Timişoara

şəhər
Timişoar
Timișoara
Bayraq Gerb
Bayraq Gerb
45°45′35″ şm. e. 21°13′48″ ş. u.HGYO
Ölkə Rumıniya
Tabesində Timişoar Vilayəti
Başçı Gheorghe Ciuhandu
Tarixi və coğrafiyası
İlk məlumat 1175
Sahəsi
  • 130,5 km²
Mərkəzin hündürlüyü 94 m[1]
Saat qurşağı UTC+02:00
Əhalisi
Əhalisi 468.162 nəfər
Sıxlığı 2,439/km² (6,3/sq mi)
Aqlomerasiya 331.927
Rəqəmsal identifikatorlar
Telefon kodu +40 56
Poçt indeksi 300001–300789
Nəqliyyat kodu TM
Digər
Timişoar Bələdiyyəsi
Xəritəni göstər/gizlə
Timişoar xəritədə
Timişoar
Timişoar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Timişoara (rum. Timișoara, alm. Temeschwar veya Temeschburg‎, mac. Temesvar) — Rumıniyanın qərb hissəsində, Temeş vilayətinin mərkəzi şəhəridir. 2011-ci ilin statistikasına əsasən Rumıniyanın üçüncü böyük şəhəri olan Timişoara, sosial, iqtisadi və mədəni olaraq Qərbi Rumıniyanın əsas mərkəzidir. Belqradın təxminən 130 km şimal-şərqində, axın istiqaməti kanallarla nizamlanmış Bega çayının sahilində yerləşir.

Şəhərin yaxınlığında aparılmış arxeoloji qazıntılar nəticəsində müəyyənləşdirilmişdir ki burada Neolit dövründə və Roma imperiyasının vaxtından bu ərazidə məskunlaşma başlamışdır. Adı mənbələrdə ilk dəfə 1212-ci ildə, Romaya aid Temesiensis adlı bir castrum olaraq keçmişdir. Sonradan, həmin dövrdə bataqlıqlarla əhatə olunmuş bölgənin mərkəzində qala inşa edilmişdir. Qala 13-cü əsrdə Tatarlar tərəfindən yerlə yeksan edildikdən sonra yenidən inşa edilmişdir və Macar kralı I. Károly (hakimiyyət illəri: 1310-42) bir neçə il bu qalada oturmuşdu.

Osmanlılar bu bölgəni 1552-ci ildə ələ keçirdikdən sonra Timişoara Əyalətini yaratmışdılar və Timişoara şəhərini bu əyalətin mərkəzi elan etmişdilər. Bu əyalət 1716-cı ildə Avstriya hersoqluğunun əlinə keçənə qədər Osmanlı Dövlətinin Avropadakı ən vacib əyalətlərindən biri olaraq qalmışdır. 1718-ci ildə bağlanmış olan Pasarofça Müqaviləsindən sonra şəhər və Temeşvar Banatı olaraq tanınan bölgə Vyanadan idarə edilməyə başlanıldı. Bu dövrdə bölgəyə çoxu Schwaben Almanlarından təşkil olunmuş Macar əsilli olmayan qruplar yerləşdirilmişdi. Şəhər 1848-ci ildə Macainqilabçıları tərəfindən 107 gün müddətində mühasirədə saxlanılmışdır. 1919-cu ildə Serblərin işğal etdiyi Timişoara, Trianon sülh müqaviləsiylə (1920) Rumıniyaya verilmişdir. Rumıniya prezidenti Nicolae Ceauşescunun 1989-cu ilin dekabr ayında hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən hadisələr də Timişoarada başlanılmışdı.

2016-cı ildə, 2021-ci il Avropanın mədəniyyət paytaxtı seçilmişdi.

Mədəniyyət və Təhsil

[redaktə | mənbəni redaktə et]

Bir mədəniyyət mərkəzi olan Timişoarada arasında bir universitetin də (1945) olduğu çoxsaylı ali təhsil müəssisələri, Rumın, Macar və Alman əsilli sənət adamlarından formalaşmış olan qrupların fəaliiyət göstərdiyi bir dövlət teatrı, bir dövlət opera və balet teatrı, bir filarmoniya orkestri və bir kitabxana vardır. Şəhərin mərkəzindən keçən, nəqliyyata yararlı Bega Kanalının sahilləri boyunca parklar vardır. Şəhərdəki vacib tikililər arasında böyük Katolik kafedralı (1736-73), 1791-ci ildə təmir edilən Serb kafedralı (1748) və bu gün bölgə muzeyi olaraq istifadə edilən 14-cü əsrə məxsus olan bir saray göstərilə bilər.

Şəhərdə kifayət qədər Macar etnik azlığı yaşayır.

  1. https://it-ch.topographic-map.com/map-3bf69m/Timi%C8%99oara/?zoom=19&center=45.75102%2C21.22689&popup=45.75121%2C21.22694.