Tarahumara Rarámuri | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | tarahumara dili, ispan dili |
Dini | Animizm |
Vikianbarda əlaqəli mediafayllar |
Rarámuri (öz dilində) və ya Tarahumara (ispanca, və bütün dünyada) Meksikanın şimal-qərbində yaşayan, çox uzaq məsafəyə qaça bildiyinə görə məşhur olan, bir hindu xalqıdır[1][2]. Onların dilində rarámuri sözü ancaq kişilər üçün işlənir, qadın üçün isə mukí (birdənə) və omugí və ya igómale (çox olanda) sözləri.
Rarámuri sözü Carl Lumholtz kimi, erkən etnoqraflara müvafiq olaraq, "piyada qaçanlar" və ya "onlar, kim ki tez qaçır" deməkdir, amma bu interpretasiya tam razılaşdırılmamışdır. Onların yaşayış qəsəbələri səpələnmiş olduğuna görə, onlarda çox uzaq qaçmaq bir ənənəsi yaranmışdır (320 km bir dəfəyə) - iki gün ərzində kobud kanyonlar içində, qəsəbələrin rabitəsi üçün, ovçuluq etmək üçün və sair[3]. Onların səndəllərdə qaçmağı Christopher McDougall-ın "Born to Run" kitabında təsvir edilib.