Terrorizm sosiologiyası — terrorizmi sosial fenomen kimi anlamağa çalışan sosiologiya sahəsi. Bu sahə terrorizmi müəyyənləşdirir, onun səbəblərini öyrənir və cəmiyyətə təsirini qiymətləndirir. Terrorizmin sosiologiyası siyasi elm, tarix, iqtisadiyyat və psixologiya sahələrindən istifadə edir. Terrorizm sosiologiyası tənqidi terrorizmşünaslıqdan onunla fərqlənir ki, burada terrorizmə şərait yaradan sosial şəraiti araşdırılır. Bu, həmçinin, insanların və dövlətlərin bu cür hadisələrə necə reaksiya verdiyini öyrənir.
Terrorizm sahəsinin sosiologiyası terroru "ictimai quruculuq" kimi nəzərdən keçirir. Terrorizmin tərifi hadisələri şərh etmək və səbəbləri müəyyən etməkdən ibarətdir. Bu tərif prosesi və nəticədə ictimaiyyətə təqdimat ictimai təsəvvürləri manipulyasiya və müəyyən maraqları təşviq edə bilər.[1] Bu sahə insanların siyasi dəyişiklik üçün kollektiv zorakılıq hərəkətlərinə necə motivasiya olunduğunu təhlil edir.[2][3] Bu sahədə bildirilir ki, terrorizm sosial davranış kimi ünsiyyətə, paylaşılan və rəqabət aparan norma və dəyərlərə, sosial və özünü məhdudlaşdırma səviyyələrinə əsaslanır. Terrorçuların radikal norma və dəyərlərin daha təsirli olduğu cəmiyyətlərdən meydana gəldiyi müşahidə edilir.[4] Bu məsələlərin sosioloji tədqiqatına nəzəri, metodoloji və tematik baxımdan intizam anlayışları əsasında yanaşılır.[5]