Targitay

TarqitaySkif mifologiyasında ilk adam.

Hələ 2500 il bundan öncə Herodot saqa boylarının soykökü miflərini qələmə almışdır. Yazar saqaların soybabası Targitayın pers şahı Daranın (Dariusun) saqalar üzərinə yürüş etdiyi ildən (513) min il öncə yaşadığını qeyd edir ki, bu da m.ö. II minilin orta la rında Koroğlu mifinin dastanlaş dığı dövrə düşür.

Herodot yazdığı saqaların (skitlərin) soykökü miflərindən birini Qara dənizin quzey sahillərində yunan kaloniyalarından toplamış, o birini isə saqaların özündən eşitmişdi. Birinci mifdə saqaların soybabası Herakl, ikinci mifdə isə Targitaydır.

Bu variantda saqaların soybabası Targitay Papay (Zevs) ilə Apinin (Geya) oğludur. Aşmarin qeyd edir ki, çuvaş dilində "baba tanrı" (tanrı baba) anlamında papay, tură papay deyimi işlənmişdi.

Qədim türklər ulu ana, ulu nənəyə də Api demişlər. "Qutatqu bilik" Apini ilk qadın "Həvva" anlamında təqdim edir: "Apa yazdı ersə, Bayat qınadı" (Həvva azdı, tanrı qınadı).

Herodot yuxarı qatı təmsil edən Papayın yunanlarin baş tanrısı Zevsə, Apinin isə Yer ilahəsi Geyaya uyğun gəldi yini vurğulayır. Beləliklə, saqa (türk) mifologitasına görə, Ulu Baba ilə Ulu Ananın izdivacından Targitay doğulur. Türklərdə Oqtay, Altuntay, Tуруmtай adları olduğu kimi, Çingiz xan dönəmində monqollar arasında da Ъиьаtай, Сабуtай Белгуtай və Tар гу tай adları yayğın idi və bu son ad Targitay adına çöx yaxındır. Bu ada bir də Herodotdan min il sonra 584-də Feofilakt Simokattanın əsərində avar boyunda tanınmış bəylərdən olan Targitayın adında rast gəlirik.

Beləliklə, bu mifdə adı keçən Papay, Apı və onların oğlu Targitay adları türkcədir. Targitayın da üç oğlu olur: Li poksa(is), Arpoksa(is), Kolak sa(is).

Tarqitayı xet və luviyalıların tanrısı Tarxuntla əlaqələndirirlər.[1].

  1. "Рыбаков Б. А. Язычество Древней Руси". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]