Tibbi diplomatiya (ing.medical diplomacy),[1]ictimai sağlamlıq diplomatiyası (ing.public health diplomacy),[2] və həmçinin COVID-19 pandemiyası vaxtı yayımlamış maska diplomastiyası (ing.mask diplomacy)[3] və ya üz maskası diplomastiyası[4] adları altında tanımağa başlayıb — milli məqsədləri üçün xarici dövlətlərə tibbi yardımın təmini. O, adətən yumşaq gücünün nümunəsini olaraq sayılır, amma onun bərk gücə aid olan cəhətləri də var.[5]Fəlakət diplomatiyasının bir növü.[6]
1851-ci ildə birinci Beynəlxalq Sanitar Konfransı keçirilib. Beləliklə, sərhədarası çağırış olan sağlamlıq məsələsi diplomatiyanın yeni mexanizmi olan çoxtərəfli konfransı cəlb edən ilk məsələlərdən biri idi. On illər ərzində Beynəlxalq Sanitar Kofransları üçün əsas mövzu vəba idi.[7]
Tibbi diplomatiya Kubanın xarici siyasətinin vacib hissəsidir.[8] 1959-cu ildə Kubanın Tibb Naziri Ernesto Çe Qevara tibbi internasionalizm anlayışını işlətməyə başlayıb.[9] Bu ölkə tibbi diplomatiya ilə 1960-cı illərdən bəri məşğuldur.[5][10] Bu siyasətin çərçivəsində, Kuba müxtəlif ölkələrə, özəlliklə Latın Amerikası, Afrika və son vaxtlarda həmçinin Okeaniya ölkələrinə tibbi personalı göndərir.[11]
2010-cu illərdə Boliviya, Ekvador və Braziliyanın sağçı hökumətləri Kuba ilə tibbi razılaşmalarını ləğv etdiklərinə və bundan əlavə, Raul Kastronun iqtisadi siyasətinə görə Kubanın tibbi diplomatiyası azalıb. 2018–2020 illərin arası 9000 tibb işçisi Kubaya qayıdıb. Lakin, COVID-19 pandemiyasına görə, ölkənin tibbi diplomatiyası yenidən böyüməyə başladı.[12]
Çin Xalq Respublikasının Daişan Dao hospital gəmisi bir sıra tibbi diplomatik missiyalarında iştrak edib. Bundan əlavə Çinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göstərdiyi yardımı tibbi diplomatiyanın nümunəsi kimi təqdim olunur.[1]
COVID-19 pandemiyası dövründə Çin-ÜST arası əlaqələri təndiq hədəfinə çevirib.[13][14] Həmin dövrdə Çinin tibbi diplomatiyası (o cümlədən, həkimlərin, xarici dövlətlərə COVID-19 testlərinin və başqa avadanlığın göndərməsi) KİV-lərin tərəfindən üz maskası dimplomatiyası adlandırılıb.[15]
ABŞ-də tibbi diplomatiya müdafiə diplomatiyasının hissəsi olaraq sayılır.[16] Tibbi diplomatiyanı həyata keçirən icra orqanları Dövlət Departamentinin İctimai Diplomatiya və İctimai İşlər üçün bölməsi və həmçinin Sağlamlıq və İnsan Xidmətlərinin Departamentinin Qlobal İşlərinin Ofisidir.[17]
2006-cı ildə ABŞ Senatoru Bill Frist Konqressin Büdcə Komitəsindən ABŞ-də nəzəri üç aylıq quş gripi pandemiyasının potensial təsiri ilə bağlı hesabat hazırlamağa xahiş edib. Hesabata görə, ABŞ iqtisadiyyatı belə ssenaridə ÜDM-nın 4,25%-i itirirdi. Özü həkim olan Senator Frist bu hesabata və 2002–2004 illərin koronavirus epidemiyasına və onun iqtisadi nəticələrə istinad edərək, tibbi diplomatiyasını inkişaf etməyə çağırmışdı.[18]