Tamkənaryarpaq dovşanalması | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Tamkənaryarpaq dovşanalması |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir.
Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır. Toxum və qələmlə çoxalır.
İşıqsevən, quraqlığa və istiyə davamlı bitkidir, günəşli yerlərdə bitir. Torpağa az tələbkardır, əhəngli torpaqlarda yaxşı inkişaf edir. Qışa yüksək davamlılığı ilə fərqlənir.
Yaşıllaşdırmada dekorativ qrupların və canlı hasarların yaradılmasında istifadə edilir. Mədəni şəraitdə 1656-cı ildən becərilir. Yaşıllaşdırmada geniş istifadə olunur.
Yarpaqlarının uzunluğu (0,8) 1-4 (6) sm-dir, yumurtaşəkilli-dəyirmii və yaellipsşəkillidir, tamkənarlıdır, üst tərəfdən tündyaşıl, tutqun, seyrək basıq-tüklüdür və yaçılpaqdır, alt tərəfdən boz və ya ağ-keçə tüklüdür; saplaq qısadır, uzunluğu 1-4 mm-dir.
Salxımları 1-3 (5)-çox vaxt 2 çiçəklidir, əyiləndir, adətən yarpaqlardan qısa olur. Çiçəkləməsi adətən iyun ayına təsadüf edir.
Yetişmiş meyvələri qırmızı rəngdədir, şarşəkilli və ya əksinəyumurtaşəkillidir, uzunluğu 7-11 mm-dir, (2) 3-4 çəyirdəklidir və uc hissədə tüklüdür. Meyvələməsi adətən avqust ayına təsadüf edir.
Böyük Qafqaz (BQ) Quba, BQ şərq, BQ qərb, Kiçik Qafqaz (KQ) şimal, KQ cənub, KQ mərkəzi, Naxçıvan dağları, Lənkəran dağları. Yuxarı dağ vəhündürlüyü 2200 m-ə qədər olan subalp qurşağında, bəzən orta və aşağı dağ qurşaqlarında; bəzi yerlərdə alp qurşağının aşağı zolağına keçir.
Daşlı qayalı yamaclarda, işıqlı meşələrdə meşənin yuxarı kənarında, kollar arasında rast gəlinir.