Tetraxlormetan

Tetraxlormetan
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu CCl4
Molyar kütlə 153,82 q/mol
Fiziki xassələri
Sıxlıq 1,5954 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −22,87  °S
Qaynama nöqtəsi 76,75  °S
Buxarın təzyiqi 91 ± 1 mm Hg[1], 11,6 kPa
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,4607
Təsnifatı
CAS-da qeyd. nöm. 56-23-5
PubChem
RTECS FG4900000
ChEBI 27385
BMT nömrəsi 1846
ChemSpider

Tetraxlormetan (karbon dörd xlorid, Freon-10, xladon-10 CCI4) — Xlorüzvi birləşmədir, halogenalkandır, rəngsiz ağır mayedir, xloroformun iyinə bənzər iyə malikdir, Yanmır, zəhərlidir, suda həll olmur, əksər üzvi həlledicilərlə qarışır.

Su ilə 250 0C-yə kimi qızdırıldıqda hidroliz prosesi baş verir: suyun miqdarı az olduqda fosgen , çox olduqda karbon qazı alınır. 500 °C-yə kimi qızdırıldıqda sərbəst xlor ayrılaraq tetraxloretilenheksaxloretan qarışığı alınır. Inqalyasiyalı zəhərlənmə zamanı ağciyərin şişməsi və kəskin emfizema yaradır. Metobolizm məhsulu xloroform, fosgen, karbon qazıxlorid turşusudur.

Tetraxlormetan sənayedə metan və ya xlormetanın xlorla qarışığını 400–500 °C kimi qızdırmaqla alırlar. Bu temperturda bir sıra kimyəvi reaksiyalar gedir və yekunda metilxlorid, dixlormetan, xloroform və tetraxlormetan qarışığı alınır. Maddələr distillə yolu ilə ayrılır:

  • CH4+ Cl2 → CH3Cl + HCl
  • CH3Cl + Cl2 → CH2Cl2 + HCl
  • CH2Cl2 + Cl2 → CHCl3 + HCl
  • CHCl3 + Cl2 → CCl4 +HCl

Həlledici kimi (yağlar, qatranlar, kauçuk və s.), tibbdə tətbiq edilən freonların alınmasında istifadə olunur. Tetraxlormetan "эвс" təsnifatda su mühitində neft məhsullarının infraqırmızı analizlərində istifadə olunur.

Tetraxlormetan 1930-cu ildən başlayaraq əl və stasionar yanğın söndürənlərdə hərbi, aviasiya və digər texnikalarda geniş istifadə olunmaqdadır. Bu maye, odsöndürücü kimi bir sıra üstünlüklərə malikdir. Belə ki, yanmayan, asan uçucu maye olduğu üçün sürətlə buxarlanır və yanan sahəni soyudur, saxlanılması üçün yüksək təzyiqə davamlı qablara ehtiyac duyulmur və s. Soyuq mühitdə saxlayan zaman donma dərəcəsi aşağı olan həlledicilər qatılır. Lakin özünün və parçalanma məhsullarının zəhərli olması səbəbindən məişət sistemlərində tətbiq sahəsi tapmamışdır. Maşınlarda, yanğın zamanı söndürücülərdən istifadə etdikdə zəhərli qazlardan qorunmaq üçün əleyhiqazla işləmək tövsiyə olunur.

Maye və qaz formasında belə zəhərlidir.(3) Orqanizmə düşəndə 48 saat ərzində sorulur. Xloroform və karbon iki oksidə metabolizə olunur.(4)

  • CRC Handbook of Chemistry and Physics / David R. Lide, Jr. — 78 — USA: CRC Press, 1997. — P. 6.135. — ISBN 978-0-8493-0478-1
  • http://www.cdc.gov/niosh/npg/npgd0107.html
  • Эрих Гросс, Христиан Вайсмантель "Химия для любознательных" Раздел "4. Химия углерода", глава "Тетрахлорметан — негорючий растворитель"
  • В. Ф. Крамаренко. Токсикологическая химия. — К.: Выща шк., 1989. — 447 с. — 6 000 экз. — ISBN 5-11-000148-0.
  • Химическая энциклопедия / Редкол.: Зефиров Н. С. и др.. — М.: Большая Российская энциклопедия, 1998. — Т. 5 (Три-Ятр). — 783 с. — ISBN 5-85270-310-9.
  1. http://www.cdc.gov/niosh/npg/npgd0107.html.