Tihamə

Tihamə
Ümumi məlumatlar
Mütləq hündürlüyü 690 m
Yerləşməsi
23°15′17″ şm. e. 38°52′19″ ş. u.HGYO
Ölkə  Səudiyyə Ərəbistanı
Tihamə xəritədə
Tihamə
Tihamə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Тixama[1] (ərəb. تهامة‎) — qumlardan ibarət olan və Ərəbistan yarımadasının qərb, cənub-qərb sahillərini əhatə edən səhra. Səhra Qırmızı dəniz və Hiçaz, Asir dağları arasında yerləşir. İnzibati cəhətdən Səudiyyə ƏrəbistanıYəmən ərazisində yerləşir. Sahilboyu səhranın eni 5–70 km arasında dəyişir. Çayları şərqdən qərbə axır. Yağıntəlarla qidalanırlar. Daimi axara malik deyillər.

İqlimi turopikdir. İl ərzində 30 mm yağıntı düşür. Şimalda yağıntının miqdarı 150 mm qədər qalxır. İllik orta temperatur 22–24 °С, ən isti ay iyuldur. Maksimum temperatur 30 °C keçir. Qum fırtınaları müşahidə edilir. Sahilə yaxınlıq və şərqdən dağlarla əhatələnməsi ərazisində havanın rütubətini yüksəldir. Bu hall tənəffüsü olduqca cətinləşdirir.

XVII əsrdə hollandlar və ingilislər Moxedə kofe faktoriyası təşkil edirlər, fransızlar və portuqallar isə Tihaməda zorla möhkəmlənmək istəyirdilər. 1798–1801 illər ingilis ekspedisiyası başda general Vilson olmaqla əraziyə yönəlmişdir. O, imamla razılığa gəlmək niyyətində idi. Hədəf Yəmən ərazisində ingilis qüvvələrinin yerləşdirilməsi olmuşdur. Avropa ekspansiyası Yəmən feodallarə arasında separatçılıq meyllərini artırırdı[2]

XIX əsrin əvvələrində Yəmənin sahil rayonları vahhabilərin hücumuna məruz qalmışdır. 1818-ci ildə isə imamət Tihamənı itirmişdir. Birinci Dünya müharibəsi zamanı ingilislər Kamaran adası və Txamanı işgal etmişdir. 1919-cu ildə Yəhya ben Muhammed Həmid-ad-Din özünü kral elan edərək Türkiyəyə olan vassal asıllığından imtina edir. Yəhyanın dövləti dağlıq əraziləri əhatə edirdi. Bura Yəmən qəbilələrinin birləşdirmə hərəkatının mərkəzi rolunu oynayırdı.

1921-ci ildə Xodeyda şəhəri ingilislər tərəfindən Asir əmirliyinə verilir. Bu hadisə 1918–1928 illər ingilis-yəmən konflikti nəticəsində baş vermişdir. Nəticədə Dağlıq Yəmən blokadaya alınmışdır. Cənub rayonları ingilislər və yənlilər arasında toqquşma meydanı olmuşdur. 1925-ci ildə kral Yəhya Xdeyda şəhəri azad edilir.[2]

  1. İslam tarixi: Bəni-Müstəliq ğəzvəsi Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine. islam.az
  2. 1 2 "Sovet Tarix ensiklopediyası". 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-28.