Tikanlı ardıc | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tikanlı ardıc |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Tikanlı ardıc (lat. Juniperus oxycedrus) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər olan sahillərdə və dağlarda yayılmışdır. Hündürlüyü 10 m-ə qədər olan boz-qonur qabıqlı kol və ya ağacdır. Yarpaqları iynəli, ucu biz, tikanlı, üstü hamar, qırışlıdır, yarpaqlarında 2 ağ xətti var, kənar və mərkəzi damarcıqları aydın görübür. Çiçəkləri ikievlidir. Qozaları tək, oturaqdır, qırmızı-qonur, parlaqdır, yumru-yumurtavarı formalı olub, 3-6 qabıqlı, əsasən 3 toxumludur. İkinci il yetişir. Toxumla çoxaldılır.
İstisevəndir, quraqlığadavamlıdır. Verilmiş formanı uzun müddət saxlayır. Dekorativ bitki kimi J.oxycedrus var. Rufescens. hündür şaxələnmiş koldur. Budaqları enli, coddur. İynələri möhkəm, çox vaxt əyilmiş, bir-birindən aralı, uzunluğu 16 mm və eni 1–2 mm-dir, ucu biz, tikanlıdır. Meyvələrin qalınlığı 6–8 mm, rəngi parlaq, qırmızıdır.
Respublikamızda Naxçıvan MR-in Ordubad rayonunda dağlarda təbii halda bitir.