Committee of the Republic of Azerbaijan. "Population by national and/or ethnic group, sex and urban/rural residence: Azerbaijan (2009; All population; Both Sexes)" (ingilis). United Nations Statistics Division. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 2015-12-26.
  48. The State Statistical Committee of the Republic of Azerbaijan. "Population by language, sex and urban/rural residence: Azerbaijan (2009; All population; Both Sexes)" (ingilis). United Nations Statistics Division. Archived from the original on 2022-09-21. İstifadə tarixi: 2015-12-26.
  49. Этно Кавказ — Население кавказа: Население Азербайджана Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
  50. Population statistics of Eastern Europe :Azerbaijan Republic population and housing census of 1999 Arxivləşdirilib 2015-06-27 at Archive.today
  51. "27.01.1999 census of Azerbaijan". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.
  52. Большая Советская Энциклопедия. Талыши. — "Говорят на талышском языке; в СССР почти все талыши знают также и азербайджанский язык."
  53. ""Talış dilinin leksikası", Ə.Əliyev, E.Mirzəyev". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-11.
  54. "Gozarkhani". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-27.
  55. "Eshtehardi". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-27.
  56. "Alviri-Vidari". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-21.
  57. "Koresh-e Rostam". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  58. "Razajerdi". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  59. "Rudbari". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  60. "Shahrudi". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  61. "Taromi, Upper". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  62. "Takestani". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  63. "Karingani". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-21.
  64. "Kajali". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-21.
  65. Rahnema, 2011:139
  66. Fisher ve Frye, 1975:206

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]