Tivat Beynəlxalq Hava Limanı | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
42°24′17″ şm. e. 18°43′24″ ş. u.HGYO |
|||||||||||
IATA: TIV – ICAO: LYTV | |||||||||||
Məlumat | |||||||||||
Hava limanı tipi | İctimai | ||||||||||
Ölkə | |||||||||||
Açılış tarixi | 1971 | ||||||||||
Operator | Monteneqro Hava Limanları | ||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
ft / 6 m | ||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Rəsmi saytı | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Тиват) — Tivat şəhərindən 4 km aralıda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri.
Tivat hava limanı İkinci Dünya müharibəsindən sonra hərbi və mülki paraşutçuların hazırlanması məqsədi ilə inşa edilmişdir. 1 may 1957-ci ildə Tivat hava limanı rəsmən açılır. Artıq 15 iyun 1957-ci ildə Belqrad-Tivat—Belqrad reysləri təşkil edilir. 1968-ci ildən etibarən isə bütün Belqrad, Zaqreb və Skopye reysləri DC-3 və İl-14 təyyarələri ilə həyata keçirilir. 1968 - 1971-ci illərdə hava limanında yeni 2500 m × 45 m olan eniş-uçuş zolağı inşa edilir.
Modernləşdirilmiş «Tivat» hava limanı rəsmən 25 sentyabr 1971-ci ildə açılır. Hava limanının xarakterinə görə uçuşların 80 %-dən çoxu yay turizm mövsümündə baş tuturdu[1].
Tivat hava limanı Monteneqronun Adriatik dənizi sahilində yerləşir. Hava limanından Belqrada və Moskvaya mütəmadi reyslər təşkil edilir. Digər reyslər isə mövsümü xarakter daşıyır. Çarter reysləri əsasən Adriatik dənizinin turistik obyektlərinə gəlişi təmin edir. Bu əsasən Kotor (hava limanından 7 km) və Budva şəhərlərinə (20 km məsafədə) yaxınlığı baxımından turistlər üçün əlverişlidir.
Tivat hava limanı Kotor körfəzi yaxınlığındadır və 2500 metr uzunluğa malikdir. Bir saat ərzində aeroport 6 uçuşu qəbul edə bilir.
Aşağıdakı havayolları Tivat hava limanına uçuşlar təşkil edir (2014-cü ilin iyun ayına alan məlumatlar):