Tam ədədlər (kompüter)

Tam, tam ədəd (ing. integer ~ ru. целый, целочисленный ~ tr. tam sayı) – “bütöv ədəd”, məsələn, 350 və ya 764. Proqramlaşdırma dillərində tam ədədlərdən sayma və ya nömrələmə məqsədilə, məsələn, ildəki günlərin sayı (1–365), yaxud gündəki saatların sayı (0–23), verilən tipi kimi geniş istifadə edilir. Məsələn, C dilində dəyişənin adından öndə duran “int” açıqlayıcısı (deskriptoru) həmin dəyişənin tipinin tam olduğunu göstərir. Tam ədədlər istər müsbət, istərsə də mənfi ola bilər, tutduqları baytların sayından asılı olaraq uzun (long) və ya qısa (short) kimi açıqlana bilər. Qısa tam ədədlər (məsələn, –2147483648-dən 2147483647-dək) daha kiçik diapazonu əhatə edir. Tam ədədlərlə aparılan hesablamalar həmişə sürətlə yerinə yetirilir, çünki onları göstərmək üçün daha az sayda bit istifadə olunur.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]