Tay əlifbası | |
---|---|
Yaranma tarixi | 1283 |
ISO 15924 | Thai |
Vikianbarda əlaqəli mediafayllar |
Tay əlifbası (tay: อักษรไทย, Rom: àksŏn thai) 44 samitdən ibarət heca yazısıdır. 18 sait və 6 qoşa səsli hərf vardır. Hərflərdən 8-i yalnız Pali və Sanskrit mənşəli sözləri yazmaq üçün istifadə olunur.
Bəzi samitlər üçün birdən çox variant mövcuddur. Əslində bunlar müxtəlif səslər üçündür, lakin illər keçdikcə aralarındakı fərqlər də yox olmuşdur.
Tay dilində müxtəlif tonlarda tələffüz olunan sözlər müxtəlif mənalara malikdirlər və 5 tondan ibarətdir. Sözlər arasında boşluqdan istifadə edilmir, bunun əvəzində cümlənin sonuna qoyulur.
Samitlər soldan sağa üfüqi, nitqdə samitdən sonra gələn saitlər isə yuxarı, aşağı, sol və ya sağ tərəfə və ya bunların birləşməsi ilə yazılır.