Tempura (天ぷら, tenpura?) – Yaponiya mətbəxində dərin yağda qızardılmış dəniz məhsulları və tərəvəzlər.[1]
Tempura ilk dəfə XVI əsrin sonlarında portuqallar tərəfindən Yaponiya mətbəxinə daxil edilmişdir.[1] "Tempura" sözü portuqal dilində xristian orucluğunu bildirən "tempora" (azərb. "vaxt periodu") sözündən gəlir.[1] Portuqal katoliklər orucluq vaxtı balıq yeyirdilər.[1] Tempura, xüsusilə, XVIII əsrin sonlarında Yaponiyada populyar olmuşdur və yatay adlandırılan səyyar küçə piştaxtlarında satılırdı.[1]
Təzə inqredientlər xəmir qarışığına batırılır və qaynar yağda dərin qızardılır.[1] İnqredinet olaraq krevet, kalmar, dəniz darağı, bir çox balıq növü kimi dəniz məhsulları və ya badımcan, göbələk, şirin kartof, yaşıl bibər və lotus kökü dilimləri kimi mövsümi tərəvəzlərdən istifadə olunur.[1]
Bir çox qızartma xörəklərdən fərqli olaraq tempura yüngül və dadlı yemək hesab olunur.[1] Qızartma üçün istifadə olunan xəmir qarışığı "koromo" adlanır; buzlu su ilə qarışdırılmış yumurta və un qarışığından ibarətdir.[1] Koromo yağın qaynamağa başladığı anda hazırlanır.[1] Yağ kimi küncüt yağı və tərəvəz yağından istifadə olunur, 340°-360° F temperaturda saxlanılır.[1] Yeyilməzdən qabaq tempura balıqdan, eləcə də, turp və zəncəfillə dadlandırılan soya sousundan hazırlanan xüsusi sousa batırılır.[1]