Tkemali

Tkemali
Mənşəyi
Tərkibi
Əsas

Tkemali (gürc. ტყემალი) — Gürcüstanda gavalıdan hazırlanan sous növüdür. İçərsinə gavalı, sarımsaq, qırmızı pul bibər, kişniş, duz, ombalo əlavə edilir. Gavalı ayırd edilib, yuyulduqdan sonra qazanda su ilə qaynadılır. Soyuduqdan sonra süzgəcdən keçirilir. Tumları ayrılananadək bu əməliyyat davam edər. Kişnişlə birlikdə, ombalo, sarımsaq və duz qatılaraq döyüb və soyudulmuş gavalı əzməsinin içinə qarışdırılır. Üstünə bibər əlavə edilərək qarışdırılır və təkrar qaynadılır. Qaynadıldıqdan 15 dəqiqə sonra nisbətən soyudularaq soyuduculara qoyulur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]