Tom Hiddlston | |
---|---|
ing. Tom Hiddleston | |
Doğum adı | Thomas William Hiddleston |
Doğum tarixi | 9 fevral 1981 (43 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Partnyoru |
|
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru, komediyaçı, musiqiçi, televiziya aktyoru, film prodüseri, aktyor |
Fəaliyyət illəri | 2001-ci ildən |
Təhsili |
|
IMDb | ID1089991 |
Vikianbarda əlaqəli mediafayllar |
Tom Uilyam Hiddlston (ing. Thomas William Hiddleston, 9 fevral 1981, Vestminster, London) — İngiltərəli aktyor və prodüser. Daha çox Marvel film seriyasında canlandırdığı Loki və həmçinin "Axşamüstü Parisdə" (2011), "Krimson zirvəsi" (2013) filmləri ilə məşhurdur.
Tom Hiddlston 9 fevral 1981-ci ildə Londonun Vestminster rayonunda doğulmuşdur. İlkin təhsilini Oksfordakı Drakon məktəbi və Berkşirdəki İton kollecində təhsil almışdır. 2005-ci ildə Kral Dramatik İncəsənət Akademiyasını bitirib.
Hiddlston karyerasına televiziyada başlayıb, ilk rolunu Nikolas və Niklbinin həyatı və məcarası" (2001) telefilmində oynayır. Bundan sonra o bir neçə il müxtəlif televiziya layihələrində iştirak edir. İlk böyük rolunu "Ceyn Ostinin sevgi uğursuzluqlarında" (2008) seriyalında oynayır.
Aktyor 2011-ci ildə Marvel Kinematoqrafiya Kainatına daxil olan "Tor" filmində Loki obrazını canlandırır. Rol ona dünya məşhurluğunu qazandırıraq karyerasında yeni bir dövrü açır. Tom Hiddlston yeni Loki qəhrəmanını "Tor: Qaranlıq dünya", "Qisasçılar", "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində canlandırdı. 2011-ci ildə həmçinin onun iştirakı ilə "Döyüş atı" və "Gecəyarısı Parisdə" filmlərinin premyerası olmuşdu.
2017-ci ildə "Gecə administratoru" serialındakı Conatan Payn obrazına görə ən yaxşı mini-serial və ya telefilm nominasiyasında Qızıl qlobus mükafatına layiq görülmüşdür.
il | Filmin adı | Orjinal adı | Rol |
---|---|---|---|
2006 |
|||
2014 | Yalnız sevənlər sağ qalır | Only Lovers Left Alive | Adam |
Tom Hiddlston UNICEF-in humanitar və inkişaf yardım fondu qrupunun İngiltərədəki səfiridir. O insanları aclıq haqqında daha çox məlumatlandırmaq üçün 2013-cü ilin əvvəlində Qvineyaya səyahət etmişdir[3]. 2015-ci ilin əvvəlində və 2016-cı ilin sonlarında Cənubi Sudana səyahəti zamanı vətəndaş müharibəsinin uşaqların həyatına mənfi təsirini qeyd etmişdir. Hiddlston özünü feminist hesab edir.
Aktyor 2008–2011-ci illərdə aktrisa Syuzan Fildinqlə münasibətdə olmuşdur[4][5][6]. 2016-cı ildə isə bir neçə ay müğənni Teylor Sviftlə görüşüb[7][8].