Tom və Cerri (59-cu seriya)

Tom və Cerri
ing. Dr. Jekyll and Mr. Mouse
Rejissor
  • Vilyam Hanna[d]
  • Cozef Barbera[d]
Prodüser
Ssenarist
  • Vilyam Hanna[d]
  • Cozef Barbera[d]
Bəstəkarlar
  • Skott Bredli[d]
Studiya Metro-Goldwyn-Mayer
Ölkə
Dil ingilis dili
Seriyanın müddəti 8 dəq.
Rəng rəngli
Nümayiş 1947
IMDb ID0039338

Həkim Cekill və Cənab Siçan (ing. Dr. Jekyll and Mr. Mouse) - 14 iyun 1947-ci ildə çəkilmiş Tom və Cerri cizgi filminin seriyasıdır. Cizgi filmi "Cənab Cekill və Cənab Hidd" seriyalarını parodiya edir. Cizgi filminin bəstəkarı Skott Bredlidir. Yaradıcılar Uilyam Hanna və Cozef Barberadır.

Cizgi filminin əvvəlində qəribə musiqi səslənir. Həmin musiqi Qorxulu filmlərin musiqilərini parodiya edir. Kamera Tom və Cerrinin evini göstərir. Burada boş süd şüşəsi qoyulub. Süd daşıyan evin yanına həmin süd şüşələrini qoyur. Bu süd şüşələri iki cür olur. Biri balaca, biri böyük olur. Zirzəmi yerindən bir əl çıxır və balaca süd qabını götürür. Bu əl Tom adlı pişiyə məxsusdur. Tom öz əldə etdiyi qəniməti ilə mətbəxə tərəf qaçmağa başlayır. Tom süd şüşəsini öz qabına tökür və boş süd şüşəsini gizlədir. Tom südü qabdan içən zaman görür k, Cerri adlı siçan süd içə-içə rahatlanır. Birdən Tom onun üzərinə hücum edir. Bu zaman Cerri qaçmağa başlayır. Cerri yerdəki siçan dəliyinin içinə girir. Bu zaman Tom dəliyin qapısını möhkəm bağlayır. Amma Cerri həmişəki kimi bağlı olan dəlikdən çıxa bilir. Tom süd içə-içə rahatlanan zaman görür ki, nə isə onun südünü sormağa başlayır. Tom yuxarı baxanda Cerrini görür. Tom həminki kimi Cerrinin üzərinə hücum edir. Lakin Cerri vaxtında tullanaraq pişiyin əlindən xilas olur. Bu zaman Tom qutudan ev yumaq üçün təmizlənən taxtanı götürüb, özünü vurmağa başlayır.

Tom Cerrinin arxasınca qaçmağa başlayır. Qaçış zamanı Cerri mücrünün içinə daxil olur. Tom həmin mücrünü Sandığın içinə, sandıqdan sandıqçanın içinə, sandıqçadan sandığın içinə və s. içlərində gizlədir. Yəni, bu prinsio Matryoşka prinsipinə uyğun gəlir. Tom onları açar ilə qıfıllayır. Sonra Tom həmin açarı udur. Bu müddətdə dəlikdəki maneələri dəf edərək, Cerri yenə də süd içməyə başlayır. Tom sandığın açarını koda qoyaraq, seyfə qoyur. Tom seyfdən ayrılan zaman seyfdən qəribə səslər eşitməyə başlayır. Bu səsləri eşidən zaman Tom dərhal seyfin qapısını açmağa başlayır. Bu zaman Tom qəribə baxışlarla sandığa baxmağa başlayır. Ona görə ki, Cerri yenə də süd içirdi. Tom onun əlindən süd şüşəsini alır və seyfin qapısını bağlayır. Onların hər ikisinin ağlına yeni fikir gəlir.

