Tayson Gey

Tayson Gey
Tyson Gay
Doğum tarixi (42 yaş)
Doğum yeri Leksinqton, Kentukki
Milliyyəti ABŞ
Fəaliyyəti atlet
tysongay.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tayson Gey (ing. Tyson Gay) — ABŞ atleti. Osakada keçirilən 2007 Yüngül Atletika üzrə Dünya Çempionatında 100 metr, 200 metr və 4 x 100 metr bayraq yarışında qızıl medal qazanmışdır. 22 iyun 2007-də Amerika çempionatında 100 metri 9,84 saniyəyə qaçaraq ilin ən yaxşı dərəcəsini əldə etmişdir. Daha sonra avqust ayında həmin məsafəni dünya çempionatında 9,85 saniyəyə qaçmış və dünya rekordçusu Asafa Paueli keçməyi bacararaq ilk dünya çempionluğunu qazanmışdır. Dörd gün sonra 200 metri 19,76 saniyəyə qaçaraq bu kateqoriyada da dünya çempionluğunu əldə etmişdir. 4 x 100 metr yarışında ABŞ komandası ilə birlikdə daha bir qızıl medal qazanaraq Marita Koç, Karl Lüis, Maykl Conson, Moris Qrin və Ellison Feliks ilə birlikdə bir dünya çempionatında üç qızıl medal birdən qazanma müvəffəqiyyətini əldə edən atletlərdən biri olmuşdur. 16 avqust 2009-da Berlində təşkil edilən 2009 Yüngül Atletika üzrə Dünya Çempionatının finalında 100 metri 9,71 saniyəyə qaçaraq yarışı Useyn Boltun gerisində, 2-ci bitirməsinə baxmayaraq tarixin ən yaxşı 3-cü dərəcəsini əldə etmiş və ABŞ rekordunu qırmışdır.

Ən yaxşı dərəcələri

[redaktə | mənbəni redaktə et]
Məsafə Vaxt (saniyə) Yer Tarix Çempionatın adı
60 m 6,55 Fayetvil, Arkanzas, ABŞ 11 fevral 2005 Tyson Invitational
100 m 9,69 (2,0 m/s) Şanxay, Çin 20 sentyabr 2009 Shanghai Golden Grand Prix
200 m 19,58 (+1,3 m/s) Nyu-York, ABŞ 30 may 2009 Adidas Grand Prix
200 m düz 19,41 (-0,4 m/s) Mançester, Böyük Britaniya 16 may 2010 Manchester City Games
400 m 44,89 Geynsvil, Florida, ABŞ 17 aprel 2010 Tom Jones Memorial Classic