Tay-Sachs xəstəliyi (GM2 qanqliozidozu, erkən uşaqlıq dövrünün amavrotik idiotiyası) mərkəzi sinir sisteminə (onurğa beyinə, beyinə və meningeal membranlara) təsir edən otosomal resessiv irsi xarakterli nadir irsi xəstəlikdir. Lizosomal toplanma xəstəlikləri qrupuna aid edilir.[1]Xəstəlik ilk dəfə 1881 və 1887-ci illərdə britaniyalı oftalmoloq Uorren Tay (1843-1928) və amerikalı nevroloq Bernard Saks (1858-1944) tərəfindən təsvir edilmişdir. Xəstəlik onu təsvir edən bu şəxslərin adi ilə adlandırılmışdır.
Xəstəliyə heksoseaminidaza A fermentinin α-alt bölməsini kodlayan və 15-ci xromosomun uzun qolunda yerləşən HEXA genindəki mutasiya səbəb olur.[2] Xəstəlik otosomal resessiv şəkildə ötürülür. Hər iki valideynin mutant genin daşıyıcısı olduğu hallarda xəstə uşağın doğulma ehtimalı 25%-dir.[3] Bu günə qədər HEXA geninin 100-dən çox müxtəlif mutasiyaları müşahidə olunmuşdur.[4]
Xəstəliyə Aşkenazi yəhudilərində daha çox rast gəlinir. Onların arasında isə təxminən 3%-də HEXA gen mutasiyası olur. Bu xəstəlik frankokanadalılar, kadjunlar və amişlər arasında da yayılmışdır. Digər əhali qrupları arasında resessiv mutant genin orta daşınma tezliyi ~0,3%-dir. İrsiyyət tipi autosomal resessiv şəklindədir.[5]
Bu xəstəliyin klinik təsviri lizosomlarda yerləşən və qanqliozidlərin istifadəsində iştirak edən, kimyəvi katalizator-mediator olan, heksoseaminidaza A fermentini sintez edən, HEXA geninin mutasiyası nəticəsində mərkəzi sinir sistemində yaranan genetik qüsurdur.[6] Fermentlərin istehsal olunmadığı hallarda qanqliozidlər beyin neyronlarında toplanır, əvvəlcə onların fəaliyyətini pozur, daha sonra isə onları məhv edirlər.
Tay-Sachs xəstəliyinin üç forması ayırd edilmişdir:
Uşaq forması zamanı doğumdan altı ay sonra uşaqlarda fiziki və zehni inkişafdan geri qalma müəyyən olunur. Korluq, karlıq və udma qabiliyyətinin itirilməsi müşahidə olunur. Əzələ atrofiyası nəticəsində iflic olma meydana gəlir. Bu xəstəlik zamanı uşaqlar 3-4 yaşına qədər dünyasını dəyişirlər.[7]
Yeniyetmə formasında motor-koqnitiv problemlər, disfagiya (udma pozğunluğu), dizartriya (nitq pozğunluğu), ataksiya (yerişin qeyri-sabitliyi), spastiklik (kontrakturalar və iflic) inkişaf edir. Xəstəlik 15-16 yaşlarına qədər ölümlə nəticələnir.
Yetkin forması 25-30 yaş arasında baş verir. Xəstəlik nevroloji funksiyaların pisləşməsi əlamətləri ilə xarakterizə olunur. Yerişin pozulması, udma aktında və nitqdə pozğunluqlar, idrak bacarıqlarının azalması, spastiklik və psixoz şəklində şizofreniyanın inkişafı kimi hallar da meydana gəlir.
Bu irsi xəstəliklə doğulmuş körpələr həyatın ilk aylarında normal uşaqlarla eyni inkişaf edirlər. Altı aydan sonra isə zehni və fiziki inkişafda geriləmə müşahidə edilir. Uşaq görmə, eşitmə və udma qabiliyyətini itirir. Konvulsiyalar görünür. Əzələlərdəatrofiya və iflic meydana gəlir. Bu simptomlar isə 4 yaşa qədər ölümlə nəticələnir.
20-30 yaşlı insanlarda bu xəstəliyə çox nadir rast gəlinir.
Tay-Sachs xəstəliyi göz bəbəyinin qarşısındakı torlu qişada yerləşən qırmızı ləkənin olması ilə xarakterizə olunur. Bu ləkəni oftalmoskopla görmək olar.
Hal-hazırda xəstəliyin heç bir müalicə üsulu inkişaf etməmişdir. Xəstələrə tibbi yardım simptomları yüngülləşdirməkdən, xəstəliyin sonrakı mərhələlərində isə onun inkişafını gecikdirməkdən ibarətdir.[8][9][10]
2022-ci ilin fevral ayında ilk dəfə ilk gen terapiyası təklif edilmişdir. Hal-hazırda heç bir müalicə inkişaf etdirilməyib. Tibbi yardım simptomları yüngülləşdirməklə, xəstəliyin gec formaları halında isə onun inkişafını gecikdirməklə məhdudlaşır.
2022-ci ilin fevral ayında dünyada ilk genterapiyası müalicəsi təklif edildi.