Teotiuakan | |
---|---|
astek Teōtīhuacān | |
19°41′33″ şm. e. 98°50′38″ q. u.HGYO | |
Ölkə | Meksika |
Şəhər | San-Xuan Teotiuakan |
Yerləşir | Mexiko ştatı |
Aidiyyatı | Asteklər |
Tikilmə tarixi | təxm. e.ə.100-b.e.550 |
Üslubu | Astek memarlığı |
Sahəsi |
|
Vəziyyəti | stabil |
Rəsmi sayt | inah.gob.mx/zonas/23-zon… |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 1987 |
İstinad nöm. | 414 |
Dövlət | Meksika |
Region | Latın Amerikası və Karib |
Meksikanın qeydiyyata alınmış abidələri | |
İstinad nöm. | ZA77 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Teotiuakan (astek Teōtīhuacān — allahların doğum yeri) — Mexiko şəhərindən 48 km şimal-şərqdə, San-Xuan-Teotiuakan bələdiyyəsində yerləşən qədim şəhər. Hal-hazırda Kolumbaqədərki Amerikada inşa edilmiş ən böyük piramidaşəkilli tikililərin, geniş iqamətgahların, çox sayda rəngarəng freskaların yerləşdiyi arxeoloji muzey kimi fəaliyyət göstərir.
Teotiuakan qərb yarımkürəsindəki ən qədim şəhər kimi məlumdur. Şəhər indiki Mexiko ştatının ərazisində erkən sinfi cəmiyyətin ən böyük mərkəzlərindən olmuşdur. E.ə. II əsrdə şəhər regional mərkəzə çevrilir. Bunun səbəbi əvvəlki mərkəz Kuikuilko şəhərinin vulkan püskürməsi nəticəsində tərk edilməsi idi.
Eramızın 250-600-cü illəri şəhərin çiçəklənmə dövrü hesab edilir. Lakin VII əsrin ortalarında şəhər tərk edilir və uzun müddət sonra bu yerlərə gələn asteklər şəhərin əzəmətli dağıntıları ilə rastlaşırlar. Şəhərin tərk edilməsi barədə iki əsas versiya mövcuddur: xarici müdaxilə və hakimiyyətə qarşı xalq üsyanı. Şəhər demək olar ki, bünövrəsinə kimi məhv edilmiş, məbədlər və müqəddəs heykəllər dağıdılmışdı. Son arxeoloji araşdırmalar şəhərin yandırıldığını və bəzi heykəllərin məqsədyönlü şəkildə məhv edildiyini göstərir.
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 414 ing. • rus. • fr. |