Tatra Milli Parkı | |
---|---|
pol. Tatrzański Park Narodowy | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 22 000 ha |
Yaradılma tarixi | 1954 |
Yerləşməsi | |
49°10′00″ şm. e. 19°55′00″ ş. u.HGYO | |
Ölkə | Polşa |
Yaxın şəhər | Krakov |
tpn.gov.pl | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tatra Milli Parkı (pol. Tatrzański Park Narodowy) — Polşanın cənubunda, Slovakiya ilə sərhəddə yerləşən milli park. Slovakiyada olan Aşağı Tatra Milli Parkı ilə birlikdə vahid qorunan təbiət ərazisidir. Milli parkın sahəsi 211,64 km²-dir. Parkın idarə etmə mərkəzi Zakopane şəhərində yerləşir.
Milli park 1954-cü ildə yaradılmışdır. Sahəsi 22 min hektar olan parkda əsasən Tatra dağlarının unikal landşaftı qorunur. 1993-cü ildə Tatra Milli Parkı onunla qonşu olan Aşağı Tatra Milli Parkı ilə birlikdə UNESCO-nun Biosfer qoruğu statusunu almışdır[1].
Milli park ərazisində Polşanın ən yüksək zirvəsi — Rısı yerləşir. Zirvənin dəniz səviyyəsindən hündürlüyü 2499 metrdir[2]. Park ərazisində 650 mağara qeydə alınıb. Mağaraların içərisində Belka-Snejna ən uzun (23 km) və həm də ən dərin (814 m) mağaradır[3]. Mağaraların ancaq altısı ziyarətə açıqdır. Milli parkda bir neçə çay və 30-dan çox dağ gölü mövcuddur. Ən uzun çayın uzunluğu 20 km-dir. Göllərin içində ən böyüyü Morskie Oko gölüdür. Sahəsi 0,349 km², dərinliyi isə 50 metrdir. Ərazidəki ən hündür şəlalə Sikavadır. Hündürlüyü 70 metrdir. Bu şəlalə Polşanın ən hündür şəlaləsidir[4]. Miskeviç şəlaləsi isə (10 m) bölgənin ən populyar şəlaləsidir.
Ərazinin 1250 metr hündürlüyüə qədər olan hissədə ağ şam və ağçaqayın ağaclarından ibarət meşələr üstünlük təşkil edir. Daha yüksək ərazilərdə isə küknar ağacları yayılıb. 1800 metr yüksəklikdən sonra alp çəmənlikləri başlayır.
Milli park ərazisində alp marmontu, qarapaça, berkut, adi yapalaq və Tichodroma muraria çoxluq təşkil edir[5].