Tarım (çin. ənən. 塔里木盆地, sadə. Tǎlǐmù Péndì; uyğ. تارىم ئويمانلىقى, Tarim Oymanliqi) — Çinin qərbində Sincan-Uyğur Muxtar Rayonu ərazisində, 1,000 km uzanan böyük bir ellips şəklində hövzədir.
Divanü Lüğat-it-Türkdə; Tarım ترم göllərə və qumluqlara tökülən çay qolları mənasında işlənir.[1]
Şimalında Tanrı dağları, cənubunda Karanlık dağları, şimal-qərbində Qarakulum və Altınqum dağları yerləşir. Çinin Sincan-Uyğur Muxtar Rayonunun böyük bir hissəsini əhatə edir. Tibet yaylasının şimalında yerləşir. Adı içərisindən keçən Tarım çayı ilə bağlıdır. Ətrafındakı dağlardakı vahələrdə yaşayış məntəqələri mövcuddur. Vaxtiylə İpək yolu buradan keçərdi.[2]
İpək yolu Asiyanın müxtəlif istiqamətlərindən keçən iki qola ayrlmlış ticarət yollarıdır. Şimali İpək olu hövzənin şimalı boyunca, Cənub İpək yolu ise Taklə Məkan çölünün şimalı boyunca uzanır.[3] Bir orta istiqamət VI yüzildə tərk edilmişdir.