Tanq adası

Tanq adası
khm. កោះតាង
Tanq adası (1975-ci ilin mayı)
Tanq adası (1975-ci ilin mayı)
Ümumi məlumatlar
Sahəsi 5.9 km²
Uzunluğu
  • 6,5 ± 0,1 km
Sahil uzunluğu 20 km
Yerləşməsi
10°18′00″ şm. e. 103°07′00″ ş. u.HGYO
Ölkə  Kamboca
Akvatoriya
Tanq adası xəritədə
Tanq adası
Tanq adası

Tanq adası (khm. កោះតាង) — eyni adlı arxipelaqın ən iri adası. Ada Siam körfəzində, sahildən 52 km aralıda qərarlaşır. İnzibati cəhətdən Kambocaın Kamponqsam vilayəti ərazisinə daxildir. Hal-hazırda adada hərbi baza qərarlaşır. Kambocadan tərcümədə «Əfsnəvi ada» (khm. កោះ kox — ada, (khm. តាង) tanq — əfsanə) mənasını verir.

Ada qədim suxurlardan təşkil olunmuşdur. İki elə də böyük olmayan buxta şərq və qərb hissələrində yerləşir. İki buxtalar arasında bərzəx yerləşir. Şərq sahilində yerləşən buxta sahilində mərcan çimərlik vardır. Adadan 1,3 km şərqdə Tut adası yerləşir. 2,2 km cənubda isə Damlonq adası yerləşir[1]. Arxipelaqa həmçinin MuyPiy adaları daxiıdirki, onlarda müvafiq olaraq 8,4 və 9,6 km məsafədə yerləmir.

Tanq adasında qətillət

[redaktə | mənbəni redaktə et]

1975-ci ilin mayında qırmızı kxmerlər Vyetnama məxsus olan Txotyo adasına hücum çəkərək buradan 513 yerli sakini oğurlayırlar. Əhali tanq adasına gətirilir. Burada isə onların hamısı güllələnmişdir[2].

Tanq adasının şərqində vurulmuş CH-53 markalı helikopterlər

12 may 1975-ci ildə amerikan ticarət gəmisi «Mayaques» (Mayagüez) Kamboca sularından keçərkən «qırmızı kxmerlərin» patrul katerləri tərəfindən saxlanılır. Bu hadisə Kamoca hökumətinin Pol Potu işgal etməsindən bir, Vyetnam müharibəsinin bitməsindən isə iki həftə donra baş vermişdir. Gəmi yedəyə alınaraq materik sahilinə aparılır, ekipaj üzvləri isə saxlanılır.

ABŞ hökuməti üçün bu santi bir təhtid idi. Üstəlik o bölgədə bir müharibəni uduzmuşdu. Bu səbəbdən dərhal hərbi əməliyyatların başlanması görərişi verilir. Hədəf heyətin azad edilməsi olur. Amerika aviasiyası dərhal bölgədə olan katerləri bombalayır. Hədəf isə mayeriklə adalar arasında ılaqənin kəsilməsi olur. Hərbi əməliyyatların gedişində 15 əsgər ölür və 3 əsgər isə iktin düşür. Ümumilikdə isə əməliyyatlarda Taylandda helikopter qəzasında ölənlərlə birlikdə itki sayı 23 olmuşdur. Onların xatirəsi Vaşinqtonda Vyetnam müharibəsi memarialında əbədiləşdirilmişdir. Döyüşdə ölənlərin böyük qismi Tanq adasının şərqində helikopterdə vurulmuşlardır.

«Foks Ledi» gəmisinin tutulması

[redaktə | mənbəni redaktə et]

13 avqust 1978-ci ildə «Foks Ledi» adlı yelkənli gəmi Sinqapurdan Bankonqa gedərkən yolunu azaraq Tanq adasının qərbində gəlib çıxır. Gəmini «qırmızı kxmerlər» aşkarlayırlar. Gəmi kapitanı olan Styoart Qlass yerindəcə öldürülür. İki dənizçi ingilis Con Dyoirst və yenizelandiyalı Kerri Hempell isə dənizə atılsalarda tutularaq Pnompenə gətirilir. Onlar işgəncə altında kəşfiyyatcı olduqlarını boynuna alırlar. Dyoirst avqustun sonları, Hempel isə həmin ilin oktyabrında öldürülür[3].

  1. "Arxivlənmiş surət" (PDF). 2013-07-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  2. "Evidence of Koh Tang massacre by Khmer Rouge". Tuoi Tre. 16 January 2014. 22 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.
  3. Susan Pepperell. "Brotherly love: Rob Hamill wants justice for brother killed by Khmer Rouge". Sunday Star Times. 5 April 2009. 26 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.