Tank (ing. Tank – bak, qab) — əsas vəzifəsi birbaşa atəş gücü istifadəsiylə düşmən qüvvətlərinə hücum olan, palitralı və zirehli bir döyüş vasitəsidir. Tank çox təhlükəlidir. Tankı digər döyüş vasitələrindən ayıran xüsusiyyətləri ağır bir zirehə, yüksək atəş gücünə və hər cür ərazidə sürətli gedəcək şəkildə hazırlanmış sürüş komandalarına sahib olmasıdır. Hər nə qədər bahalı və məntiqi baxımdan səy tələb edən vasitələr olsa da, yer hədəflərinə hücum qabiliyyəti və piyadaları əhvalını çökdürməsi səbəbiylə müasir orduların imtina edilməz ünsürlərindəndir.[1]
İlk tank Böyük Britaniyada Birinci dünya müharibəsində yaranıb. İlk tanklar avtomobil motorları ilə təchiz edilrdi. Onun adı Mari 1 olub. Bu tank 8 km/saat sürətlə hərəkət edib. Hər kilometrə 5 litr yanacaq işlədib. Onun çəkisi 3 ton olub. Onun 4 lüləsi olmuşdur. Beləliklə hər tərəfə atəş açan tank çox gücə malik olub, lakin bu tankı asanlıqla dağıtmaq olardı. Əvvəlcə bir neçə qumbara atmaqla onun sepini sıradan çıxardır. Sonra isə onun içinə qumbara atırdılar. Beləcə tank sıradan çıxırdı. Buna görə də Britaniya bu tankdan cəmi 50 dənə istehsal etmişdir. Britaniyanın bir çox yerlərində onun şərəfinə qoyulmuş abidələr qalmaqdadır.
İngiliscədən gələn tank sözü əslində "bak, qab, çən, sistern" deməkdir və bildiyimiz bu sözün "tank" kimi, yəni, zirehli döyüş arabası (armored combat vehicle) mənasında işlənmə səbəbi Britaniya kəşfiyyatçıları tərəfindən düşmənləri çaşdırma məqsədilə bu vasitələrin üstünə "tank" yazmaqları idi; o vaxtın tankları həqiqətən sisternə oxşadıqlarına görə bu söz dilə rahat oturub. İngilislərin özləri isə ona kimi buna Landship (quru gəmisi) deyirdilər. Ərəb dilində və Azərbaycan dilinin Türkman ləhcəsində bu döyüş vasitəsinə dəbbabə (دبابة) deyirlər. Əslində dəbbabə (osman. دبابه, türk. Debbâbe) Osmanlı ecadı olan qalaları çökdürmək üçün silahlı arabanın adıdır.[2] Tankın bu arabaya oxşadığına görə tank üçün də bu sözü işlədirlər, sözün kökü isə ərəbcə د ب ب — "ayı kimi sürünmək"-dir[3].
Bir çox dillərdə bu vasitə üçün döyüş arabası (combat wagon) sözünün hərfi tərcüməsini işlədirlər[4]