The Script | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
alternativ rok pop rok soft rok eksperimental rok |
Fəaliyyət illəri | 2001—h.h. |
Ölkə | İrlandiya |
Şəhər | Dublin |
Dil | ingiliscə |
Leybl |
RCA Records Epic Records |
Heyət |
Denni O'Donohyu Mark Şihan Qlen Pauer |
www.thescriptmusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
The Script — İrlandiyanın məşhur rok qrupu.
Qrup 2001-ci ildə İrlandiyanın paytaxtı Dublində yaradılıb. Qrupun əsas üzvləri solist Denni O'Donohyu, zərbçi Qlen Pauer, elektro gitaraçı Mark Şihandır. Qrupun ikinci dərəcəli üzvləri: bass gitarada Ben Sargeant, klavyedə Rodni Alexandro, digər elektro gitarada "Paul İnder"dir.
Qrupun ilk albomu 2008-ci ildə öz adlarını verdiyi "The Script" albomu idi. Bundan sonra daha bir uğurlu albom 2010-ci ildə çıxan "Science & Faith" albomu olub. Artıq bu albom çıxarkən qrup fəaliyyətini ABŞ-də davam etdirirdi. Bu albomun ən gözəl mahnısı ise "For The First Time" adlı romantik mahnı olub. Bu albom çıxdığı vaxt qrupun başçısı Denni O'Donohyu Fransanın məşhur xəbər kanalı olan Euro News kanalına çağırılır və ondan albom haqqında geniş məlumat alınır.
Qrupun tarixi ərzində ən böyük uğuru isə sözsüz ki, 2012-ci ilin fevral ayında Avropanın "ən yaxşı rok qrupu" adına layiq görülməsidir. Qrup bu ada layiq görülərkən maNga , Tokio Hotel kimi Avropa qruplarını arxada qoymuşdur. "The Script" 2012-ci ildə daha bir albomla fanatlarını sevindirir, albomun adı #3 olur. Albomda bir-birindən gözəl trekler vardır. Misal olaraq, treklərdən bir neçəsi bunlardır: "Good Ol Days", "Six Degrees of Separation" , "Glowing", "Hall of Fame", "Give The Love Around", "Broken Arrow", "Kaleidoscope", "No Words", "Millionaires" , "Moon Boots", "Hurricanes", "If You Could See Me Now" və s. Qrup həmçinin bu treklərdən bir neçəsini Billboard səhnəsində səsləndirir. Bununla geniş bir tamaşaçı alqışı qazanırlar.
Qrup artıq dördüncü albomunu buraxmaq ərəfəsindədir. Albomun adı və çıxış tarixi də açıqlanıb, adı No Sound Without Silence , çıxış tarixi isə 15 sentyabr 2014-cü ildir.
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |