Tetrakain

Tetrakain
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı 2-(demietilamino)etil-4-(butilamino)benzoat
Ənənəvi adı dikain, ametop və s.
Kimyəvi formulu C15H24N2O2
Molyar kütlə 264,369 q/mol q/mol
Təsnifatı
CAS-da qeyd. nöm. Əsaslar: 94-24-6, hidroxlorid: 136-47-0
PubChem
SMILES O=C(OCCN(C)C)c1ccc(NCCCC)cc1
ChEBI 9468
ChemSpider

Tetrakain və ya dikainyerli anestetiklər qrupuna aid farmakoloji preparat.[1]

Tetrakain kimyəvi quruluşuna görə parabutilaminobenzoy turşusu törəməsidir. Molekulunda efir rabitəsi olan yerli anestetiklərdəndir.[1]

Tetrakain güclü anesteziyaedici aktivliyə malik preparat olub, təsir gücünə görə kokaindən təxminən 10 dəfə qüvvətlidir. Lakin kokaindən 2–5, prokaindən 10 dəfə artıq toksiki təsirə malikdir.

Səthi anesteziyada istifadə olunur. Təyin yolundan asılı olmayaraq selikli qişalardan yaxşı sorulur, bu səbəbdən preparatdan istifadə zamanı intoksikasiya halının baş vermə ehtimalının qarşısını almaq məqsədilə preparatdan istifadə zamanı dozalanmaya ciddi fikir verilməlidir. Kokaindən fərqli olaraq göz bəbəyini genişləndirmir, akkomodasiya və gözdaxili təzyiqə praktik olaraq təsir göstərmir. Preparatın damargenişləndirici təsiri olduğuna görə adrenomimetiklərlə birlikdə istifadəsi tövsiyə olunur.[1]

  1. 1 2 3 Qəniyev, Musa. Farmakologiya (dərslik) (az.). 2 cilddə, I hissə (X nəşr). Bakı: TƏBİB. 2019. 156–182.