The Arockalypse | |
---|---|
Lordi tərəfindən ifa olunmuş studiya albomu | |
Yayımlanma tarixi | 3 mart 2006 |
Janr | hard-rok |
Müddət | 2.699 san. |
Dil | ingilis dili |
The Arockalypse — Lordi heavy-metal musiqi qrupunun 2006-cı ildə işıq üzü görən üçüncü və ən uğurlu musiqi albomu. Bu albomda yer alan "Hard Rock Hallelujah" mahnı ilə qrup 2006-cı ildə keçirilən Avroviziyada qalib gəlmişdir. Albom Finlandiyada 3 dəfə platin, İsveç, Almaniya və Yunanıstanda isə qızıl albom olmuşdur. Finlandiya, Yunanıstan və İsveç çartlarında o ilk yerləri tutmuş, Almaniya, Estoniya və İsveçdə isə ilk onluqda yer almışdır. Albomun üz qabığında bas gitaraçı OX təsvir olunub, amma əslində isə albomdakı bas gitara ifası Kalma-ya aiddir və bu haqda albomun açıqçasında məlumat verilir.
"The Arockalypse" albomunun yazılması üçün Twisted Sisterdən Di Snayder və Jay Jay French, Acceptdən Udo Dirkşnayder (açıqçada onun adı "Ado" kimi yazılmışdır) və Kissdən Bryus Kulik kimi ulduzlar dəvət olunmuşlar.
2006-cı ilin noyabr ayında "The Arockalypse» Finlandiyada xüsusi nəşr kimi təkrar buraxılmışdır. Bu nəşrə 3 əlavə mahnı daxil edilmiş və DVD-si əlavə olunmuşdur. Bu versiya həm də "Lordi" qrupunun ABŞ-də yayımlanan ilk albomu idi.
2007-ci ildə "The Arockalypse" albomu ABŞ-də vinildə məhdud sayda nəşr olundu və 4 versiyada yayımlandı: qara, ağ, göy və qırmızımtıl. Albom iki plastinkadan ibarətdir və xüsus nəşrin bütün mahnılarını və D üzündə 2ç live-treki özündə cəmləyir: