Taxıl böcəkləri

Taxıl böcəkləri
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Taxıl böcəkləri
Beynəlxalq elmi adı

Taxıl böcəkləri (lat. Zabrus) — sərtqanadlılar və ya böcəklər dəstəsinin karabidlər (lat. Carabidae) fəsiləsinin əsl karabidlər yarımfəsiləsinə (lat. Carabeinae) aid cinsdir.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Cinsə daxil olan növlərin bədəni əsasən enli olub oval formalıdır, az-çox uzunsovdur, yanları çox vaxt paraleldir. Növlərin əksəriyyətinin rəngi qətrana oxşar qaradır, çox vaxt metal parlaqlığı var. Bığcıqları sap şəklındədir, 11 buğumludur, üzərində qıllı məsamələr var. Bığcıqların ikinci buğumu boyca birincinin yarısı qədərdir, üçüncü buğumu isə birincidən demək olar ki, iki dəfə uzundur. Qalan buğumlar təxminən eyni uzunluqda olub, üçüncü buğumdan bir qədər qısadır, azca sıxılmışdır. Sonuncu buğum uzunsov-oval şəklindədir. Cinsə daxil olan növlərin başı yoğun və nisbətən iridir, dəyirmi formalıdır, lakin ön tərəfdən bir qədər daralmışdır. növlərin çoxunun alnında hər gözün daxili kənarında bir qıllı məsamə vardır, və ya məsamə yoxdur. Çənələri qüvvətli, qısa, enli və qalındır. Çənə duyğu üzvləri sap şəklindədir. Gözləri balaca və dairəvidir. Alnı qabarıq və enlidir. Belqabığı köndələn vəziyyətdədir, iri və qabarıqdır. Belqabağının naxışları, adətən, qırnöqtəlidir. Qırışıqlarısa və zərifdir.

Bu cinsə tipik bitkiyeyən karabidlər daxildir. Belə ki, cənub karabid böcəyi (Zabrus morio Men.), Z.tenebrioides, Z.trinii Azərbaycanda dənli bitkilərin əsas ziyanvericilərindən biri olub, payızlıq taxıla mühüm ziyan vurur. Qeyd olunan növlər həm sürfə, həm də yetkin mərhələdə taxılın müxtəlif hissələrini zədələyir.

Yarımcinsləri

[redaktə | mənbəni redaktə et]
  • Aulacozabrus Antoine, 1947
  • Cantabrozabrus Anichtchenko & Ruiz-Tapiador, 2008
  • Craspedozabrus Ganglbauer, 1931
  • Epomidozabrus Freude, 1986
  • Euryzabrus Ganglbauer, 1931
  • Eutroctes Zimmermann, 1831
  • Himalayozabrus Andujar & Serrano, 2000
  • Iberozabrus Jeannel, 1942
  • Italozabrus Andujar & Serrano, 2000
  • Lobozabrus Ganglbauer, 1931
  • Macarozabrus Freude, 1986
  • Pelor Bonelli, 1810
  • Platyzabrus Jeanne, 1970
  • Polysitus Zimmermann, 1831
  • Zabrus Clairville, 1806
  1. Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar / M.Ə.Musayevin redaktəsi ilə. Bakı: Elm, 2004, 388 s.
  2. Səmədov N.H. Taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1954, 134 s.