Tikancıqlı eleuterokokk | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tikancıqlı eleuterokokk |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Tikancıqlı eleuterokokk (lat. Eleutherococcus senticosus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin eleuterokokk cinsinə aid bitki növü.
Birillik kol bitkisi olub, çoxsaylı gövdəsinin hündürlüyü 2-2,5m, bəzən isə 3-5 m-ə bərabərdir. Gövdəsi düz, qabığı açıq-boz rəngli, qalın, aşağı tərəfdən sıx yerləşmiş tikanlardan ibarətdir. Kökümsov və əlavə kökləri güclü budaqlanmışdır. Kökləri çoxsaylıdır. Eleuterokokkun yaxşı inkişaf etmiş yeraltı və yerüstü hissələrinin birlikdə cəmi 30 m-ə çatır. Yarpaqları uzun saplaqlı, beşbarmaqlı bölümlü, tərsyumurtaşəkilli və ya ellipsvari, əsasından dimdikli və zəif damarlıdır. Çiçəkləri uzunsaplaqlı, çiçək saplağı sarşəkilli çətirəbənzər və ikicinsli olub, tutqun-bənövşəyi və ya sarımtıl rəngli olur. Meyvəsi 5 toxumlu, demək olar ki, şarşəkilli, şirəli, diametri 8 mm, qara rəngli qabıqlı, parlaq olmaqla, çətir çiçək qrupunda toplanmışdır. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. İki ildə bir dəfə meyvə verir.
Sidr-enliyarpaq meşəliklərdə və dağlıq ərazilərdə yaşayır. Meşənin sıx yerlərində, seyrək meşələrin pöhrəlikləri arasında rast gəlinir.
Payızın sonunda yarpağı tökülən tayqa meşələrində eleuterokokk öz gözəl meyvələri ilə təbiətə füsünkar gözəllik verir. Bitkinin kök sistemi külüng və balaca linglə qazılaraq toplanılır. Eyni zamanda qara meyvələri də toplanılır. Xammalı 70-800Ctemperaturda qurutmaq lazımdır.
Aromatik zəif iyli olub, dadı azacıq yandırıcıdır.
Yeraltı orqanlarının tərkibində liqnan və digər fenol qlükozidləri, pektinli maddələr, qatran, antosian birləşmələri və efir yağları vardır. Quru yerdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.
Kimyəvi tərkibi az öyrənilmişdir. Kök və gövdələrinin tərkibində eleuterozid, kumarin və flavonoid törəmələri vardır.
Eleuterokokkun kök və kökümsovu keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Tibb praktikasında gəncləşdirici kimi yarpaq, gövdə və meyvələrinin tərkibində çoxlu miqdarda aktiv maddələr vardır. Mərkəzi sinir sistemini oyadır, hərəkət, əzələlərin funksional aktivliyini və sinir-əzələ reliksiyasını fəallaşdırır. Görmə itiliyini, eksterimal vəziyyətlərdə adaptasiyanı və stresə həssaslığını azaldır. Eleuterokokk immuniteti artırır, ağır infeksiyalarda orqanizmi əvvəlki vəziyyətinə qaytarır, karbohidrat mübadiləsini normallaşdırır, qanda şəkərin və xolesterinin miqdarını aşağı salır. Orqanizmə anabolik təsir edir.
Eksperimental təcrübələrdə eleuterokokk mərkəzi sinir sistemini oyadır, hərəkət aktivliyini artırır, şərti refleks, zehni, görmə qabiliyyətini, qanda şəkəri və maddələr mübadiləsini gücləndirir. Jenşen kimi psixi yorğunluq zamanı tonuslandırıcı, nevrasteniyanın ağır formalarında tətbiq edilir. Kök və kökümsovundan alınan ektraktdan tonuslandırıcı maddə kimi müvəffəqiyyətlə istifadə edilir. İnsanda fiziki və zehni iş qabiliyyətini artırır.
Rp.: Extr. Eleuterococci 50,0
D.S. 25-30 damcı yeməkdən 30 dəqiqə əvvəl qəbul etməli.
Əks göstəriş - Arterial hipertenziya və halsızlıq.