Telstar

Telstar
Telstar ilə əlaqə yaratmaq üçün Andover şəhərində yerləşən AT & T peyk stansiyasında 177 horn antenası

Telstar — Telstar müxtəlif rabitə peyklərinin adıdır.

10 iyul 1962-ci ildə ilk kommersiya tipli rabitə peyki olan Telstar orbitə buraxılmışdır. O, 60 kanal üzrə ikitərəfli telefon əlaqəsini və ya bir televiziya proqramının yayımını təmin edirdi. Bir ildən daha az müddət sonra – 21 fevral 1963-cü ildə peykin sıradan çıxmasına baxmayaraq, o, indiyə qədər orbitdə qalmaqdadır.

İlk iki Telstar peykləri eksperimental və təxminən eyni idi. Telstar-1, 1962-ci il iyulun 10-da Thor-Delta raketinin üstündə orbitə buraxılmışdır. Bu, yerə ilk televiziya şəkillərini, telefon zənglərini və teleqraf şəkillərini müvəffəqiyyətlə ötürür və ilk canlı transatlantik televiziya yayımını təmin edirdi. Telstar-2, 1963-cü il mayın 7-də orbitə buraxılmışdır. Telstar 1 və 2-də yer üzündə funksionallıqdadır.

  • Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.