Tianji dağları | |
---|---|
çin. 天子山 | |
Dağların görünüşü. | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1262 m |
Yerləşməsi | |
29°13′00″ şm. e. 110°48′00″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region |
|
![]() |
Tianji dağları (çin. 天子山) – Çinin Xunan əyalətinin Çjantszyantsze bölgəsində, Suosi dərəsinin yaxınlığında yerləşən dağlar.[1]
67 km2 sahəyə[2] yayılmış dağlar mərmər qüllələrdən ibarətdir və bəzən "Çinin uçan dağları" adlandırılır. Hər biri yüzlərlə metr hündürlüyündə olan qüllələr şam meşələrinə ev sahibliyi edir. İncə və hündür olan bu dağların hündürlüyü 1262 metrə qədər çata bilir. Burada olan qayaların ümumi sayı təxminən 3100-dür.[1] Dağların 400 milyon il əvvəl kvars qum daşından formalaşdığı güman olunur.[2]
Dağların ilk adı "Yaşıl daşlar" mənasını verən Qin Yan olmuşdur.[2] Lakin indiki adı tucya etnik qrupuna daxil olan və 1353-cü ildə yerli fermerlərin üsyanına uğurla başçılıq edərək özünü "tianji" adlandıran yerli qəhrəman Syan Dakunla bağlıdır. "Tianji" çin dilində "Cənnətin oğlu" deməkdir və adətən Çin imperatorları üçün istifadə olunan epitetdir. Deyinlərə görə, 1385-ci ildə onun ordusu bu dağlara qədər çəkilməli olmuş, sona qədər döyüşmüş, sonda isə özünü qayaların birindən atmışdır (başqa bir versiyaya görə isə özünü atmayıb, Şentan körfəzinə yıxılıb).[2]
Dağların yaxınlığında McDonald's restoranı fəaliyyət göstərir.[2] 2.084 metr hündürlüyü qədər qalxan kanatla dağları gəzmək mümkündür.[2] Kanat dünyada ən uzunlardan biri hesab olunur.[2]
Ceyms Kemeronun "Avatar" filmindəki Pandora dağları Tianji dağlarından ilhamlanaraq yaradılmışdır.[3]