Tao Okamoto | |
---|---|
Doğum tarixi | 22 may 1985 (39 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | model[d], aktrisa, fotomodel[d], kinorejissor |
Fəaliyyət illəri | 1999-cu ildən |
taookamoto.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tao Okamoto (岡本 多緒?, 22 may 1985, Çiba) və ya sadəcə Tao[1][2] – Yaponiya aktrisası və modeli.[3] 2009-cu ildə "Ralph Lauren" brendinin siması olmuşdur.[4] 2013-cü ildə çəkilən "Şimal porsuğu: Ölməzlik" filmində Mariko Yaşida personajını canlandıraraq aktrisa kimi debüt etmişdir.[5] 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda çıxış etmişdir.[6] "Hannibal", "Hündür qəsrdəki adam" və "Vest dünyası" seriallarında yan rollarda oynamışdır.
Tao 22 may 1985-ci ildə Yaponiyanın Çiba prefekturasının eyniadlı şəhərində doğulmuşdur. Model karyerasına 14 yaşında başlamışdır.
2006-cı ildə Parisə köçərək beynəlxalq səviyyədə model olmağa qərar vermişdir. Qısa müddət ərzində Avropa podiumlarında model kimi çıxış etmiş, tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 2009-cu ildə Nyu-Yorka köçmüşdür.[7]
Tao müxtəlif reklam layihələrində işləmişdir. Mario Testino ilə birlikdə Dolce & Gabbana, Alasdeyr Maklellan ilə birlikdə Emporia Armani, Mario Sorrenti ilə birlikdə Kenzo kampaniyalarında iştirak etmişdir. "i-D Magazine", "V Magazine", "W Magazine" jurnalları, "Harper's Bazaar" və "Vogue" jurnallarının beynəlxalq buraxılışları üçün fotomodellik etmişdir.
Okamoto Alexander McQueen, Alexander Wang, Burberry Prorsum, Bottega Veneta, Chanel, Dolce & Gabbana, Donna Karan, Emanuel Ungaro, Fendi, Giorgio Armani, Givenchy, Hermès, Jean-Paul Gaultier, Kenzo, Louis Vuitton, Marc Jacobs, Maison Martin Margiela, Max Mara, Miu Miu, Moschino, Paul Smith, Phillip Lim, Ralph Lauren, Salvatore Ferragamo, Tommy Hilfiger, Vivienne Westwood, Yves Saint Laurent və bir çox brend üçün modellik etmişdir.[8][9]
"Vogue Nippon" jurnalının 2009-cu il noyabr buraxılışı Taoya həsr olunmuşdur. Yaponiya Dəb Redaktorları Klubu tərəfindən "İlin modeli", "Vogue Nippon" jurnalı tərəfindən "2010-cu ilin qadını" seçilmişdir.
2013-cü ildə Hyu Cekman ilə birlikdə "Şimal porsuğu: Ölməzlik" filmində əsas rollardan birini canlandırmışdır. 2014-cü ilin okyabrında "Hannibal" serialında Çiyo rolunu oynayacağı açıqlanmışdır.[10]
2015-ci ilin yanvarında Alodiya Cosinfiao ilə birlikdə "Yolayırıcıları" filmində yer alacağı anons edilmişdir.[11] 2015-ci ildə "Hündür qəsrdəki adam" serialında vəkil Pol Kasouranın arvadı və Robet Çildanın müştərisi olan Betti Kasouranı canlandırmışdır.[12] 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda görünmüşdür.[6]
2015-ci ildə "The Last Magazine" jurnalının redaktoru olan Tenzin Vild ilə evlənmişdir.[13]
İl | Başlıq | Rol | Qeydlər |
---|---|---|---|
2013 | Şimal porsuğu: Ölməzlik | Mariko Yaşida | aktrisa kimi debüt |
2014 | Qan yolu | Toko Sakaqami | yapon miniserialı[14][15] |
2015 | Hannibal | Çiyo | 4 seriya |
2015 | Hündür qəsrdəki adam | Betti | 4 seriya |
2016 | Betmen Supermenə qarşı: Ədalətin şəfəqi | Mersi Qreyvz | |
2016 | Yolayırıcıları | ||
2017 | İnsan ovu | Kiko Tanaka | |
2018 | Laplas cadugəri | Rey Kirimiya | |
2018-2020 | Vest dünyası | Hanaryo | 5 seriya |
2019 | İtmiş transmissiyalar | Vendi |