Tikiş maşını

Tikiş maşını – Zinger (Singer)
1845-ci ildə ixtira edilmiş tikiş maşını

Tikiş maşını (ingiliscə: sewing machine) — tikiş üçün istifadə edilən məişət əşyası.

İlk tikiş maşınını icad edən dəqiq olaraq bilinmir. Bunun səbəbi bir çox icadçının olmasıdır. 1790-cı ildə ilk patenti alan adam olaraq qeydlərdə Tomas Saint görünür. Daha sonralar Isaac Singer və Elias Hove Jr. kimi ixtiraçıların tapdığı bir çox yenilik komitə tərəfindən reallaşdırılmamışdır.

Bir çox patent alındı, ancaq heç biri biznes müvəffəqiyyəti əldə edə bilmədi. 1830-cu ildə Fransada yaşayan Barthelemy Thimmonier ticari müvəffəqiyyət qazanan ilk tikiş maşının patentini aldı. Zəncir tikiş edə bilən bu maşınlardan 80 dənə hazırlalndı və ordunun paltarlarının tikililişində istifadə edildi. Bu maşınların işlərinə zərər verəcəyini düşünən bir qrup dərzi bütün maşınları talan etdi. Thimmonier bu hadisənin ardından yoxsul bir həyat yaşadı. 1833-cü ildə ABŞ-də Kateqoriya:Məişət texnikası Valter Hunt adlı bir ixtiraçı tərəfindən inkişaf etdirilən cüt tikiş edə bilən maşın icad edildi. Hunt bu maşının patentini aldı. 10 ildən sonra Elias Hove Jr. Hunt -un kəşfindən xəbərsiz bir cüt tikiş maşını hazırladı və patentini aldı.

Tikiş maşınında mexanizm

Hovenin ailələri geniş olduğu üçün dolanışıqlarına xeyri olması baxımından zəngin ailələrə dərzilik edirdi. Hove yoldaşını iş görərkən izləməsindən sonra tikiş maşını inkişaf etdirmə fikirinə gəldi. Amerikada 1846-cı ildə çıxardığı müvəffəqiyyətli tikiş maşını üçün bir istehsalçı tapa bilmədi. İngiltərəyə gedən qardaşı Amasa, Villiam Tomas adlı bir istehsalçı ilə razılaşdı. Hove maşını uyğunlaşdırmaq üçün getdiyi İngiltərədə anlaşılmazlıq yaşayınca beş qəpiksiz ABŞ-yə qayıtmaq məcburiyyətində qaldı. Howe daha sonra ideyasının oğurlandığını hiss etdi. O piratları məhkəməyə verdi və məhkəmə tərəfindən haqlı olduğu üzə çıxdı . Ona təzminat ödəmək məcburiyyətində qaldılar. Howe daha sonralar ABŞ-nin ən zənginlərindən oldu.[1]

  1. "İlk tikiş maşınının icadı". 2011-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-20.