Timur Safin

Timur Safin
rus. Тимур Марселевич Сафин
tatar. Тимур Марсель улы Сафин
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 4 avqust 1992(1992-08-04)[1] (32 yaş)
Doğum yeri
Boyu 1,82 m[2]
Çəkisi 82 kq[2]
İdman növü Qılıncoynatma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Timur Safin (tat. Тимур Марсель улы Сафин; 4 avqust 1992) Rusiyalı qılıncoynadan, üç dəfə Avropa çempionu, dünya çempionu(2014) və Avropa oyunları qalibi olmuşdur.

1992-ci ildə Daşkənddə Tatar ailəsində doğulmuşdur. Daha sonra Rusiyaya köçmüşdür. Safinin qılıncoynatma karyerası doqquz yaşında, oxuduğu məktəbə gələn bir məşqçinin çıxışından sonra başlamışdır.[3]
Ufa şəhərində idmançıların ümumi seçimi olan Safin, 2009-cu ildə Rusiyanın gənclər komandasına aparıldı.

2011-ci ildə Kazan şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal və komandada isə gümüş medal qazandı. Eyni ildə Moskvada Avropa Gənclər Çempionatında fərdi oyunda çempionluq qazanmış və qrupda isə gümüş qazanmışdı.

2011-12 mövsümündə dünya gənclərinin sıralamasında dördüncü sırada qərarlaşdı. 2013-cü ildə Torun U23 Avropa Çempionatında ikiqat qızıl medal qazandı. Safin, kiçiklər üçün kateqoriyadan çıxdıqdan sonra üst səviyyəyə yəni böyüklər üçün kateqoriyaya keçdi və bu kateqoriyada 2013-14 il mövsümündə debüt etdi.

2014-cü ildə Başqırd Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir Olimpiya qızıl medalçısı Andrea Baldini məğlub edərək finalda Challenge Revenu üzərində qələbə qazandı. Strasburqda 2014 Avropa Çempionatının 16-cı turunda isə məğlub oldu; Onu qazanan James-Andrew Davis qızıl medal qazandı. Komanda mübarizəsində isə Safin bürünc medalın sahibi oldu.[4]

2014 Dünya Çempionatında yarımfinalda o dövrün birincisi olan Çinli Ma Jianfei tərəfindən məğlub oldu və bürünc medal qazandı.[5]
Bu çıxışı ilə o, Rusiya Qılıncoynatma Federasiyası tərəfindən ilin ən yaxşı idmançısı seçildi.[6]

Rio-de-Janeyro (Braziliya) şəhərində 2016-cı XXXI Olimpiya Oyunlarında yüksək idman nailiyyətləri qazanmaq və məqsədyönlü iradəsini nümayişinə görə Dostluq Ordeni ilə təltif olunmuşdur.[7]

  1. 1 2 Sports-Reference.com (ing.).
  2. 1 2 https://www.sports-reference.com/olympics/athletes/sa/timur-safin-1.html.
  3. Победитель Первенства мира по фехтованию-2012 Тимур Сафин Arxivləşdirilib 2015-09-24 at the Wayback MachineOlimpik.ru (in Russian). 10 April 2012.
  4. "La Russie triomphe" Arxivləşdirilib 2018-05-30 at the Wayback Machine. Le Parisien (in French). 14 April 2014.
  5. "Escrime - Mondiaux: le Russe Cheremisinov sacré en fleuret" Arxivləşdirilib 2019-05-13 at the Wayback Machine (in French). Sputnik News. 20 July 2014.
  6. Уфимский рапирист Тимур Сафин завоевал приз во всероссийской номинации «Прорыв года» Arxivləşdirilib 2018-06-14 at the Wayback MachineBashInform.ru (in Russian). 20 November 2014.
  7. "Указ Президента Российской Федерации от 25.08.2016 № 429 «О награждении государственными наградами Российской Федерации»". 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]