This War of Mine | |
---|---|
| |
Hazırlayan | 11 bit studios ; War Child (Android & İOS) |
Yayımlayan | 11 bit studios |
Distribüterlər | Deep Silver 11 bit studios |
Buraxılış tarixi | |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janrlar | Həyatda qalma |
Dizaynerlər | Rafal Vlosek Qrzeqorz Mazur |
Ssenaristlər | Masiey Skora Kasper Kviyatkovski Voytek Setlak |
Rəssamlar | Przemislav Marçal Bartek Ridel Yakup Piyotrovski |
Bəstəkarlar | Pyotr Muzyal |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows, OS X, Linux, İOS, Android, PlayStation 4, Xbox One |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[2], fransız dili[2], alman dili[2], polyak dili[2], rus dili[2], italyan dili[2], braziliya portuqal dili[2], ispan dili[2], yapon dili[2], koreya dili[2], türk dili[2], sadələşdirilmiş Çin dili[d][2] |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | Qeymped, Klaviyatura, Siçan |
Rəsmi saytı |
This War of Mine (azərb. Bu, mənim muharibəmdir) — 11 bits studios tərəfindən hazırlanan və nəşr olunan müharibədən sonra həyatda qalma videooyunudur. Oyun Bosniya müharibəsi əsnasında 1992-1996-cı illər arasında baş verən Sarayevo müharisəsindən ilham alıb. Oyun cəbhədə döyüşən əsgərlərdən yox, müharibədən zərər çəkən xalq haqqındadır. Xarakterlər, gündəlik təhlükələrdən xilas olmaq üçün bir çox çətin qərarlar vermək məcburiyyətindədirlər. Oyunda verilən qərarlara bağlı olaraq, hər bir xarakter üçün müxtəlif sonluqlar var. "This War of Mine" 2014-cü ilin noyabr ayında Microsoft Windows, OS X və Linux üçün satışa çıxarıldı. Android və IOS versiyaları 2015-ci il iyul ayının 14-də satışa çıxarıldı. PlayStation 4 və Xbox One versiyaları isə 2016-cı il yanvar ayının 29-da This War Of Mine: The Little Ones (azərb. Bu, mənim muharibəmdir: Balaca Olanlar) başlığı altında satışa çıxarıldı.
This War of Mine, həyatda qalma, strategiya oyunudur. Oyunda oyunçu dərmə-çatma bir sığınacaqda həyatda qalmağa çalışan bir qrup insanı idarə etməlidir. Hekayənin yerləşdiyi ərazi, mühasirəyə alınmış Qraznaviya adlı belletristik bir dövlətdə yerləşən, Poqoren belletristik şəhərində cəmləşir. Oyunun əsas məqsədi, oyunçunun nəzarət etdiyi xarakterlərlə qidalar, əşyalar, silahlar təmin etməkdir. Oyunçu idarəsindəki xarakterlərin çoxunun hərbi bir keçmişə və ya hər hansı bir həyatda qalma təcrübəsinə sahib deyil və həyatda qala bilmək üçün oyunçunun dəvamlı müdaxiləsini tələb edir. Xarakterlərin sağlamlığını, aclığını və psixologiyasını, təsadüfi bir müddət sonra yaranan atəşkəs elanına qədər qorumaq, oyunçunun məsuliyyətindədir.
Gündüz zamanda, düşmən snayperlər həyatda qalanların çölə çıxmalarını önləyərək, oyunçunun toplanmış materiallardan alətlər istehsal etməsi, ticarət etməsi, sığınacağını inkişaf etdirməsinə, yemək bişirməsinə və sağ qalanlara şəfa verməyə zaman verir. Gecə zamanı isə, oyunçunun ətrafdakı binaları və evləri material və ya lazımlı şey tapmaq üçün fürsət verir. Ekskursiyalar əsnasında, oyunçu idarəsindəki sağ qalmış adam, müharibənin digər Oynana-Bilinməyən Xarakter (OBX) həyatda qalanları ilə qarşılaşa bilərlər, oyunçu bu OBX-lərə, yemək ya da dərman hədiyyə edə və ya soya və öldürə bilərsiniz. Oyunçu, sığınacağın içində radio düzəldə bilər. Radio oyunçulara hava haqqında xəbərdarlıq, şəhərin iqtisadiyyatı və oyunçunun daha az təhlükəli olan binalara və evlərə lazımlı materiallar almaq üçün çıxması üçün cəbhədə olan bitənlər kimi lazımlı məlumatları verir.
Oyunçu, oyuncu tərəfindən təsirlənə biləcək bir ilə dörd sağ qalanlar arasında başlayır. Oyunçu etdiyi hərəkətlər,hər bir xarakterin sonunu göstərəcək. Oyun, ilk olaraq Bruno, Pavle, Marko, ya da Katya ilə başlayır. Hər xarakterin, oyunçuya yardım edən və ya maneə törədən bir və ya iki xüsusiyyəti olur. Bəzi xüsusiyyətlər bəzi günlərdə faydalı olarkən digərləri hər zaman faydalıdır. Məsələn, Brunonun yemək bişirərkən daha az qaz/yanacaq və su istifadə etməyinə səbəb olan "Yaxşı aşpaz" adlı bir xüsusiyyəti vardır. Ümumi olaraq, oynana bilinən 12 xarakter mövcuddur. Balaca olanlar EBM'u, özünü müdafiə edə və ya sığınacağı ayaqda saxlamaq üçün lazımlı olan vəzifələri yerinə yetirə bilməyəcək əlavə bir uşaq sağ qalan əlavə edilməsinin imkanını verir. Buna əlavə olaraq, sağ qalan uşağın depressiyaya məruz qalmamağı üçün davamlı diqqət göstərilməsi lazımdır, ancaq digər sağ qalanlar tərəfindən bişirməyi, su filterləməyi və əkin yetişdirməyi öyrənə bilər və böyük bir adam onu mənimsədikdən sonra onlarla gecələri eyni yataqda yatdığına görə hər ikisinə də ayrı bir yataq düzəldilməsinə ehtiyac olmur.
1.3 nömrəli yeniləmədən sonra oyunçulara bir ssenari redaktoru verir. Redaktor, oyunçulara sağ qalan yaratmağa və seçməyə imkan verildi. Redaktor eyni zamanda ekoloji şəratinin və müharibənin uzunluğunun dəyişdirilməsinə də icazə verir.
Oyunçu tərəfindən yaradılan məzmun, digər oyunçulara 2.0 nömrəli yeniləmədən etibarən Steam Workshop vasitəsi ilə pulsuz təqdim oluna bilər.
Oyun, Bosniya vətəndaşlarının Sarayevo müharisəsi əsnasında yaşadığı kasıb həyat şəraiti və müharibə zamanında vəhşiliklərdən təsirlənmişdir. 2014-cü ilin Noyabr ayında, oyunun liseyziyasız kopiyaları internetdə təqdim edildi. Yaradıcıların cavabı, şərhlərdəki bir sıra ardıcıl nömrələri paylaşmaq, endiricilərin bunları dostları ilə paylaşmağa təşviq etmək və maliyyə vəziyyətləri icazə uyğundursa oyunu satın almaq idi.
"This War of Mine" Metacritic'dən 55 şərh əsasında 100 baldan 83 bal aldı. 11 bit studios, oyunu hazırlamağa xərcənən pulu yalnız satışa çıxarıldıqdanq2 gün sonra yenidən ala bildi.