Tiberi

Tiberi
Tiberi Klavdi Neron
bayraq
II Roma İmperatoru
bayraq2
19 avqust 14 – 16 mart 37
ƏvvəlkiOktavian Avqust
SonrakıKaliqula
Şəxsi məlumatlar
Doğum adı Tiberius Claudius Nero[1]
Doğum tarixi
Doğum yeri Roma
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Mizen burnu
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi, əsgər
Atası Tiberi Klavdi Neron
Anası Liviya Druzilla
Həyat yoldaşları 1.Vipsaniya Aqrippina
2.Böyük Yuliya
Uşaqları 1. Neron Klavdi Druz
2. Klavdi Neron
Ailəsi Yulilər-Klavdilər
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[2][3][…], Roma16 mart 37[4], Mizeno[d], Kampaniya[4]) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir. Tiberinin ölümündən sonra övladlıq oğlu Kaliqula taxta çıxmışdır. Bibliyaya görə məhz onun hakimiyyəti dövründə İsa çarmıxa çəkilmişdir.

15-ci ildən Böyük pontifik, e.ə. 13 və 17-18, 21, 31-ci illərdə konsul, e.ə. 6-37-ci illərdə tribun titullarına malik olmuşdur. Ölümünə yaxın tam titulu: lat. Tiberius Caesar Divi Augusti filius Augustus, Pontifex Maximus, Tribuniciae potestatis XXXIIX, Imperator VIII, Consul V - Tiberi Sezar Avqust, ilahi Avqustun oğlu, Böyük pontifik, 38 dəfə Xalq tribunu, səkkizqat imperator, beşqat konsul[5].

“Məni inandırmağa çalışan dostlar, siz bilmirsiniz, bu hakimiyyət necə bir əcayibdir. Hakimiyyət bir canavardır, hansıki onun qulaqlarından yapışmışam (tutmuşam)”[6].

Tiberi

Yuli-Klavdi sülaləsinin zaman xətti

[redaktə | mənbəni redaktə et]
Yuli-Klavdi sülaləsində Tiberinin yeri
NeronKlavdiKaliqulaTiberiOktavian Avqust