Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Tağ ilk dəfə Qədim Şərq memarlığında (daşdan) meydana gəlmiş, sonralar antik Roma tikililərində (binalarda, akveduklarda, zəfər tağlarında) geniş istifadə edilmişdi. Müsəlman Şərqinin, o çümlədən Azərbaycanın orta əsr memarlığında əsasən çatma tağlar tətbiq olunmuşdur. Çatma tağlar seysmik təsirlərə böyük müqaviməti, aşırma qüvvəsinin azlığı və s. ilə səciyyələnir. Çatma tağların əyriləri iki, üç və dörd-mərkəzli olur. Tağa dekorativ forma vermək üçün şərqr memarlığında ellips əyrisi hissələrindən də istifadə edilirdi. Bu da tağ əyrisinin axıcı, ahəngdar və möhkəm olmasını təmin edirdi (Sultaniyyədəki Ölcaytu Xudabəndə türbəsinin, Bakıdakı Şirvanşahlar sarayı ansamblının çatma tağları). Formasına, quruluşuna, təyinatına, tikinti materialına və s. əlamətlərə görə orta əsrlərdə Azərbərbaycan memarlığında 90-dək tağ növü tətbiq olunmuşdur.
Müsəlman dünyasının bir sıra reqionlarında dəyişik tipli tağlara (arka) üstünlük verilirdi: