Tamara Xatun | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bursa, Osmanlı imperiyası |
Dəfn yeri | Hüdavəndigar məscidi, Bursa |
Atası | İvan Aleksandr |
Anası | Sarah Teodora |
Həyat yoldaşları |
Despot Konstantin I Murad |
Vikianbarda əlaqəli mediafayllar |
Tamara Xatun və ya Kera Tamara (XIV əsr və ya 1340, Bolqarıstan – XIV əsr və ya 1389, Osmanlı imperiyası) — Bolqar çarı İvan Aleksandrın qızı və 3-cü Osmanlı sultanı I Muradın xanımı.
Tamara Xatun 1340-cı ildə Bolqar çarı İvan Aleksandr və onun ikinci xanımı Sarah Teodoranın qızı olaraq dünyaya gəldi.[1] Atasından sonra çar olan İvan Şişmanın doğma bacısı idi. Həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. İlk ərinin despot Konstantin olduğu məlumdur. Ancaq bəzi mənbələrin onun Bizans imperatoru II Manuelin qaynatası Konstantin Draqas olduğunu iddia etməsi yalnışdır. Çünki adı çəkilən şəxs 1395-ci ildə vəfat etmiş, Tamara isə tarixi mənbələrdə 1371-ci ildən artıq dul olaraq anılmağa başlanmışdır.
1371-ci ildə atası Çar Aleksandr vəfat etdi və qardaşı İvan Şişman Bolqar taxtına əyləşdi. Həmin il Osmanlı sultanı I Muradın elçiləri paytaxt Tırnovaya yollandı və yeni çarla sülh şərtlərini yenilədi. Ancaq çarın gözəl bacısının dul olduğunu bilən Sultan Muradın bu dəfəki sülh tələbi başqa idi. İki dövlət arasındakı sülühn davam etməsi üçün Osmanlıların tələbi Tamara Xatun oldu. Ancaq çar İvan Şişman sultanı müxtəlif oyunlarla 7 il boyunca gözlətdi.[2]
Çar İvan Şişmanın 7 il boyunca Osmanlılara qarşı davam edən mübarizəsi uğursuz nəticələndi və çar bacısını 1378-ci ildə paytaxt Bursaya göndərməyə məcbur oldu.[2] Cütlüyün Bursada rəsmi mərasimlə kəsiolən nigahının ardından Tamara Xatun dinini dəyişmədi.
Tamara Xatunun məzarı Bursada əri Sultan Muradın da dəfn edildiyi Hüdavəndigar məscidindədir. Vəsiyyətinə görə türbənin üzəri mərmərlə örtülmədi və məzarının üzərinə arpa dənələri səpildi.