Tanrı mənim şahidimdir

Tanrı mənim şahidimdir
Janr dram filmi
Baş rollarda
İlk baxış tarixi 1992
Ölkə
Dil Hind dili
Rəng rəngli
IMDb ID0104607

Allah şahiddir (Rom: Khuda Gawah; film, həmçinin də Allah mənim şahidimdir adı altında da tərcümə edilmişdir[1]) — Mukul S. Anand tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmiş 1992-ci ildə çəkilmiş Hind epik dram filmidir. Əsas rollarda Amitabh Bachchan, Nagarjuna, Sridevi, Shilpa Shirodkar, Denni Denzonqpa, Kiran Kumar çəkilmişdirlər. Filmin musiqisini Laxmikant-Pyarelal bəstələnmişdir. Film Şridevi və Baççanın üçüncü müştərək filmi olmuşdur. Filmdə Badşah Xan Bənazirin atasının qatilini tapmaq üçün Əfqanıstandan Hindistana gedir ki, onu heyran etsin və onunla ailə həyatı qursun. O, bu işdə müvəffəqiyyət qazanır, lakin tezliklə özünü bir cinayətdə ittiham olunmuş və Hindistan həbsxanasında tələyə düşmüş vəziyyətdə görür.

Ekran əsəri bir sevgi və şərəf dastanıdır. Kabil şəhərinin qorxmaz Bədşah xanı ilə klan başçılarından birinin qızı Bənazir arasında olan ülvi məhəbbətdən bəhs edir. Bədşahın evlilik təklifinə Bənazir müsbət cavab verir, ancaq bu izdivacın baş tutması üçün bir şərt irəli sürür: əri olmaq istəyirsə mütləq atasının qatili Həbibullanı axtarıb tapıb, onun başını Bənazirə gətirməlidir. Həbibullanın axtarışına çıxan Bədşah yolda qohumları Paşa və Ranbir Sinqhə rast gəlir. Bədşah Həbibullanı taparaq onu qətlə yetirir. İndi ona Hindistan torpağında iş düşür. O polis işləyən Ranbirə söz verir ki, sevgilisi Bənazirlə evləndikdən sonra könüllü şəkildə təslim olacaq və cəzasını çəkəcək. Bədşah kişi kimi sözünün üstündə durur və təslim olur. Onu Hindistanda beş il həbs cəzası və çoxsaylı sınaqlar gözləyir.

  1. Holden, Stephen. "Many Indian Movies in One (Published 1993)". The New York Times. 20 August 1993. ISSN 0362-4331. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05 – NYTimes.com vasitəsilə.