Tenere

Tenere səhrası
Ténéré
Ümumi məlumatlar
Mütləq hündürlüyü 430 ± 1 m
Sahəsi
  • 400.000 km²
Yerləşməsi
17°35′ şm. e. 10°55′ ş. u.HGYO
Yerləşdiyi yer Şimali Afrika
Ölkələr
Tenere səhrası xəritədə
Tenere səhrası
Tenere səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tenere (bər. Tiniri) — Böyük Səhranın[1] mərkəzində yerləşən səhra (bölgə). Səhranın ümumi sahəsi 400 000 km² təşkil edir. Öz növbəsində qumlu səhradır və Nigerin şimal-şərq, Çadın isə qərbini əhatə edir. Air platosu, Axaqqar və Tibesti massivvləri ilə əhatələnmişdir. Tenere Tamaşeklərin dilində "səhra" mənasını verir.

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Afrikanın şimalı, Böyük səhranın mərkəzini əhatə edən səhra quru və sərt iqlimi ilə seçilir. Onu hətta «səhra içində səhra» adlandırırlar. Burada olan dyunların hündürlüyü 250 m və daha çox olduğundan Dünyanın ən hündür dyunları hesab edilir. Səhranın hər hissəsi qumluq deyildir. Bəzi hissələr daşlı platodan ibarətdir. Burada hətta Kaliforniya yarımadası uzunluğunda olan qayalar vardır. Səhranın şərq qutaracağında, vahədə Bilma şəhəri yerləşir. Buradan Aqades şəhərinə uzunluğu 560 km olan karvan yolu keçir.

Aqadem şəhərində əvvəllər fransızlara məxsus koloniya mərkəzi olmuşdur.

İqlimi tropik və kontinentaldır. Yağıntıkar hər il düşmüyə bilir. Bəzən yağıntının düşməsi üçün 30 il tələb edilir.

Flora və fauna

[redaktə | vikimətni redaktə et]

Bitki örtüyü demək olar ki yoxdur. Heyvanlara isə nadir hallarda rast gəlinir.

Əhali və təsərrüfat

[redaktə | vikimətni redaktə et]

Səhranın əsas qiymətli məhsulu GünəşDuzdur. Duz əsasən dəvələrlə daşınır.

Səhranın yerli əhalisi köçəri tuareqlərdir.

Səhra ərazisində neolit dövrünə aid tapıntılar aşkarlanmışdır.

  1. Decalo, p.222. Geels and other sources give the Tamasheq meaning as "Desert beyond the desert".