Sonrakı kadrlarda dəliyin içində Cerrinin gizli laboratoriyası göstərilir. Bu laboratoriyada müxtəlif ləvazimatlar vardır. Cerri südün tərkibinə bir-birindən fərqlənən qarışıqlar qatır. Bura kimyəvi elementlər, naftalin, ammiak və s. daxildir. Bu müddətdə Tom da öz işini görməkdədir. Tom qaşığın içinə zəhər tökür. Qaşığın üzərindən Milçək uçan zaman zəhərdən içməyə başlayır. Bu zaman Milçək onu içən zaman dərhal ölür. Artıq Tom özündən əmindir. Tom öz eleksirini Cerrinin dəliyinin yanına qoyur və qırağa çəkilir. Cerri dəliyin qapısından çıxır. Cerri görür ki, qapının yanında süd vardır. Siçan onun hamısını dərhal içməyə başlayır. Tom fikirləşir ki, artıq Cerri onu içən zaman ölmüşdür. Lakin Cerridə sehirli transformasiya baş verir. Cerri super güclü və böyük qulyabaniyə çevrilir. Qulyabani Tomun üzərinə hücum edir. Tom həmin qulyabanini tərcümə kitabı ilə vurmaq istəyir. Ancaq Siçana bu zərbələrdən biri də təsir etmir. Siçan həmin kitabı vərəq kimi cırır. Tom bir neçə dəfə Cerriyə müxtəlif ləvazimatlarla vurmağa başlayır. Lakin yenə də zərbələrdən heç biri Cerriyə təsir etmir. Tom bu zaman qapının arxasında gizlənir. Lakin Cerri çox sadə zərbə ilə qapını sındırır. Tom qəhrəmanlıqla seyfin içində gizlənir. Cerri isə köməksiz pişiyi seyfin içində fırlatmağa başlayır. Qapının dəliyindən Cerri Tomun sinəsindən tutaraq, dəfələrlə seyfin içindən bayıra doğru Tomun başını vurmağa başlayır.

Lakin bu zaman Cerridə davam edən transformasiya başa çatır. Tom çox qəddarlıqla köməksiz Cerrinin üzərinə hücum edir. Bu zaman Cerri yenə də əvvəlki kimi olmaq üçün həmin eleksiri yenidən içmək istəyir. Tom onu süd qabından ayırır. Buna baxmayaraq Cerri süd qabından bir qurtum içməyi bacarmışdır. Cerri yenə də əvvəlki kimi super güclüdür. Bu zaman Cerri Tomu sağa-sola çırpmağa başlayır. Lakin Cerri çox az qurtum içmişdir. Bu səbəbdən Cerri normal hala dönür. Cerri yenidən süd qabına tərəf qaçmağa başlayır. Tom Cerrinin ayağından tutur. Bu zaman süd qabındakı eleksir dağılır.

Sonrakı qaçış mətbəx otağında baş verir. Cerri vaflinin içində gizlənir. Tom vaflidə Cerrini axtarır. Cerri isə vafli düzəldən qurğusunun içindən çıxaraq Tomun quyruğunu vafli düzəldən qurğunun içinə bağlayır və bura apparatı yandırır. Tom ağrıdan qışqırmağa başlayır. Ona görə ki, onun quyruğundan vafli düzəldilmişdir. Cerri bu müddətdə soyuducunun içinə girir (o zamanlar soyuducunu içəridən açmaq mümkün deyildir). Tom soyuducunun içinə girir. Siçan isə onu axmaq yerində qoyaraq qapını üzərinə bağlayır. Bu zaman Tom buradan çıxmaq istəyir. Həmin müddətdə Cerri zirzəmiyə qaçır ki, yenidən eleksir düzəltsin. Lakin bu eleksirin tərkibi əvvəlki kimi deyildir. Soyuducunun içindən azad olmuş Tom Cerrinin üzərinə hücum edir. Cerri qaçmaq istəyir. Lakin qaçmaq planı Cerri üçün artıq gecdir. Tom Cerrini itələyir. Bu zaman Tom qabdan paxıllıqla eleksiri içməyə başlayır. Cerri isə qorxu içindədir. Tom əvvəlcə böyük olur. Daha onra kiçik olur. Tomun boyu Cerridən də kiçik olur. Ona görə ki, eleksirin tərkibi düz qarışdırılmayıbdır. Cerri eleksiri istifadə edən zaman Ağ vaksdan istifadə etmişdir. Cerri yüngülcə pişiyi itələyir. Bu zaman yenidən reaksiya baş verir. Tom isə daha da kiçilməyə başlayır. Bundan sonra Cerri milçək döyən ilə Tomun ardınca, reaksiya qurtarana kimi qaçmağa başlayır.

İl Kateqoriya Qazanan Nəticə
1947 Ən yaxşı qısametrajlı cizgi filminə görə "Oskar" mükafatı Tom və Cerri Namizəd

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]