Teberda

Teberda
43°27′05″ şm. e. 41°44′32″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1868
Mərkəzin hündürlüyü 1.280 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 8.978 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87872
Poçt indeksi 369210–369214
Xəritəni göstər/gizlə
Teberda xəritədə
Teberda
Teberda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teberda (qaraç.-balk. Теберди́) - Rusiyanın Qaraçay-Çərkəz Respublikasında bir şəhərdir. İnzibati baxımından Qaraçay şəhər dairəsinə daxildir.

Şəhər yerləşdiyi vadinin adı ilə adlandırılmışdır.

Böyük Qafqazın şimal yamaclarında, Çerkesskdən 105 km cənubda, Hərbi-Suxumi yolu üzərində yerləşir.

Teberda çay vadisi orta və yüksək dağlıq bir ərazidə yerləşir. Teberdanın külək rejimi: fyonlar və dağ vadisi küləkləri dağlardan təmiz hava gətirməsi ilə səciyələnir. Teberda dərəsinin bağlılığı təkcə temperatura deyil, rütubəti də təsir göstərir.

İqliminə təsir göstərən amillər: dağlıq ərazi, aşağı atmosfer təzyiqi, intensiv günəş radiasiyası, az buludluluq. Nisbətən isti qışa və sərin keçən yaya sahibdir. Qışın ən soyuq ayı olan yanvardır. Yanvarda orta temperatur -2,3° C, iyul və avqust aylarında isə +15,5 ° C-dir. Burada günəş işığının müddəti ildə ərzinsə 2200 saata çatır.

1868-ci ildə bir qaraçay kəndi olaraq qurulur. Kənd ilk olaraq Ojaya Bayçorovun nəslindən olan 40 ailə tərəfindən qurulur. Bu səbəbdən kənd bir müddət onun Ojayanın soyadı “Bayçoraralanı-Kabak” adı ilə adlandırılırdı. Kəndin adındakı “Kabak” sözü "kənd" mənasını verir. Vaxt keçdikcə kənd sakinlərin əhəmiyyətli bir hissəsi digər qəbilələrin nümayəndələri olması səbəbindən Teberda çayı sahilində yerləşdiyinə görə bu adla adlanmağa başladı[2].

1925-ci ildə ilk kənddə vərəm sanatoriyası açıldı. Sonradan çox sayda sanatoriya və istirahət evi ("Qornore uşellye", "Kluxori", "Azgek" turizm bazası, "Teberda" oteli və s.) açıldı.

Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyətinin 8 fevral 1971-ci il tarixli qərarı ilə Teberda qəsəbəsinə şəhər statusu verilir.

Urbanizasiya

2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 979-cu yerdədir. Əhalisinin sıxlığı — 3262.65 nəf./km².

Milli tərkib

2002 və 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:

xalq say,
nəf. (2002)
ümumi
əhaliyə olan nisbət, % (2002)
say,
nəf. (2010)
ümumi
əhaliyə olan nisbət, % (2010)
qaraçaylılar 5 006 64,0 % 6 262 69,1 %
ruslar 2 274 29,1 % 2 270 25,1 %
osetinlər 90 1,1 % 99 1,1 %
digərləri 457 5,8 % 427 4,7 %
ümumi 7 827 100 % 9 058 100 %
  1. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  2. "Теберда, горнолыжный курорт. Отели и отдых. Отзывы". 2019-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.
  3. "База данных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.