Tim Keyn | |
---|---|
Doğum tarixi | 25 avqust 1965[1] (59 yaş) |
Təhsili |
|
Fəaliyyəti | mühəndis, video oyun tərtibatçısı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Tim Keyn (ing. Tim Cain; 25 avqust 1965[1]) — ABŞ geymdizayneri, proqramçısı və prodüseri. O, orijinal "Fallout" (1997) videooyununun istehsalında iştirak edən ən vacib şəxslərdən biridir.[2] Keyn Leonard Boyarski və Ceyson Anderson ilə birlikdə müstəqil "Troika Games" studiyasını qurmazdan əvvəl altı il "Interplay" şirkətində çalışmışdır. o, "Troika Games" studiyasında işləyərkən "Arcanum: Of Steamworks and Magick Obscura" (2001), "The Temple of Elemental Evil" (2003) və "Vampire: The Masquerade – Bloodlines" (2004) kimi videooyunların istehsalında iştirak etmişdir.
Keyn irsi rəng korluğundan əziyyət çəkir. O, yemək bişirməyi, xüsəsən də Yaponiya və Çin mətbəxlərindən olan yeməkləri bişirməyi evir.[3] O, Robert Land adlı bir kişi ilə evləndirmişdir.[4]
İl | Başlıq | Rol(lar) |
---|---|---|
1991 | The Bard's Tale Construction Set | Dizayner, proqramçı |
1993 | Rags to Riches: The Financial Market Simulation | Proqramçı, əlavə dizayn |
1997 | Star Trek: Starfleet Academy | Proqramçı |
Fallout | Prodüser, dizayner, baş proqramçı | |
1998 | Fallout 2 | Dizayner, əlavə proqramçılıq |
2001 | Arcanum: Of Steamworks and Magick Obscura | Layihə rəhbəri, baş proqramçı |
2003 | The Temple of Elemental Evil | Layihə rəhbəri, baş dizayner |
2004 | Vampire: The Masquerade - Bloodlines | Proqramçı |
2014 | South Park: The Stick of Truth | Proqramçı |
WildStar | Əlavə dizayn, əlavə proqramçılıq | |
2015 | Pillars of Eternity | Proqramçı, əlavə dizayn |
2016 | Tyranny | Proqramçı |
2019 | The Outer Worlds | Rejissor |