Titrəmə (üsulu)

Titrəmə (en.dithering), (ru.дрожание) – boz rəngin çalarlarının (monoxrom displey və ya printerdə), yaxud tamamlayıcı rənglərin (rəngli displey və ya printerdə) dəyişilməsi illüziyasını yaratmaq üçün kompüter qrafikasında tətbiq olunan üsul.

Titrəmə effekti

Bu üsul ona əsaslanır ki, görüntünün hissələrinə bu və ya başqa rəng naxışlarını əmələ gətirən nöqtələr qrupu kimi baxılır. Titrəmə üsulu ilə yaradılmış görüntülər yarımton (HALFTONE) görüntülərə və müəyyən dərəcədə puantilizm (POINTILLISM) texnikası ilə işlənmiş rəsmlərə çox yaxındır; titrəmə, insan gözünün, müxtəlif rəngli ləkələri qaralamaqla onların təsirini ortalaşdırmıq və onları qavranılan bir çalar və ya rənglə qatışdırmaq xassəsindən istifadə edir. Verilmiş sahənin daxilində olan qara və ağ nöqtələrin nisbətindən asılı olaraq ümumi effekt bu və ya başqa boz rəng çalarını verəcək. Analoji olaraq, ağ nöqtələrlə səpələnmiş qırmızı nöqtələr çəhrayı rəngin çalarlarının dəyişilməsi illüziyasını yaradacaq. Titrəmədən kompüter qrafikasında daha yüksək realizm vermək üçün və çözmə imkanı aşağı olduqda əyrilərin və diaqonal xətlərin girintili-çıxıntılı qıraqlarını hamarlamaq (ALIASING) üçün istifadə olunur.

Titrəmə üsulları

[redaktə | mənbəni redaktə et]
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]