Tektonofizika — sahəsində tədqiqatların əsası XX əsrin 80-ci illərində qoyulmuşdur.
Akademik Midhəd Abasov, müxtəlif üzvlər Hatəm Quliyev, Rəşid Cavanşir və başqaları. Yer qabığında qırışıqlıq-deformasiyası proseslərinin öyrənilməsi üzrə tədqiqatlar aparmış və ilk dəfə proseslərin öyrənilməsinin qeyri-klssik xəttiləşdirilmiş üçölçülü nəzəriyyəsini və ya geodinamikanın dayanıqsızlığı konsepsiyasını işləyib hazırlamışlar. Bu konsepsiyaya görə geoloji kinematik təsnifatda əksini tapmış qırışıq formaları ilə yanaşı, litosfer qatlarında plonetar miqyaslı qırışıqlarında əmələ gəlməsi mümkünlüyü nəzəri cəhətdən müəyyənləşdirilmişdir. Bu baxımdan təklif olunmuş modelin tənliklər sisteminin keyfiyyət nəzəriyyəsi əsasında litosfer həm şaquli, həm də lateral (üfüqi) səthlər üzrə tektonik qırılmaların əmələ gəlməsi labüdlüyü və mexanizmi, eləcə də litosferin həmin qırılmalarda məhdudlaşmış müxtəlif miqyaslı plitələrdən ibarət olması nəzəri cəhhətdən sübut edilmişdir. Tədqiqatlar əsasında litosferdə yalnız şaquli və üfüqi hərəkətlərin deyil, istənilən istiqamətlərə hərəkətlərində baş verməsi, onların vektorun həm şaquli, həm də üfüqi toplanalarının mövcudluğu və müəyyən şəraitdə bu toplananlarının mövcudluğu və müəyyən şəraitdə bu toplanalarının rolunun müxtəlif olması fikri irəli sürülmüş və dağəmələgəlmə prosesinin yeni mexanizminin mümkünsüzlüyü nəzəri cəhətdən əsaslandırılmışdır.
Geodinamika dayanıqsızlıq konsepsiyası baxımında çökmə hövzələrinin sürətlə görmülməsi zamanı yaranmış böhranlı gərginlik şəraitində mühitin bir tarazlıq halında digərinə keçməsi nəticəsində qırışıqlarla səcyələnən daxili strukturların əmələgəlmə mexanizmini müəyənləşdirmiş, geoloji strukturların müxtəlif səthlərində qırışıq əmələgəlmə prosesinin nəzəri modelləri hazırlanmış və bəzi çökmə hövzələrinin (o cümlədən Cənubi Xəzər hövzəsinin) strukturlarının avtonom daxili enerji hesabına yaranması mexanizmi öyrənilmişdir.
Aparılmış tədqiqatlar nəticəsində litosferin təkamülünün və onun mərhələrinin yeni nəzəri modeli təklif edilmiş, qeyri-klassik xəttiləşdirilmiş nəzəriyyəyə əsasən bütün proses və hadisələrə yeni "profiziki mühitdə” baxılmışdır. Burada örənilən proses və hadisələrin mütəhərrikliyi onların fon göstəricilərinin həyacanlanmaları hesab olunmaqla, baxılan nəzəriyyənin əsas tənlikləri bu həyacanlanmalara görə tərtib edilmişdir. Araşdırılan konsepsiyalar baxımından zəlzələ ocaqlarının və onların formalaşmasının dinamiki mexanizminin modelləri işlənilmiş və nəzəri cəhətdən zəlzələ prosesinə süni yolla müdaxilə etməklə onun gücünün zəiflədilməsinə nail olmağın mümkünlüyü əsaslandırılmışdır. Seysmik dalğaların kinematik və dinamik parametrlərinin geodinamikası tədqiq edilmiş və qeyri-xətti deformasiyaya uğrayan anizotrop mühitdə elastiki dalğaların yayılması geodinamiki dayanıqsızlıq konsepsiyası baxımından araşdırılaraq seysmik anizotrupiya probleminin həllinın nəzəri əsası yaradılmışdır. Alınmış nəticələr əsasında əks olunan dalğa hodoqraflarının qeyri-hiperbolikliyi hallarındakı seysmik məlumatların geoloji təsvirinin və onların mühitin xətti və qeyri-xətti fiziki-mexaniki və petrofiziki xüsusiyyətlərinin “effektiv” və “həqiqi” qiymətlərinin müəyyən edilməsi üsulları işlənilmişdir.
Azərbaycanda litosfer plitələrinin geodinamiki təkamül mexanizmi dəqiqləşdirilmiş, bir sıra fıziki prinsip və konsepsiyalar irəli sürülmüşdür.[1]