Tirana Universiteti | |
---|---|
Universiteti i Tiranës | |
41°19′04″ şm. e. 19°49′19″ ş. u.HGYO | |
Əsası qoyulub | 16 sentyabr 1957 |
Tip | ictimai |
Rektor | Prof. Dr. Dori Kule (2008-ci ildən)[1] |
Tələbə sayı | 114.000 |
Müəllim sayı | 900 |
Şəhər | Tirana |
Ölkə | |
Sayt |
unitir.edu.al unitir.edu.al/en/ |
Vikianbarda əlaqəli mediafayllar |
Tirana Universiteti (alb. Universiteti i Tiranës) və ya qısaca TU — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən dövlət universiteti.
1957-ci ildə Tirana Dövlət Universiteti (alb. Universiteti Shtetëror i Tiranës) adı ilə aralarında ən vacibi 1947-ci ildə qurulmuş Elmlər İnstitutu olmaqla 5 institutun birləşməsi nəticəsində qurulmuşdur. 13 aprel 1983–1992-ci il tarixləri arasında universitet Enver Hoksa Tirana Universiteti (alb. Universiteti i Tiranës "Enver Hoxha") adlanmışdır.
Tirana Universiteti Albaniyanın ən böyük və ən nüfuzlu universitetidir.[2] Universitet 8 kollecdən, 50 akademik şöbədən, 41 təhsil proqramından ibarətdir. Təhsilin əsas hissəsi Tiranada verilsə də, universitetin Albaniyanın şimalındakı Kukes və cənubundakı Saranda şəhəri də daxil olmaqla bir çox şəhərdə filialı var.
Universitet Bolonya prosesinə uyğun olaraq üçillik bakalavr, 1 və ya 2 illik magistr, 3–5 illik doktaruntura dərəcəsi təklif edir.
Universitetdə 114.000-dən çox tələbə təhsil alır.
Gələcəkdə Tirananın cənub-şərqində yeni korpusun açılması planlaşdırılır.[3] Tirananın cənub-şərqində tələbə şəhərciyi yerləşir.
Tirana Universiteti kolleci 35.000 şagirdi ilə Avropada ən böyük kolleclərdən biri, Balkan yarımadasında isə ən böyük kollecdir.