Tanjer | |
---|---|
طنجة ⵟⴰⵏⵊⴰ | |
35°46′36″ şm. e. 5°48′14″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | V əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 56 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 90000, 90010, 90020, 90030, 90040, 90050, 90060, 90070, 90080, 90090, 90100 |
Digər | |
tanger.ma | |
Vikianbarda əlaqəli mediafayllar |
Tanjer (ərəb. طنجة, Tanjа[3]) — Mərakeşin şimali-qərbində tarixi bir şəhər.
Cəbəllütariq boğazının sona çatıb Atlantik okeanın başladığı nəqtə olan Spartel burnunun 10 km. qədər şərqində strateji önəmə sahib bir mövqedə olan Tanjernın ( fr. Tanger, ing. Tangier) Finikiyalılar tərəfindən miladdan öncə 814-cü ildə qurulduğu və Finikiyalıların ticarət mərkəzlərindən olduğu bilinir. Daha sonra Karfagen dövləti və Roma imperiyası hakimiyətində qaldı. V əsrdə İspaniyadan sürülən andalların, VI əsrdə isə Bizanslıların əlinə keçdi. İslam öncəsi dönəmdə Tinga (Tingis, Tinjis) adını daşıyan və Səbtədə (Cəuta) oturan Bizans valisi Julianos tərəfindən idarə edilən şəhəri Əməvilər dövründə İfrikiyyə valisi Ukbə b. Nafi barış yoluyla fəth etdi (681-682).
Bərbəri üsyanları və Ukbənin bir il sonra üsyancılar tərəfindən öldürülməsinin ardından bir neçə dəfə əl dəyişdirdi. İfrikiyə və Məğrib valisi Musa ibn Nusayr, Tanjeri 708-ci ildə təkrar ələ keçirdi. Musa, Məğrib-i Əqsada Susüədna bölgəsinin idari və əsgəri mərkəzi olan Tanjer şəhərinin valiliyinə azadlı köləsi Tarık bin Ziyadı gətirdi. Onun əmrinə 17.000 ərəb, 12.000 Bərbəri əsgəri verdi, ayrıca yanında bərbərilərə Quran və dini məsələləri öyrətmək üzərə din alimləri buraxdı. Bölgənin idari mərkəzi və Musa b. Nusayrın ordularının Atlantik okeanı ilə Cəbəlitariq sahillərinin təmas sahəsindəki ilk əsgəri bazsaı olan Tanjer Şimali Afrika, Əndəlus və Qərbi Aralıq dənizi tarixində önəmli rol oynadı. İlk illərdə şəhər bölgədə İslami təbliğ və təhsilin mərkəzi halına gətirildi və özəlliklə Əndəlus fəthini gerçəkləşdirəcək birliklərin toplanma nöqtəsi oldu. Tanjer limanına Əndülüsə gedəcək əsgərləri daşımaq üçün altmış gəminin dayandığı bildirilir. Əndülüs fəthləri əsnasında şəhər Musanın böyük oğlu Əbdüləziz tərəfindən idarə olundu.
Musa b. Nusayrdan sonrakı Şimali Afrika valilərinin millətçi siyasət izləmələri üzündən Tanjer, Xariciliyi mənimsəyən Bərbərilərin çıxardığı üsyanlara səhnə oldu. Əzarika və İbazi Xaricilərinin başlatdığı bir üsyanda Tanjer xərac amili Ömər b. Abdullah əl-Muradi öldürüldü (740). Tanjerə girən Xarici lideri Meysərə əl-Mədqari burada xəlifəliyini elan etdi. Ardından üsyançılar Sus valisi İsmayıl b. Ubeydullahı öldürdülər. Məysərənin məğlub olduğu bir savaşdan sonra tərəfdarları tərəfindən öldürülməsi üzərinə Xalid ibn Humeyd əz-Zənatiyə biət edən xaricilər, Tanjeri geri almaq üçün Şimali Afrikaya keçən Əndülüs valisini Vadişəlif (Quəd Chélif) mövqeyində ağır bir məğlubiyyətə uğratdılar (740). Tanjer üsyanı bütün Şimali Afrikada, hətta Əndəlusdə əks-səda buldu.
Tanjer IX əsrin əvvəllərində İdrisilər sülaləsinin əlinə keçdi. Əndəlus Əməvi hökmdarı III Əbdürrəhman 926-cı ildə Tanjer və Məliləyi (Məlilla) öz torpaqlarına qatdı. Ancaq İdrisilər, Humeyd ibn Yəsal komandasındakı Fatımi ordusunun yardımıyla Tanjer daxil atalarına aid torpaqların böyük bir bölümünü geri aldılar. Fatımilərə tabe olaraq hökm sürən Qasım Kənnunun vəfatının ardından (948) taxta çıxan oğlu Əbül-Ayş Əhməd, Fatımilərdən ayrılıb Əndəlus Əməvi xəlifəsi III Əbdürrəhmana itaət etdiyini açıqlamaqla bərabər Tanjeri ona vermədi. Buna görə Əndəlus Əməvi qüvvələri Tanjeri zəbt etdi.
1077-ci ildə Tanjeri ələ keçirən Murabıt hökmdarı Yusif ibn Taşfin, şəhərin limanını Əndəlusdə Kastiliya kralına qarşı qazandığı Zəlləq döyüşü üçün keçiş nöqtəsi olaraq istifadə etdi. Murabıtların yıxılışından sonra Muvahhidlərin əlinə keçən Tanjer (1147) özəlliklə gəmiqayırma və Əndəlusə əsgər yeritməsindəki önəmini qorudu. Şəhərin limanı genişlədildi, ticarət və sənaye inkişaf etdi. Eyni zamanda önəmli bir elm mərkəzi olan Tanjer, Muvahhidlərin yıxılışı əsnasında Əbül-Həccac Yusif ibn Məhəmməd əl-Həmdaninin əlinə keçdi. Daha sonra Mərini sultanı Əbu Yusif Yaqub əl-Mənsur üç aylıq bir mühasirənin ardından şəhəri zəbt etdi (1273-1274). Tanjer, Mərinilərin son illərində Portuqaliya hücumlarına məruz qaldı.
Tanjer şəhərinin 2008-ci il siyahıya alınmasına görə 907 min nəfər əhalisi var.