Teseyin gəmisi (paradoks)

“Teseyin gəmisi” və ya Tesey paradoksu - əşyaların mahiyyətinə dair paradoksdur. “Əgər obyektin bütün tərkib hissələri dəyişdirilibsə, obyekt həmin obyekt olaraq qalırmı?”.

Yunan mifologiyasında “Teseyin gəmisi”

[redaktə | mənbəni redaktə et]

Plutarxın ötürdüyü yunan mifində deyilir ki, Teseyin Kritdən Afinaya qayıtdığı otuz avarlı gəmi Falerli Demetrinin dövrünədək afinalılar tərəfindən mühafizə olunub saxlanırdı. Gəmi təmir olunduqca köhnə lövhələr tədricən yeniləri ilə əvəz olunurdu və buna görə də, filosoflar arasında “bu hələ həmin gəmidirmi?” mövzusunda mübahisələr yaranmışdı [1].

Paradoksun həlli yolları

[redaktə | mənbəni redaktə et]

Yunan filosofu Heraklit bu paradoksun həlli yolu kimi “bir çaya iki dəfə girmək olmaz” iddiasını səsləndirmişdir [2].

Aristotelin fəlsəfi məktəbinə uyğun olaraq, obyektin bir neçə xarakteristikası var: forma, material və əşyanın mahiyyəti. Aristotelin təliminə görə, əşyanın mahiyyəti ən vacib əlamətdir və “Teseyin gəmisi”nin mahiyyəti dəyişmədiyindən o, həmin gəmi olaraq qalır.

Digər bir yanaşmaya görə, əşyalar kəmiyyət və keyfiyyət əlamətlərinə görə eyniləşdirilə bilərlər. Bu halda, lövhələr dəyişdirildikdən sonra Teseyin gəmisi kəmiyyətcə həmin gəmi olsa da, keyfiyyətcə artıq başqa gəmidir.

Filosof Con Lokkun nəzərdən keçirdiyi variantda söhbət corabdan və yamaqlardan gedir və ilkin corabla tamam yamaqlardan ibarət corab qarşılaşdırılır[3]

”Teseyin gəmisi” kütləvi mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
  • Teseyin gəmisi paradoksu Terri Pratçettin “Beşinci elefant” kitabında xatırlanır. Kitabda mütəmadi olaraq yeni tutacağı və ya ağzı peyda olan baltadan söhbət gedir və kitabın personajları hesab edirlər ki, bu balta fiziki olaraq həmin balta sayıla bilməsə də, emosional olaraq həmin baltadır.
  • ”Oz ölkəsinin sehrbazı” uşaq kitabında odunçunun lənətlənmiş baltası növbə ilə onun əl-ayağını kəsirdi və dəmirçi odunçu üçün dəmirdən yeni əl-ayaq düzəldirdi və axırda odunçu tamamilə Dəmir Odunçuya çevrilir.
  • Bir çox amerikan müəllifləri bu paradoksun.”Babamın baltası”, “Corc Vaşinqtonun baltası” [4], “Abraham Linkolnun baltası” [5] kimi variantlarından istifadə edirlər.
  1. "Плутарх. Тесей и Ромул". 2018-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.
  2. Plutarch. penelope.uchicago.edu "On the 'E' at Delphi" (#bad_url). İstifadə tarixi: 2008-07-15.
  3. Cohen, M. Philosophy for Dummies. Chichester: John Wiley & Sons. 2010.
  4. Browne, Ray Broadus. Objects of Special Devotion: Fetishism in Popular Culture. Popular Press. 1982. səh. 134. ISBN 0-87972-191-X.
  5. "Atomic Tune-Up: How the Body Rejuvenates Itself". National Public Radio. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.